Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


İstanbulun fəthi. XV əsrin sonu – XVI əsrinn əvvəllərində yaşamış naməlum Venesiya rəssamı. Rəsmdə Osmanlı, Venesiya, Genuya və Bizans gəmiləri diqqət çəkir



Yüklə 6,76 Mb.
səhifə64/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   60   61   62   63   64   65   66   67   ...   87
İstanbulun fəthi. XV əsrin sonu – XVI əsrinn əvvəllərində yaşamış naməlum Venesiya rəssamı. Rəsmdə Osmanlı, Venesiya, Genuya və Bizans gəmiləri diqqət çəkir
Bizans tərəfi son hücumların qarşısını alsa da, şəhərdə qıtlıq başlamışdı, Papa Nikolasın söz verdiyi Jakomo Loredanın komandanlığındakı 30 gəmilik dəstək güclərdən isə xəbər-ətər yoxdu. İmperator Konstantin dəstək gücdən xəbər almaq üçün 10 nəfərlik könüllüdən ibarət bir qayığı Euboeya adasına göndərdi. Osmanlı bayrağı ilə hərəkət edən qayıq ələ keçirilmədən adaya çatdı və heç bir dəstək gücün gəlmədiyini gördü. Geri qayıtdıqlarında şəhərin ələ keçirilə biləcəyindən narahat olan könüllülər xəbəri imperatora çatdırmağı vacib hesab etdilər. Həmin vaxt şəhərdə olan venesiyalı həkim Barbaronun yazdığına görə, dəstəyin gəlmədiyini öyrənən imperator bütün ümidlərini itirdi və ağladı (Barbaro Niccoló, 1970, s. 65).

Mayın 16-sı gecəsi bir neçə kiçik Osmanlı gəmisi sürətlə Qızıl Buynuza doğru irəlilədi. Buna məna verə bilməyən Bizans tərəfi və müttəfiqləri gəmilərdə Osmanlıdan qaçan xristian əsgərlərin olduğunu düşündü və atəş açmadı. Buna baxmayaraq yaxınlaşan gəmilər hücuma başladıqdan sonra onlara qarşılıq verildi. Növbəti gün 5 Bizans gəmisi zəncirə yaxınlaşaraq zəncirdən çöldə qalan Osmanlı donanmasına atəş açmağa başladı. 70-dən artıq atəşin açılmasına baxmayaraq heç biri hədəfə dəymədi. Mayın 19-u səhər vaxtı Osmanlı ordusu divarlardan hündür olan bir hərəkət edən qülləni Adrianopol qapısı yaxınlığına gətirdi. Bir neçə qat öküz və dəvə dərisi ilə örtülmüş taxta qüllədən divardakı əsgərlərə ox atıldığı müddətdə qarşıdakı xəndək dolduruldu. Eyni gündə Osmanlı tərəfi Qızıl Buynuzun daraldığı yerdə bir-birinə bağlanmış çəlləklərdən ibarət olan körpü tikdi. Bizansın aça biləcəyi bir atəşlə yox edilməməsi üçün körpü Qızıl Buynuz divarlarındakı Kyneqos qapısına qədər uzadılmadı. Bizans tərəfi yarımçıq qalmış bu körpünün tamamlanması ehtimalına qarşılıq olaraq Qızıl Buynuzdakı divarları dəstək güclərlə möhkəmləndirdi. 




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin