Book id= 233//book name= Psixopedaqogika // ##fk=126//ks=03//fn=233// sumalltest= 308


##num= 6// level= 1// sumtest=20 // name= // Təlim və tərbiyənin üsul və vasitələri //



Yüklə 1,21 Mb.
səhifə4/12
tarix19.12.2018
ölçüsü1,21 Mb.
#86299
1   2   3   4   5   6   7   8   9   ...   12

##num= 6// level= 1// sumtest=20 // name= // Təlim və tərbiyənin üsul və vasitələri //


1. Tərbiyənin psixoloji mexanizminin əsasını nə təşkil edir?

A) Sosial - mənəvi dəyərlər

B) Əxlaqi keyfiyyətləri

C) İnsanın tələbat - motivasiya sferası

D) Şəxsi ləyaqət və məsuliyyət hissi

E) Ailə və ictimai tərbiyənin qarşılıqlı vəhdəti

2. “İnsan tərbiyənin subyektidir” anlayışının mahiyyətini necə açıqlamaq olar?

A) Uşaq yaşlıların davranış və münasibətlərini yamsılayır.

B) Uşaq davranış normalarını aktiv surətdə yerinə yetirməyə çalışır.

C) Uşaq əxlaqi dəyərləri mənimsəməkdə fəallıq nümayiş etdirir.

D) Şəxsiyyət özünü inkişaf etdirməyin üsullarına istinad etməklə özünütərbiyəyə aktiv meyl edir.

E) Şəxsiyyət cəmiyyətdə qəbul olunmuş əxlaqi norma və qaydalara hörmətlə yanaşmaqla onlara əməl etməyə çalışır.

3. Aşağıdakı cavablardan hansı şəxsiyyətin tərbiyəliliyinin əsas göstəricisi kimi xarakterizə oluna bilər?

A) Özünüqiymətləndirmə və davranışın təhlili imkanları

B) Müsbət davranış adətlərinin formalaşması

C) Davranışın məqsədəyönəlişliyinin və ixtiyariliyinin inkişafının səviyyəsi

D) Davranışın ixtiyari surətdə idarəolunma səviyyəsi

E) Əxlaqi davamlılıq və mənəvi dəyərlərin inkişaf səviyyəsi

4. Tərbiyə işinin təşkili prosesində hansı vəzifənin yerinə yetirilməsi ön plana çəkilir?

A) İnsanda sərvət meyllərinin və şəxsi keyfiyyətlərin formalaşdırılmasına əsaslı diqqət yetirilir.

B) İnsan ictimai dəyərlərin və əxlaqi - mənəvi keyfiyyətlərin mənimsənilməsinə doğru istiqamətləndirilir.

C) İnkişaf etməkdə olan uşaqda özünütərbiyəyə aktiv meyl formalaşdırılır.

D) Cəmiyyətin ictimai ideallarının inkişaf etməkdə olan gənc nəslə aşılanmasına böyük əhəmiyyət verilir.

E) Hər bir inkişaf mərhələsinə uyğun tərbiyə sisteminin işlənilməsi təmin edilir.

5. Tərbiyənin təşkili asılıdır:

A) Tərbiyə işinin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsindən

B) Tərbiyə işinin təşkili ilə bağlı olan əxlaqi - mənəvi problemlərin həll olunmasından

C) Tərbiyənin psixoloji və pedaqoji mexanizmlərinin öyrənilməsindən

D) İnsanın şüurlu surətdə ictimai dəyərləri mənimsəməsi üçün zəruri olan şəraitin yaradılmasının təmin edilməsindən

E) Tərbiyə işində tətbiq edilən üsulların psixoloji tələblər baxımından əsaslandırılmasından

6. Kollektivdaxili münasibətlərdə yüksək statusa malik olmağa təlabat nədə ifadə olunur?

A) Şagird sinif yoldaşlarına qayğı ilə yanaşır və onların qaşılaşdıqları hər cür çətinliklərin aradan qaldırılmasında yaxından iştirak edir.

B) Şagird qrupda liderlik mövqeyi əldə etmək istəyir.

C) Şagird məktəbdaxili və məktəbdənkənar tədbirlərdə yaxından iştirak etməyə aktiv meyl edir.

D) Şagird qrupdaxili konfliktlərin həllində yaxından iştirak etməyə çalışır.

E) ) Şagird qrupda əhəmiyyətli mövqe tutmağa və qrupdaxili münasibətlərə təsir göstərməyə çalışır.

7. Bunlardan hansılar pedaqoji psixologiyada şəxsiyyətin formalaşdırılmasının şərtləri kimi çıxış edir?

1 - Tərbiyəçinin dünyagörüşü

2 - Tərbiyə olunanın və edənin xüsusiyyətləri

3 - Tərbiyədə dəyişmə

4 - Tərbiyənin məqsədi və üsulları

5 - Tərbiyə olunanla tərbiyə edənin qarşılıqlı münasibətləri

A) 2, 3, 5

B) 1, 3, 4

C) 2, 4, 5

D) 1, 2, 3

E) 2, 3, 4

8. Tərbiyənin ən ümumi funksiyasına dair aşağıdakı cavablardan hansını düzgün saymaq olar?

1 - Tərbiyə - yeni nəslə ictimai - tarixi təcrübənin aşılanması ilə bağlı fəaliyyət sahəsidir

2 - İnsanda sərvət meylləri formalaşdırılır

3 - İnsanın cəmiyyətin həyatında fəal iştirakı üçün zəruri olan keyfiyyətlər tərbiyə edilir

4 - Tərbiyə uşağı müstəqil həyata və fəaliyyətə hazırlayır

5 - Tərbiyə şəxsiyyətin hərtərəfli inkişaf prosesidir

A) 4, 5

B) 3, 4

C) 1, 2

D) 1, 5

E) 2, 3

9. Özünüqiymətləndirmə hansı yollarla formalaşır?

1 - Özünümüşahidə, özünütəhlil

2 - Özünənəzarət, özünütənzim

3 - Özünüqiymətləndirmə, müqayisə

4 - Özünütəhlil, özünüidarə, özünə hesabat vermək

5 - Müqayisə, özünütənzim

A) 1, 4

B) 2, 4

C) 1, 5

D) 1. 3

E) 1, 2

10. Bunlardan hansılar şəxsiyyətin əxlaqi tərbiyəliliyinin ən mühüm göstəriciləridir?

1 - Əxlaqi tələbatların, hisslərin formalaşdırılması

2 - Əxlaqi anlayışların və əxlaqi davranışın formalaşdırılması

3 - Özünənəzarət, öz davranış və hərəkətlərinə tənqidi yanaşmaq bacarığı

4 - Özünə qarşı tələbkarlıq və məsuliyyət hissinin olması

5 - Əxlaqi şüur və ideallar

A) 1, 3

B) 1, 2

C) 2, 4

D) 4, 5

E) 3, 4

11. Tərbiyə prosesində uşağın əxlaqi davranışa yiyələnməsində hansı amillər mühüm əhəmiyyətə malikdir?

1 - İdeallar

2 - Şəxsi nümunə

3 - Dünyagörüşü

4 - Yaşlılarla ünsiyyət

5 - Nümunələr

A) 2, 3

B) 1, 3

C) 4, 5

D) 1, 5

E) 3, 4

12. Tərbiyə prosesində şəxsiyyətin hansı əlamətləri tərbiyəvi təsirləri səmərələşdirir?

1 - Şəxsiyyətin aktivliyi

2 - Mənlik şüuru

3 - Şəxsiyyətin müstəqilliyi

4 - Şəxsiyyətin fiziki inkişafı

5 - Əxlaqi şüur və özünüqiymətləndirmə

A) 1, 2

B) 1, 3

C) 3, 4

D) 4, 5

E) 2, 4

13. Aşağıdakı cavabların hansılar özünütərbiyənin motivləridir?

1 - Özünütərbiyə insanın fəaliyyəti olub, öz şəxsiyyətini dəyişmək məqsədinə xidmət edir

2 - Daxili və xarici

3 - Özünütərbiyə - şəxsiyyətin sosial baxımdan müsbət əxlaqi – mənəvi keyfiyyətlərə yiyələnmək arzusunu ifadə edir

4 - Maddi və mənəvi

5 - Özünütərbiyə - şəxsiyyətin kollektivdaxili münasibətlərdə yüksək statusa malik olmaqla bağlı tələbatını ifadə edir

A) 3, 4

B) 1, 2

C) 2, 4

D) 2, 5

E) 2, 3

14. Özünütərbiyənin xarici motivlərinə hansılar daxildir?

1 - İnsanın yaşadığı mühit

2 - Cəmiyyətin əxlaqi dəyərləri

3 - İnsanın arzu və meylləri

4 - Cəmiyyətin iqtisadi - siyasi həyat şəraiti

5 - Estetik ehtiyacları

A) 3, 1

B) 1, 2

C) 3, 4

D) 2, 4

E) 1, 5

15. Özünütərbiyə anlayışına aid olanları seçin:

1 - Daxili ziddiyətlər əsasında baş verir

2 - Xarici təsirlər əsasında formalaşır

3 - Şəxsi mövqe əsasında yaranır

4 - Nəzarət əsasında yaranır

5 - Özünüidarə əsaslanır

A) 3, 4, 5

B) 1, 2, 3

C) 1. 4, 5

D) 2. 3, 4

E) 2, 4, 5

16. Özünütərbiyənin ümumi istiqamətini səciyyələndirən əlamətləri seçin:

1 - Şəxsiyyət özünü dəyışməyə meyl edir

2 - Müəyyən əxlaqi keyfiyyətləri özündə formalaşdırmaq üçün iradi səy edir.

3 - Şəxsiyyət sosial mühitə aktiv surətdə bələdləşir

4 - öz hərəkət və davranişlarin nəzarət edir

5 - özünü məcbur

A) 4, 5, 6, 4

B) 2, 3, 6, 2

C) 1, 3, 4, 7

D) 1, 2, 4, 5

E) 1, 2, 3, 6

17. Tərbiyə prosesində tərbiyə olunana aşılanacaq münasibətləri seçin:

1 - Biliklərə yiyələnmə

2 - Əxlaqi münasibətlər

3 - Bacarıqlara yiyələnmə

4 - Siyasi münasibətlər

5 - İdeoloji münasibətlər

6 - Vərdişlərin formalaşdırılması

7 - Ekoloji münasibətlər

8 - Estetik münasibətlər

9 - Təhsil münasibətlər

10 - Hüquqi münasibətlər

A) 1, 3, 6, 7, 9, 10

B) 1, 2, 5, 8, 10, 9

C) 3, 4, 5, 6, 9, 10

D) 6, 7, 8, 9, 10, 1

E) 2, 4, 5, 7, 8, 10

18. Verilənləri uyğunlaşdırın:

I - tərbiyə işinin metodlarının psixoloji əsasları

II - şəxsittəyin özünütərbiyəsinin psixoloji əsasları

1 - mənəvi dəyişmə tələbatlarının yaranması

2 - tərbiyə olunan şagirdin yaş və fərdi xüsusiyyətləri

3 - kollektivin və yoldaşlarının hörmətini qazanma iddiası

4 - şagirdin daxil olduğu kollektivin xüsusiyyətləri

5 - tənqid və özünütənqidin yaranması

6 - tərbiyə tədbirinin həyata keçirildiyi konkret şərait

7 - maddi tələbatların yaranması

A) I - 5, 6, 7; II - 1, 2, 3, 4

B) I - 1, 4, 5; II - 2, 3, 6, 7

C) I - 2, 4, 6; II - 1, 3, 5, 7

D) I - 2, 3, 5, 6; II - 1, 4, 7

E) I - 3, 4, 5, 7; II - 1, 2, 6

19. Uyğunluğu müəyyən edin:

I - özünüdərketmənin xüsusiyyətləri

II - iradi tənzimetmənin xüsusiyyətləri

1 - diqqətin mərkəzləşməsi, hafizənin həcmi, məntiqidərketmə səviyyəsi yüksəlir

2 - mürəkkəb məsələlərdən müstəqil baş çıxarma bacarığı yaranır

3 - özü haqqında təsəvvürlər yaranır, əqli, mənəvi keyfiyyətlərini qiymətləndirir

4 - ideallarına münasibət yaranır

5 - özünün həyat fəlsəfəsinə inamı, bilikləri, tam baxışlar sistemi yaranır

6 - özünütərbiyə imkanları yaranır

A) I - 4, 5, 6; II - 1, 2, 3

B) I - 1, 4, 5; II - 2, 3, 6

C) I - 3, 4, 6; II - 1, 2, 5

D) I - 2, 5, 6; II - 1, 3, 4

E) I - 1, 2, 3; II - 4, 5, 6

20. Yeniyetməlik dövrünün xüsusiyyətlərinə aid olanları uyğunlaşdırın:

I - özünüqiymətləndirmə və xarakterin inkişafl

II - məntiqi təfəkkür və yaradıcı şəkildə düşünmənin inkişafı

1 - mücərrədməfhumlara istinad etmə

2 - təlimdə seçicilik

3 - xarakterik aksentuasiyası və qeyriadaptiv davranış formasının meydana gələ bilməsi

4 - ümumi və xüsusi qabiliyyətlərə senzutivlik

5 - şəxsi baxışların diktat yaşlılara qarşı etirazın yaranması

6 - öz “mən”ini dərk etməsi, eqoidentikliyin formalaşması

7 - həmyaşıdlarına münasibətdə yüksək tənqidçiliyin və konformizmin olması

A) I - 2, 4, 6; II - 1, 3, 5, 7

B) I - 1, 4, 7; II - 2, 5, 3, 6

C) I - 4, 5, 6, 7; II - 1, 2, 3

D) I - 2, 4, 6, 7; II - 1, 3, 5

E) I - 3, 5, 7; II - 1, 2, 4, 6



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin