Bismilləhir Rahmənir Rahim


‏ وَ مَا أُمِرُواْ إِلَّا لِيَعْبُدُواْ اللَّهَ مخُْلِصِينَ لَهُ الدِّين



Yüklə 0,72 Mb.
səhifə34/120
tarix10.01.2022
ölçüsü0,72 Mb.
#110269
1   ...   30   31   32   33   34   35   36   37   ...   120

‏ وَ مَا أُمِرُواْ إِلَّا لِيَعْبُدُواْ اللَّهَ مخُْلِصِينَ لَهُ الدِّين


“Onlara – Allaha kamil ibadət etməkdən başqa bir şey əmr olunmamışdır.”

Hədislərin birində belə buyurulur:

“Həqiqətən, bütün əməllər niyyətə bağlıdır.”1

Başqa bir hədisdə isə belə buyurulur:

“Möminin niyyəti əməlindən üstündür.”2

Niyyətdə qəlbin qəsd etməsindən əlavə iki vacib və iki müstəhəb əmr də lazımdır. İki vacib əmr “qürbət” və “ixlas”dan ibarətdir. Səhih sənədə əsasən Zürarədən1 nəql olunan rəvayət bu mətləbə aşkar şəkildə işarə edir:

İmam Məhəmməd Baqir (əleyhissalam) buyurur:

“Hər hansı bir əməli yerinə yetirib Allahın razılığını qazanmaq və axirət sarayını əldə etmək istəyən şəxs əlavə olaraq camaatın razılığını da həmin əmələ daxil etsə, müşrik sayılar.”2

İki müstəhəb əmr isə “hüzuri-qəlbin və diqqətin”, digəri də “xuzu və xuşu”nun olmasından ibarətdir. Sonuncuları aydınlaşdırmaq istərdik:

1) Qəlbin hüzuru və diqqəti;

Həzrət Məhəmməd (səllallahu əleyhi və alihi və səlləm) buyurmuşdur:

“Qəlbin hüzuru və diqqəti ilə qılınmayan namaz namaz deyil.”3

Qəlbin diqqəti olamadan qılınan namazın etibarı və qiyməti Allah-Təalanın dərgahında aşağı düşəcəkdir. Namazda qəlbin diqqəti və hüzuru hansı səviyyədə olsa, həmin miqdarda da qəbul olunacaqdır.

İmam Baqir (əleyhissalam) buyrmuşdur:

“Namazqılan bəndənin namazı o zaman qəbul olacaqdır ki, qəlbi və diqqəti namazda olsun.”

Başqa bir məsum (əleyhissalam) belə buyurur:

“Hər kəs namaz qılarkən dünyəvi işləri fikrindən çıxarıb hüzuri- qəlblə namazını tamamlasa, bütün günahları bağışlanacaq.”

Başqa bir hədisdə buyurulur:

“Namaz möminin meracıdır. Əlbəttə ki, məqsəd möminin ruhunu asimana qaldıran namazdır.”

Qəlbin diqqəti ilə qılınan namaz o namazdır ki, namaz vaxtı ruh maddi aləmlə əlaqəsini kəsib mənəvi aləmi seyr etsin. Namazda hüzuri-qəlbin ən üstün nümunələrini məsumlar (əleyhimussalam) bizə öyrədir. Biz namazda o həzrətlərin dərəcəsinə çata bilməsək də, çalışmalıyıq ki, namaz qılarkən heç olmasa, dünyəvi işləri zehnimizdən uzaqlşdıraq. Əgər hər gün yavaş-yavaş bunu özümüzə aşılasaq, hüzuri-qəlb əldə edəcəyik.

İmam Əli (əleyhissalam) namaz qılarkən dəfələrlə bihuş olurdu.

Tarixdə o həzrətin yaralı vəziyyətdə namaz qılarkən mübarək ayağından oxun çıxarılması hadisəsi (bütün diqqəti Allah-Təalanın dərgahında olmuşdur) məşhurdur.

Bir gün Əli ibn Hüseyn1 (əleyhissalam) namaz halında ikən övladlarından biri quyuya düşür, lakin həzrətin diqqəti namazdan yayınmır.

Namazda diqqət və qəlbin iştirakı haqqında hədislərlə kifayətlənib mühüm bir nöqtəni nəzərinizə çatdırırıq:

Yəqin ki, günəşin böyüdücü şüşə (linza) vasitəsilə kağızı necə yandırdığını müşahidə etmisiniz. Görəsən bu böyüdücünün fəaliyyəti nədən ibarətdir? Cavab: Həmin böyüdücü aldığı günəş şüalarını mərkəz bir nöqtədə çəmləşdirir. Həmin nöqtədə yığılmış istiliyin hərarəti böyüdücünün bütün səthinə saçılan şüaların hərarətinə bərabərdir.

Namazqılan da fikrini cəmləşdirib hüzuri-qəlblə namaz qılsa, bu

prosesi onun zehnində və qəlbində öz işini görməyə başlayacaq. Namazqılan şəxsdə bu hal yarandıqda böyüdücü şüşə günəş şüalarını bir yerə cəmləşdirdiyi kimi namazqılan da öz vücudunu Allah-Təalanın feyzini dərk etmək üçün hazırlaşdıracaq. Belə ki, deyirik; Allah-Təalanın rəhmətinin və feyzinin nuru hər yeri bürümüşdür. Bu nuru əldə etmək və İlahi eşq atəşinə bürümək üçün gərək özümüzdə güc toplayaq.

Başqa bir misal: Fotoaparatın obyektivi ətrafa yayılmış işığı bir yerə toplayıb müəyyən olunmuş nöqtədə cəmləşdirir. Sonra həmin işığı fotoaparatın şüşəsinə ötürür və əksi çəkilmiş əşya orada həkk olunur.

Əgər biz də namaz halında ilahi feyzin nurunu bir yerə toplasaq, həmin nur qəlbimizdə həkk olub ilahi rəng və rövnəq tapar.1

2) Xuzu və xuşu;2

Xuzu bəndənin qəlbən Allah-Təalaya olan tam diqqəti, Onun sonsuz əzəməti qarşısında öz kiçikliyini, ehtiyacını bildirməsi ilə, ümid və qorxu içində bir haldan ibarətdir. Xuşu isə bəndənin zahirdə Allah-Təalaya qarşı izhar etdiyi ədəb-ərkandan ibarətdir.

Bu iki hal Yaradana olan inamı, vüqar və ədəbi bildirir. Allah-Təala “Muminin” surəsində buyurur:




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin