Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


Fiziki şəxslərin gəlir vergisi



Yüklə 0,73 Mb.
səhifə121/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   117   118   119   120   121   122   123   124   ...   171
DovletMaliyesiEnSonHali2015

Fiziki şəxslərin gəlir vergisi
Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər.
Rezident vergi ödəyicilərinin gəliri onun Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.107
Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbə-lərindən əldə etdiyi gəlirlərdən ibarətdir.
Gəlirlərə aşağıdakılar aiddir:

  • muzdlu işlə əlaqədar əldə edilən gəlir;

  • muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;

  • vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər;

  • Muzdlu işlə əlaqədar əldə edilən gəlir;

Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya faydadır.
Faktiki ezamiyyət xərclərinin, habelə dəniz nəqliyyatında ezamiyyət xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutqalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir.
Göstərilən məbləğlərə və xərclərə aksizlər, əlavə dəyər vergisi və qiymətlən-dirilən əqdlərlə əlaqədar işəgötürənin ödəməli olduğu hər hansı digər vergi daxildir.
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir aşağıdakılardan ibarətdir:

  • sahibkarlıq fəaliyyətindən gəlir, o cümlədən:

  • sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilmə-sindən gəlir;

  • sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanma-sına razılıq verilməsinə görə alınan gəlir;

  • əsas vəsaitlərin təqdim edilməsindən alınan məbləğlər;

  • gəlirdən çıxılan, kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların

azalmasından gəlir.
Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir, o cümlədən:

  • faiz gəliri;

  • divident;

  • əmlakın icarəyə verilməsindən gəlir;

  • royalti;

  • vergi ödəyicisinə bağışlanmış borc məbləği (işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlandığı halda – həmin borcun və ya öhdəliyin məbləği istisna olmaqla);

  • sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir;

  • təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği (işəgötürənin öz işçi-sinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda, bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri istisna olmaqla);

  • vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı di-gər gəlir (təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə) – əmək haqqından başqa;

  • həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödə-nilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin