Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


BÜDCƏ KƏSİRLƏRİNİN MEYDANA GƏLMƏSİ VƏ İQTİSADİYYATA TƏSİRLƏRİ



Yüklə 0,73 Mb.
səhifə29/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   25   26   27   28   29   30   31   32   ...   171
DovletMaliyesiEnSonHali2015

4.5. BÜDCƏ KƏSİRLƏRİNİN MEYDANA GƏLMƏSİ VƏ İQTİSADİYYATA TƏSİRLƏRİ


1. Dövlət sektorunda olan balanssızlıqlar və göstəriciləri
İqtisadiyyatın təməl sektorlarından biri olan ictimai sektorda, hansı mal və xidmətin nə miqdarda çıxarılacağı müəyyən bir siyasi müddət içində təyin olunur. Bu müddət, demokratik dövlətlərdə xalqın seçdiyi nümayəndələr tərəfindən reallaş-dırıldığından, ümumiyyətlə, xalqın seçimlərini əks etdirdiyi qəbul edilir. Burada dövlət quruluşlarının gələcək bir dövr üçün gəlir-xərc tarazlığını göstərən, idarə-çilərə dövlət xərclərinin edilməsinə, dövlət gəlirlərinin toplanmasına səlahiyyət və icazə verən qanuni sənədə büdcə adı verilir.
İqtisadi quruluşda əhəmiyyətli bir pay meydana gətirən dövlət sektorunda sabitliyin təmin edilməsi, ümumi iqtisadi tarazlıq üçün də əhəmiyyətlidir. Bunun üçün büdcədə sabitliyi pozan, iqtisadi müvəffəqiyyətə maneçilik törədən hər hansı bir ünsürün olmamağı lazımdır. Ancaq bəzi səbəblərdən ötəri ictimai sektorun xüsusi sektora görə müvəffəqiyyətsiz olduğu görünməkdədir. Bu səbəblər:
1- İctimai fayda və zərərlərin ölçülməsinin çətin və qeyri-müəyyən olması;
2- Bütün seçki sistemlərinin fərqli nəticələr ehtiva etməsi səbəbi ilə xalqın dövlət malları ilə əlaqədar seçimlərini doğru olaraq təyin edəcək tam və təsirli bir mexanizmin olmamağı;
3- Dövlət quruluşlarının bazar intizamına görə hərəkət edən quruluşlar olma-mağı səbəbi ilə təsirli bir istehsalçı olmasını gözləmək üçün çox az səbəbin olması;
4- Seçilmiş və təyin edilmiş olan dövlət məmurlarının öz ehtiyaclarının və seçimlərinin də olması səbəbi ilə ictimai mal və xidmətlərə qarşı (Dövlət üçün ən faydalı olanını bilsələr də) mənfəətpərəst davranmayacağını gözlə-mənin ağıllı bir davranış olmamağıdır.
Yuxarıdakılar kimi, bir çox səbəbdən ötəri Dövlət Sektorunda və buna bağlı olaraq ümumi iqtisadiyyatda keçmişdən günümüzə iqtisadi balanssızlıqlar davam etmişdir. 1700-cü illərdən 1900-cü illərə davamlı borclanan İngiltərənin borcluluq nisbəti 1821-ci ildə 275% -ə çatmışdır. Fransa dövləti qiyamdan əvvəl xüsusi sektora görə yüksək faiz ödəyərək borclanmaq vəziyyətində qalmışdır. Misir, İspaniya, Honduras, Kosta Rika və Osmanlı İmperatorluğu kimi ölkələr də 1870-ci illərə qədər ödənməsi çətin olan borclanma problemləriylə qarşılaşmışlar. ABŞ Vətəndaş Müharibəsi əvvəli əhəmiyyətsiz səviyyədə borclanma içində ikən, döyüşdən sonra 1865-ci ildə milli gəlirinin 40% -i nisbətində borclanmışdır.
İkinci Dünya Müharibəsi sonrası tətbiq olunan Keynes İqtisad Siyasətləri xüsusilə rifah dövləti anlayışı ilə dövlət xərclərinin artmasına səbəb olmuşdur. Ayrıca 1970-ci illərdə valyuta kursları üzərindəki nizamlayıcı təsiri səbəbi ilə maliyyə siyasətlərində bir azda olsa, intizam təmin edə bilən Bretton Woods sistemi də çökmüşdür. Beləcə, 1973-cü ildən bəri dövlət xərclərində və büdcə kəsirlərində diqqətçəkici bir artım olmuşdur. Xüsusilə OECD ölkələri ilə inkişaf etməkdə olan Latın Amerikası ölkələrində bu, etibarlı bir nəticədir. Məsələn, 1980-ci illərdə Meksika, Argentina və Boliviyada dövlət gəlir və xərclərində əsaslı bir həll tələb edəcək dərəcədə müxtəlifliklər olarkən İtaliya, Belçika kimi ölkələrdə də borc/ÜDM nisbəti 100% -i keçmişdir. Yenə bu illərdən günümüzə doğru bir çox yeni müstəqilliyini qazanmış köhnə dəmir pərdə ölkəsi, digər Asiya və Avropa ölkələri və Türkiyə bənzər iqtisadi problemlərlə qarşılaşmışdır.
Dövlət Sektorunda mövcud olan balanssızlıqların makro-iqtisadi təsirləri səbəbi ilə mümkün olduqca tez aradan qaldırmaq lazımdır. Buna görə mövsümü sabitsizliyi aradan qaldırıcı standart Keynesçi siyasətlər, iqtisadi durğunluqda dövlət vergi gəlirlərini azaldıb dövlət xərclərini çoxaltmaq, iqtisadi canlanmada dövlət vergi gəlirlərini artırıb dövlət xərclərini azaltmaqdır. Bu cür sabitlik təminedici siyasətlərə "maliyyə siyasətləri" deyilməkdədir.
Tətbiq olunan iqtisadiyyat siyasətləri iqtisadiyyatın içində olduğu vəziyyətə görə ya büdcə kəsirləri ilə, ya büdcə profsiti ilə, ya da büdcə bərabərliyi ilə nəticə-lənər. Durğunluq zamanı kəsir verilib xərclər artırılarkən, inflyasiya zamanı tərsi tətbiqlər edilməkdədir. İqtisadi tarazlıq vəziyyətində isə büdcə bərabərliyi davam etdirilməyə çalışılmaqdadır. Buna görə genişləyici siyasət tətbiqləri ilə xərclər artıb gəlirlər azaldığı üçün büdcə kəsirləri meydana gələrkən daraldıcı siyasət tətbiqlə-rində tərsinə bir nəticə meydana gələcək. Beləcə, dövlət sektorunda mövcud olan balanssızlıqlar büdcə kəsirləri və büdcə profsiti şəklində araşdırılacaq.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin