Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


İnkişaf etmiş ölkələrdə gəlir vergi sistemləri



Yüklə 0,73 Mb.
səhifə117/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   113   114   115   116   117   118   119   120   ...   171
DovletMaliyesiEnSonHali2015

İnkişaf etmiş ölkələrdə gəlir vergi sistemləri
Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət vergi tənzimlənməsi sisteminin bazar iqtisadiyyatının tələblərinə uyğun formalaşdırılmasını zəruri edir. Bununla əlaqədar respublikada vergiyə cəlb etmənin müasir konsepsiyasının elmi əsaslan-dırılması, vergi siyasətinin həyata keçirilməsi mexanizminin və vergitutma siste-minin təkmilləşdirilməsinin nəzəri-metodoloji prinsiplərinin yaradılması və s. va-cibdir.
İnkişaf etmiş ölkələrin vergi sistemi müxtəlif iqtisadi, siyasi və sosial şərtlərin təsiri altında yaranmışdır. Vergilərin yığılmasına, onların strukturasına, vergi tutul-ma metodları və vergi stavkasına, vergi sistemində müxtəlif idarələrin səlahiy-yətinə, vergi bazası, verginin tətbiqi sahələri və vergi güzəştlərinə görə vergi sis-temləri biri-birindən fərqlidir.
Vergi sistemlərinə xas olan ümumi cəhətləri isə belə müəyyənləşdirmək olar:

  • Dövlətin vergi gəlirlərinin artırılması yollarının axtarışı;

  • Vergi sisteminin, vergilərin bərabərliyi, ədalətliliyi və səmərəliliyi haqqında hamı tərəfindən qəbul edilmiş iqtisadi - nəzəri prinsip əsasında qurulması.

İnkişaf etmiş ölkələrdə verginin aşağıdakı əsas formaları vardır:

  • Fiziki şəxslərdən gəlir vergisi;

  • Hüquqi şəxslərdən gəlir vegisi;

  • Dövriyyə və sosial sığorta fondlarına üzvlük haqqından vergi;

  • İstehlakdan alınan xüsusi vergilər;

  • Varidata görə (əmlak vergisi, vərəsəliyə və bağışlanan əmlaka görə) vergi.

Bilindiyi kimi vergi, tarixi sürəcdə bütün topluluqların və dövlətlərin məcburi maliyyə qaynağı anlamında ən cox baş vurduqları və toplayarkən də bir o qədər problemlə qarşı - qarşıya qaldıqları ən əsas dövlət gəlir qaynağıdır. Günümüzün müasir ölkələri gəliri oxşar şəkildə izah edərək, vergini də eyni və ya bənzər sistemlərlə ödəmə yoluna getməkdədirlər. Beləliklə, ölkələrin vergi sistemləri bu anlamda bir-birinə çox yaxındır.
Bəzi inkişaf etmiş ölkələrdə iqtisadiyyatın müxtəlif gəlirlərdən alınan vergilər-dən asılı olması nisbi xarakter daşıyır və keçicidir.
1975-ci ilə qədər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) üzvü olan ölkələrin çoxunda gəlir vergisinin və sosial sığorta fondlarına üzvlük haqlarının istehlak vergilərinə nisbətən artması tendensiyası ilə müşahidə olundu.
Əksər ölkələrdə istehlak vergilərinin payı aksiz vergilərinin payına bərabərdir. 80-ci illərdə ısə istehlak vergilərinin payı artmış, aksiz vergilərinin payı mütəmadi azalmışdır.
Sonrakı illərdə bütün ölkələrdə gəlir vergilərinin və sosial sığorta fondlarına üzvlük haqlarının artması müşahidə olunmaqdadır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin