DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 0,98 Mb.
səhifə21/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   ...   17   18   19   20   21   22   23   24   ...   38
DƏRBƏNDNAMƏ

A-613




Rəhmli, mərhəmətli Allahın adı ilə!
Bu kitab Dərbənd şəhərin əslin və jümlə əhli-Dağıstan əslin söylər. Dağıstan bəglərin əslin və nəslin söylər. Əvvəl Dərbəndin və külli Əjəmin padşahı Nuşirəvan atası Qubad şahın və jümlə ol padşah xanədanından söylər. Ondan sonra Hüdud və Müskur və Həvabeyn və jümlə onun padşah və xanların söylər. Qubad Dərbənddə olurdu. Xaqan Ədildə olurdu. İkisi bir-birilə çox döyüşlər edərdilər. Bundan uzaq durmaz idi... Qubad xaqan elçi yəbərdi. Özi zubulə bizin aradə baru edəyim dedi. Xaqan daxi razı oldı. Qubad baru etməkə qəsdi etdi. Təvarixdə görmiş idi və neçələrdan eşitmiş idi bu Dərbəndə bir mübarək yerdur. Jəbrayıl Əleyhis-salam İsgəndər Zilqərneynə demişdi. Bundan baru et deyib. İsgəndər daxi ondan baru etmiş idi və daxi ol barunu qum basmış idi. Onu qazdırdı, barunu çıxardı, pozulan yerləri düzətdi. Bir il Qubad ləşkər ilə o barunu çıxardı, yerləşdirdi. Dəryadən başlıyub Tabasarandan keçinjə hər yerdə dəmir qapılar qoydu. Bu baru tamam olandan sonra qiblə yanında bir baru yeddi ayda yenə çəkdi. Bu iki baru tamam olandan sonra Xaqandan ziyan gəlməyini bildi. Əgər düşmən yüz min kişi gəlsə, bu qapıda yüz kişi olsa, o yüz min kişini girməyə qoymaz idi. Kuffari-Xəzəri bundan sonra Azərbayjana zərər edə bilmədilər. Bu sərhədə Xaqandan əmin olandan sonra Qubad Xaqan qızın geri göndərdi. Xaqan qızdan vələd olsa mülkə ortaq olmasın deyib. Xaqan heç söyləmədi. O bilmədi ki, qapı bərk olmuşdu. Güjü yetməz idi. Hər qapıda qaravul da qoymuşdu. Qubad qapıları bərk möhkəm edəndən sonra özü Azərbayjan və İraq vilayətinə getdi. Xaqan öz vilayətinə getdi. Dəşdi-Qıpçaq və Arqu və İnji və İndəri və Əhran və Gülbaxa və Kiçi Majar və Ulu Majar və Polad və Jumlu və Qızılyar və Ox və şəhri-Tatar xaqanın idi. Amma sərdarı və xanı Əhranda durardı və daxi şəhri-Tatar pozulandan sonra kübüsü qırmağa getdi. Qırmağa Tatar deyib onu üçün derlər və dəxi ol İndəridə olan bağır mədəni və Terekdə olan gümüş mədəni Xaqanın idi. Bu sərhəddə olan əsgərin olduğun və ol iki mədənin hasilin Xaqan Əhran hakimi Gülbaxə vermişdi. Hər kim Fars vilayətində padişah olsa ol səddini bina edərdi. Çün Nuşirəvan təxti-ədalətdə oturdu, bu sərhəddə çox binalar etdi. Rum sərhədinə yetinjə hər yerdə bir qala bina etdi. Bu İsgəndər Zülqərneyn tikən barını yerləşdirməyi və qiblə janibindəki səddini əvvəl Qubaddan Yəzdijid adlı Bəhrami-Gur oğlu padişah yerləşdirmişdi. Qumdan pak edib pozulan yerləri düzəldib. Amma Ənuşirəvan Fars vilayətindən çox rəiyyəti güj ilə gətirib, bu sərhəddə çox binalar etdi. Əvvəl Alqun adlı səddini bina qıldı. Ondan başlayıb Dərbəndə yetinjə üç yüz altmış şəhər bina qıldı. Amma bu Alqun adlı şəhər əvvəl də var idi. Çox yerlər xarab idi. Əvvəl onu bina edən İsfəndiyar padşah idi. Əvvəl bunu yenidən bina etmişdi. Dəryaya yetinjə dəxi qapı saldırdı. Ol qapıya Alan adı verdi. Əvvəl Nuşirəvani-adil onda oturdu. Adil Nuşirəvan atası Qubaddan şəhərlər etməyə rüxsət istədi. Əvvəl Şabnorı bina etdi. Ondan sonra Gərgər adlı şəhər bina etdi. Ondan sonra bir ağajlıq Abad adlı şəhər bina etdi. Müskür yerində Kəsra adlı şəhər bina etdi. Bu şəhərlərdə çox adamlar qoydu və dəxi çox gəldi. Sul adlı şəhər bina etdi. Üç yerində bir sədd bina etdi. Doqsan iki ağaj uzunluğu var idi. Ondan sonra hər yerdə bir şəhər bina etdi. Əhrana yetinjə. Əmir və Gulbax taxtı Əhrandadır. Xaqanı bəylərin ulusu Gülbaxdır. Dərbənddə iyirmi ağajlıq yerdə Səməndar bina etdi. Səməndar Turqunun adıdır. Ondan sonra İnji qalasını bina etdi. Bu qalaları bina etməkdən murad oldur ki, Dərbəndi Xəzəri kafirlərdən saxlamaqdır. Dəxi Qumuqadək şəhərlər bina etdi. Anılərə öz əvindən hakim qoydı. Səddi Alqundan Gülbaxa yetinjə yeddi iqlim idi. Nuşirəvandan əvvəl bu iqlimləri İsfəndiyar padşah bina etmişdi. Özünün ev əhlindən onlara hakim etmişdi. Gülbaxa və İsfəndiyarda İsbəhəndə durar idi. Onu çün Gülbax və Əhran Qamu taxtı deyər idi. Tamam Gürjüstandan axan sular Əhrandan axar. Əhrandan sonra ol su üstündə Bəlx şəhərini İsbəhəndə qalada durar idi. Qalası urus jənibində idi. Amma şəhər və şəhər Daruqəsi Qumu yanında idi. Qalada hakim və dövlət əhliləri olur idi. Adamları Xorasandan gətirmişidi. Bu şəhərləri İsfəndiyar bina etmişdi. Amma viran xarab olmuşidi. İkinji Nuşirəvan yenidən bina etmişidi və dəxi Tuman bir kəsin xəlqidir Hümraya yetinjə onlara mülk verdi, hakim tikdi, adı Tuman şah qoydu. Ondan sonra Qaytaq mülküdür. Qaytağın yuxarı yanı Zireh­gə­ran­dır, adı Kupaçidir. Ondan sonra Tabasarandır. Hakiminə Ta­ba­saran şah deyərlər. Dərbəndun baş ləşkəri anlərdur. Ondan son­ra Sibi iqlimdəkilərdir. Onun adamlarını İsfahandan gətirmiş­dir. Hakiminə Hijran şah deyərdi. Bu iqlim daxi Qumuq tayfa­sıdır, yəvuq varidi. Adamlar Gilandan gətirmiş idi. Hakiminə Gilan şah deyəridi. Bir dəxi Məsqətdir. Onun adamlarını Saray­dan gətirmişdir. Hakiminə Böyük şah deyəridi. Amma Qumuq hakimi Nuşirəvan öz evindən gətirmişdi. Ənuşirvan Dərbəndə ye­tinjə üç yüz altmış şəhər bina etdi. Jümlə bu şəhərlərin adam­larını Fars vilayətindən gətirmişdi. Bu şəhərləri bina etməyin sə­bəbi Dərbəndi Xəzəri küffardan saxlamaq üçün idi. Ondan keçib Azərbayjana və İraq vilayətinə getməsin deyib buyurduqda bu şə­hərlər düzübdür. Ol Adil Nuşirəvan zamanında Həzrəti Mə­həmməd Mustafa doğdu və nurül-islam yayıldı. Fars padşahının dövləti getdi, mülkü getdi. Xəzərlər kafirlikdən çıxdılar. Ondan sonra dini-islama qüvvət verib neçə kafirlərə güj edib, qılınj vurub, neçə şəhərləri alıb, pozub, nurül-islam aşkar oldu. Dəxi əshablar peyğəmbərdən eşitmiş idi. Bu Dərbənd bir mübarək yerdir. Bunda durub kafirlər qılınj vursa, hər nə itkən güna­hın­dan keçər deyib, jümlə əshablar gəlməyə qəsd etdilər. Amma bu­yurmadı Əshabdan iki kişi – Salman ilə Rəbiə əmrilə gəldi. Peyğəmbər tarixi qırx bir il idi. Dörd min dilavər sərdar igidlər ilə gəldilər. Dərbəndə sakin oldu. Xaqani-Məlun bunların gəldi­yi­ni eşidib üç min kafir ilə bunlara qarşı gəldilər. Vuruşmaq qəsd edib, çadırlar və eyvanlar qurub oturdular. Xaqani-Məlun bu mü­səlmanlardan hünərləri eşitmişdi. Onun üçün qorxub mən belə etmərəm deyib Dərvaqa qaçmaq istədi. Amma yanındakı dövlət əhliləri qoymadı, qaytardılar. Bu qədər çox əsgəri bir bölük ərəb­lərdən qaçsa qiyamətəjən yaman adı çıxar. Ondan isə jümləmiz ölürüz dedi. Xaqan dedi bir xalq imiş onlara süngü ox və qılınj batmazimiş. Bunlar Ərabdan bunda yetinjə neçə şəhərlərini al­mış heç bunlara bir zərər olmamış. Onun üçün qorxuram dedi. Sonra kafirlərdən birisi dedi:

- Mən varayım onları sınayayım.

Bir ox yay alıb getdi. Bir su qırağında yaşınıb durdu. Bir mü­səlman gəldi sabah namazına girməyə öprəyin çıxardı. Ol kafir ox ilə vurub şəhid etdi. Başını kəsib Xaqana apardı. Dedi bu ol adamlardandır mən öldürdüm. Sənə başın gətirdim dedi ondan Xaqana dönüb verib müsəlmanlara qarşı vuruş istədi. Kafir əs­gəri alay qirib vuruş başladılar. Müsəlmanlar təkbir gətirib, vuruş başladılar. Kafirləri axşam olunja qırdılar. Axşam Xaqan çadı­rına qayıtdı. Müsəlmanlar öz yerlərinə qayıtdı. Xaqan öz əsgərin­dən ölən kişini hesab etdi. İyirmi min kişi hesaba gəlmədi. İkinji gün dəxi sabahdan vuruşa başladilar. Müsəlmanlar aslanlar kimi döyüşdülər. Kafirləri yerlərindən təprəndi. Bölük-bölük kafir ara­sına qılınjlar vurdular. Ol qədər qılınj vurdular qüvvətləri get­di. Kafirləri qırmaqdan çarə qılmadı. Möminlərdən bir kişi min kafirə qarşı çıxsa, o min kafir qaçardı. Müsəlmanlar mey­dan­dan heç yüz döndərməz idi. Namaz vaxtı olanda müsəl­man­ların yarısı namaz edirdi. Yarısı döyüş edir idi. Bu namaz qı­lanlar varıb döyüş edər idi. Qılmayanlar gəlib namaz qılır idi. Üçünjü gün nağaraları döyüb müsəlmanlar meşəyə arxaların verib kafirlərə qılınj vurdular. Kafirlər heç vuruş qüvvətləri bul­madı. Qorxudan qüvvətləri getmiş idi. Kafirlərdən on min kişiyə bir müsəlman qarşı gəlsə, ol on min kafir qaçar idi. Kafirlərin neçəsin gövdəsindən meydanları ol qədər doldu. Müsəlmanların atları meydandan çıxıb olmaz idi. Kafirlər ol müsəlmanlara arxa verib döyüş edərkən meşəyə od saldılar. Müsəlmanlar ajiz qaldı. Bir-birinə arxa vurub döyüş etdilər. Dördünjü gün küffar əsgəri iki yanından vuruş etdilər. Müsəlmanlar hesabsız kafirlər qırdı­lar. Bir müsəlman ol gün üç yüz kafiri öldürdü. Möminlərin qüvvəti qəlmadı. Halları getdi. Ol gün çox mömin şəhid oldu. Kafirlərdən otuz min bəlkə kişi saya gəlmədi. Xaqan çox peşman oldu. Xaqan qaçıb bərkə girdi. Ol gün kafirləri ol qədər sana gəl­mədi. Altınjı gün müsəlmanlar şəhidliyə aşiq olub küffar üstünə getdi. Xaqan dedi:

- Bu müsəlmanlar qüvvətlərin kəsib, yıxılıb qalmayanı ajiz deyildir.



Ol gün ol qədər döyüş oldu. Xaqan qaçdılar, müsəlman daxi laçınlar kimi çapdılar. Kafirlər qaçdılar. Axşam olunja çox dö­yüş etdilər. Ol kafirlər bir-birini görə bilmədi. Ol gün doxsan min kafir jəhənnəmə getdi. Ol Salman və Rəbiə ikisi də şəhid oldu. Allah rəhmət eyləsin. Qırx müsəlman ol gün onlar ilə birgə şəhid oldular. Xaqani-Məlun Humeyra janibinə gedib Həsin qa­laya girdi. Ol Həsin qala bərk qaladır. Ol qaladan dərya görünür. Xaqana xəbər gəldi. Müsəlmanlar qirdilər deyib Xaqan durub gəldi. Əsgərindən heç baş kişi qalmamış. Çox peşman oldu. Sonra üç min kişi Dərbəndə qoydu. Özü İnji qalaya gəldi. Bu şəhərlər olandan sonra xalqa ajlıq düşdü. Göydən yağmur yağmadı. Jümləsi həlak olmağa yavuq oldular. Keşişləri nüjumə baxıb dedi: «Əgər bu müsəlmanları öz dinlərinə qayıtmasa, jüm­lə bu ajlıqdan həlak olursuz», - dedi və: «göydən yağmur düş­məz dedi». Bu kafirlər keşişlərin sözünə baxıb bu Salman ilə Rəbiəni tabuta salıb onu əllərində gəzdirdi. Çox sədəqələr ey­lədilər, Allaha yalvardı. Ondan sonra şəfqət edib yağmur yağdı və bolluq oldu və dəxi bu zamanlar gedər. Çox zamanlar olandan sonra, peyğəmbər tarixində altmış dörd ildən sonra Mədinədə Əbdül-Məlik oğlu Vəlid xəlifə oldu. Həzrəti-peyğəmbərdən eşit­mişdi, bu Dərbəndin yaxşılığın. Onda qəzavat etməyin savabın. Bir gün Vəlid qardaşı Müslümə buyurdu: «Şama get deyib ondan yaxşı igidlərdən qırx min kişi hazır et» deyib buyurdu. Amma nə yerə gedəjəyini bildirmədi. Müslümə Şama getdi. Qırx min kişi hazır etdi. Ondan sonra qardaşı Vəlidə xəbər etdi. Nə buyurur­san, qırx min adamları hazır etdim dedi. Vəlid dəxi Zafir oğlu Əsədi yanına çağırdı, dedi: «Get qardaşım Müslüməyə gizli söy­lə varsın ol Dərbəndi-Xəzəri küffarından almağa əlaj etsin», - dedi və: «Dəxi bu sözü Müslümədən özgə heç kimsəyə söyləsən dilini kəsərəm», - dedi. Vardı, Müslüməni bir xəlvət yerə çağırdı, söylədi, ol dəxi qəbul etdi. Vuruş nağaralarını çıxardı, döydü. Dəmir qapıya yollandı. Yolda jövlan adlı və Lahijan adlı şə­hərlər var idi. Onları aldı, virani-xarab eylədi və dəxi Şirvana və Müskura gəldi. Onlara hakim tikdi. Dərbənd şəhərinə gəldi, onu çavurdu almaq olmadı. Küffar Xəzəridən üç min kişi var idi. Onun üçün almaq olmadı. Heç əlaj olmadı. Ajiz olub qayıtmağa qəsd etdi. Sabah gedər biz dedi. Ol gejə şəhərdən bir kişi gəlib dedi: «Əgər bana aman verib baş çıxarır, mal versəz sizə bu Dər­bəndi veririm», - dedi. «Şəhərin qapısından göz-gəzərəm», - dedi. Müslümə ol adamın sözün qəbul etdi. Müslümə uluların yaxşılarını çağırıb dedi: «Hər kim dünya malın sevən və axirət savabı sevən böylə gedib bu Dərbəndi alın», - dedi. «Ol kişi şəksiz jənnətə gedər», - dedi. Heç kimsə söyləmədi. Əbdüləziz iki oğlu ilə ayağa durub dedi: «Başımıza minnət bu işi mən edərəm. Çox kişi qəvilər müsəlmanlara jəfa edər», - dedi. Əb­düləzizin sözü Müslüməyə xoş gəlmədi, qala pozdu xarab eylədi. Getdilər və dəxi Əbdüləzizi Şirvan vilayətinə hakim tikdi. Müslümə əsgər ilə öz vilayətinə getdi və dəxi kafirlər gəlib hər il Ərməniyə və Azərbayjanı çapar idi. Çox jəfa edər idi. Müslümə­yə ərz eylədi. İkinji daxi Müslümə gəlib Dərbəndə qala aşılayıb, içində çox müsəlmanlar qoyub getdi. Vəlidi bəkləyəni doqquz il oldu. Ondan sonra dəxi Əbdüləzizi Ərməniyədən çıxardı, yerinə Übeydəni hakim etdi və dəxi peyğəmbər tarixi yüz il olanda Əbdülməlik xəlifə sonra, Əbdülməlik Dərbəndə Ubeydi bin Jər­rahı göndərdi. Xəzəri kafirlər ilə vuruşmaq üçün. Ol zamanda Xaqani-Məlun olmadı. Yerinə oğlu Bəşəngi xan olmuşdu. Bu Ubeydi ibn Jərrah Şirvan vilayətinə yetəndə Xaqan oğlu Bə­şəngiyə xəbər verdilər. Bəşəngi dəxi əsgəri ilə çıxıb Həsin qala yanına gəldi. Qondu Əbu Ubeydullah dedi: «Mən bu kafirlər üzə­rinə çapğın edərəm», - dedi. Əsgəri dəxi qəbul etdi. Ləzgi bəylərindən bir bəy var idi. Ərtəniş adlı kafir idi. Ol müsəlman bir kişi göndərdi. «Bəşəngi yanına var bu gejə Əbu Ubeydi üs­tünə çapğın edər», - dedi. Əbu Ubeydullah jasusluğu bildi. «Ça­ğırdı üç gün və munda durarsan», - dedi. Ondan sonra Bəşəngi annadı və buldu. Gejənin yarısı gedəndən sonra Əbu Ubeydullah əsgəri yığıb nağaralar çaldı. «Bu gejə çapğındır, hazır olun», - dedi. Ulu çıraqları böylə yaxıb getdilər. Çırağın yarağı ilə Çoban qapısına yetdilər, keçdilər və dəxi Əbu Ubeydullah əsgərin iki böldü. Biri Tabasaran jənubuna göndərdi. Biri Xeydaq jənubuna göndərdi. «Hər kim gün doğunja gəlməsə ol kişiyə mən jəfa edərəm», - dedi. Yenə ol ləzgi bəy buha bulub Bəşəngiyə xəbər verdi. Əbu Ubeydullah qalan əsgər ilə Dərvağa gəldi. Başəngi buldu. Əsgəri yanında yavuq ikən qalaya çıxdı əsgəri ilə Əbu Ubeydullaha qarşı gəldi. Kafir əsgər ilə müsəlman əsgərə nağara vurub döyüşdü. Əbu Ubeydullah ondan düşdü. «Ey əhli Şam və İraq və Jəzirə xilas etməyin bundan qaçıb vətənə gedəriz», - deyib: «Vətən uzaqdır», - dedi. «Biz xoş şəhidlik edib jənnətə girərik. Huruleyn bu dünyayi-fanidə yoxdur. Heç adam qılmaz. Çoxlu qənimət verir», - dedi. Bu xəbərdən sonra ol Xeydaq tərəfə gedən əsgəri Xeydağı çapıb gəldi. On iki min yesir ilə və dəxi onun ardından Tabasarana gedən əsgər dəxi gəldi. Qırx min yesir ilə, hesabsız mal ilə, Əbu Ubeydullah bu mali-qəniməti bu əsgərə qismət etdi. Ondan sonra kafirlərə qarşı getdilər. Nağa­ralar vurdular, vuruşa başladılar. Kafirlər dəxi qarşı gəlib vuruş etdilər. Bir-birinə halallaşıb vəsiyyətlər etdilər. Qəti vuruş buldu­lar. Kafirlərin meydan içində nəəşlərin doldurub qaldı. Xaqan oğlu Bəşəngi qılınjdan qalan kafirlər ilə İnji qalasına girdi. Üç gün kafirləri qırdı. Bəşəngi İnjidəki kafirlərə dedi: «Çox ulu düşmandır. Bundan öz başın qurtaran dövlətlidir. Bizə və sizə heç yer olmaz», - deyib çıxıb getdi. Ondan Əhran hakimi Gül­baxa gəldi. Xəbər verdi «bir yaman düşmandır janımızı qurtar­dım», - dedi. Bəlxə və Qızılyarağa və Kiçi Majara və Jəmluğa jümləsinə dedi: «Əhran hakimi Gülbaxın yanına varıb müsəlman ilə vuruş edəsiz», - dedi. Ondan Ulu Majara getdi və Jəladuğa və şəhri-Tatargana getdi jümləsinə dedi: «Gülbax hakimi fər­manından keçməyin», - dedi. «Əvvəl biri hər kim Gülbaxda xan olsa özgə şəhərlərdə olan xanları onun ardından gedər», - dedi. Bu sözləri bunlara deyib özü öz yerinə getdi. Əbu Ubeydullah ol kafirlərin malın bir yerə yığıb islam əsgərinə uluşdu. Ondan son­ra köçüb Səməndər Tərğudur. Onda gəldi vuruş etmədilər. Məs­ləhət edib aman verdilər. Qırağı dərya idi. Bir qırağı dağ idi. Baru çakilib bir uju dəryada idi. İnji hakimi qalası bərk edib jəng etdi. Müsəlmanlar çadırlar qurub, quruda qonub, bir neçə gün vuruş etdilər. Heç qala almaq olmadı. Ərzaqları tükəndi. Get­mək qəsdi etdilər. Əsgərindən bir neçə müsəlman yoluna janın qurban eylədilər. Ubeydullah oğlu Səvad və İbrahim bu iki­sini çağırdılar. «Ey qardaşlar, hər kim Həqq həzrətinə satar girər bizim əhlə bu qalaya gəlib», - dedi. Eşidən qazılardan otuz min kişi bir yerə gəldi. Səvad və İbrahim yanina gəldilər. Jüm­ləsi kənkəş etdilər, dedilər arabalarilə üstünə ağajlar durquzub ol arabaların ardından oturup, arabalar ilə vurmaq gərək, dedilər. Bu sözünü yaxşı deyib etdilər. On iki araba etdilər. Arabalar ilə qala qapısına vardılar. Ondan şəhərə girdilər, aldılar. Hakimi yuxarı Narın qalasına girib gejə olunja jəng etdi. Gejə yarısı ev əhli ilə Keyvan qalaya getdi. Keyvan Bəlx ilə İnji arasındakı qa­ladır. Balıqçılardır. İnji kafirlərə islamı ərz edib müsəlman olanı qoyub, müsəlman olmayanı qılınj ilə öldürdülər. Malın sirrin bir yerə yığıb qismət etdilər. Qalasın yıxub, viran xarab edib get­di­lər. Peyğəmbər tarixi yüz on dörd ildən sonra olanda Rəbiəl-əv­vəl ayında yəkşənbə günü idi.

Fəsil. Peyğəmbər tarixi yüz on beş ildən sonra Əbdülməlik oğlu Əbu Müslüm Dərbəndə gəlib Haşim rüxsətilə Şam Jəzair­dən iyirmi dörd min kişi alıb gəldi. Bu Dağıstanı qılınj ilə bun­ları müsəlman edib, hər yerdən Dərbəndi saxlamaq üçün adamlar gətirib qoydu. Bu Dərbəndi Müslümə gəlib, yaraşdırıb, dəmir qa­pılar asıb getmiş idi. İkinji Əbu Müslüm gəldi Sərənçə adlı Nu­şirəvan ikən imarəti pozub Dərbəndin bürjlərini yərəşdub xəzinə silah qoymaqla bir əzim ulu ev tikdi. Qeyd adlı imarətini abadan edib Qeydin barusunu dərya içində yüz beş arşın uzatdılar. Şə­hər­dən və qalanın xarab viran olan yerləri yaraşdırdılar. Xəzinə si­lah evindən başqa bir anbarxana tikdirdi. Ol gedib-gələn bollu­ğu tökməyə Dərbənd şəhərini yeddi məhəllə etdi. Bir məhəllə Ərtun tayfa idi. Onlara bir məsjid etdi. Ol məsjidə [kağız yarım­çıqdır] deyərlər idi. Bir məhəllə dəxi əhli Fələstin idi. Onlara dəxi bir məsjid bina etdi. Evinə Fələstin məsjidi deyərlər idi. Bir məhəllə dəxi əhli Dəiməşq idi. Onlara bir məsjid bina etdi. Evi­nə məsjidi-Dəməşq deyərlər idi. Bir məhəllə dəxi əhli Huməs idi. Onlara bir məsjid bina etdi. Adı məsjidi Huməs deyərlər idi. Bir məhəllə dəxi Qeysər idi. Onlara məsjid bina etdi. Adı məs­jidi-Qeysər deyərlər idi. Bir məhəllə dəxi Mosul idi. Onlara bir məsjid bina etdi. Adı məsjidi Mosul deyərlər idi. Bu məsjidlər­dən qeyri bir ulu məsjid bina etdi. Jümə namazı qılmaq üçün və dəxi qapı tikdirdi. Birisinə Babül-Mühajir, birisinə Babül-Jihad, Babüs-Səğir, birisinə Babül-Məktum, birisinə Babül-Qala, birisi­nə Kiçik deyərlər idi və bu qapı dəryaya təpə açılır idi. Əgər müsəlmanlar bir məsləhət üçün bir kişi yürütsələr, bu qapıdan yürür idi. Bu imarətlər Əbu Müslüm zamanında tamam oldu. Əbu Müslüm Dərbəndi kamil, möhkəm edəndən sonra Qumuq üs­tünə əsgər ilə getdi. Qazı Qumuq bəyləri, qarşı gəlib döyüşdü­lər. Axırı qaçdılar. Çoxunu qırdılar. Müsəlman olanı malı, mülkü ilə qoydu. Müsəlman olmayanları öldürdülər. Mal və mülklərin aldılar.




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin