NAMAZIN RÜKNLƏRİ VƏ VACİBATI
Namaz vacib və müstəhəb hissələrdən təşkil olunmuşdur. Məşhur alimlər namazı insana bənzədərək onun üç üzvünə işarə etmişlər:
Baş və ya əsas üzvlər; Buna misal olaraq insanın həyatı üçün ən mühüm rol oynayan beyini və ürəyi göstərmək olar. Əgər onlar olmasa, insanın yaşayış və varlığından söz gedə bilməz. Bu cəhətdən də baş üzvlər insanın oyaq vaxtında, hətta yuxuda olduğu zaman avtomatik hərəkətdə olub onun həyatını təmin edir.
Qədim tibb alimləri insan bədəninin üç əsas hissədən ibarət olduğunu vurğulamışlar. Onlar aşağıdakılardan ibarətdir:
Ruh, hərəkət və hissin mərkəzi olan beyin.
Heyvani ruh mərkəzi olan ürək.
Tənəffüs mərkəzi olan ciyər.
Lakin müasir alimlər bədənin əsas hissələrinə üç üzv (böyrək, qara ciyər və ağ ciyər) əlavə etmişlər.
Beyin yalnız insani ruh yox, bəlkə insaniyyətin ən böyük ruhudur ki, bütün bədənə başçılıq edir. Ürək də heyvani ruh yox, bəlkə qanı saflaşdıran və insana həyat verən bir mərkəzdir. O, ana bətnində hərəkətə gələn ilk üzv və ölüm zamanı hərəkətdən düşən son üzv hesab olunur. Ağ ciyərin fəaliyyəti qəlbin fəaliyyətindən az deyildir. Onun, oksigenlə qan tərkibindən əmələ gələn 37 dərəcəli hərarətin insanı yaşatmasında birbaşa rolu vardır.
Böyrəklərin əhəmiyyəti təqdirə layiqdir. Çünki bədənin zəhərini insanın qanından alıb xaricə ötürür.
2- İşçi üzvlər; Məc: göz, qulaq, əl, ayaq, dil, dodaq, dişlər və s. Bu üzvlərin hər birinə ehtiyacımız vard. Əgər onlar olmasa, yaşamaq üçün tələb edilən ehtiyaclarımız təmin olunmaz. Lakin həyatımızın davamı bu üzvlərdən asılı deyil. Belə ki, əgər bir şəxs kar, kor və ya əlsiz- ayaqsız olsa belə illər boyu yaşaması mümkündür.
3- Zinət üzvləri; Qaşlar, kipriklər, saç, saqqal kimi üzvlər insanın zahiri görünüşü və gözəlliyi üçün zəruridir. Amma onların yaşayış ehtiyaclarının təminində heç bir rolu yoxdur.
Namazda da bu üç üzvə oxşar qisimlər var:
a) Namazın rüknlərı: niyyət, qiyam, təkbirətul-ihram, rüku və səcdələr. (Bunlar insanın əvvəldə qeyd olunan baş və ya əsas üzvlərinə oxşardır).
b) Namazın vacib olan qeyri-rüknlərı: “Fatihə” surəsi, başqa bir surə və vacib zikrlər. (Bu da insanın işçi üzvlərinə işarədir).
c) Namazın müstəhəb hissələri: qunut, oturaq vəziyyət, müstəhəb zikrlər və s. (Bunlar isə insanın zinət üzvlərinə işarədir).
Keçmiş zamanlarda ən qiymətli və mühüm hədiyyələrdən biri kəniz1 idi. Hədiyyə verən şəxs kənizin gözəlliyinə, qamətinə xüsusi diqqət yetirirdi.
Namazqılanın namazı Haqq-Təalaya olan ən qiymətli və mühüm hədiyyədir. O, yuxarıda zikr olunmuş üç hissəni layiqincə yerinə yetirməlidir ki, Allah-Təalanın dərgahında qəbul edilib bəyənilsin.
Təəssüflər olsun ki, hədiyyə olunan bəzi namazların ya başı, ya ayağı, ya gözü, ya da ki, başqa bir üzvü yoxdur.
Dostları ilə paylaş: |