Dərslik Bakı 014 bbk 60. T 12


Qrupun bərabərsizləşdirilməsi üçün indekslər



Yüklə 2,78 Mb.
səhifə48/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   131
Qrupun bərabərsizləşdirilməsi üçün indekslər
İndi nəzərdən keçirdiyimizdən bir qədər uzaqlaşıb, özümüz üçün təsəvvür edək ki, bizə respondent qrupunu xarakterizə edən indeks lazımdır. Bu zaman əlimizdə hər bir respondent üçün sıra şkalası vasitəsilə əldə edilmiş qiymətlər vardır. İndeksin sıra şkalası əsasında formalaşmasının məntiqi əsası sıra şkalasının hansı dərəcələrin (şkala punktlarının) nə qədər olmasından asılı olmayaraq eynidir. Məsələn, belə bir halı götürək ki, bu halda hər bir respondentin ali məktəbi bitirdikdən sonra ixtisası üzrə işə düzəlmək üçün «narahatlıq səviyyəsinin» beş dərəcəli sıra şkalası ilə alınmış qiyməti vardır. Yuxarıda bu empirik indikator «Siz ali məktəbi bitirdikdən sonra ixtisasınız üzrə iş tapmağınızdan nə qədər əminsiniz?» sualı şəklində göstərilmişdi. Bizim qarşınızda respondent qrupu üzrə narahatlığın/əminliyin dərəcəsini qiymətləndirmək məsələsi durur. Əvvəlcə situasiyanı bir qədər sadələşdirək və təsəvvür edək ki, çıxış olaraq üç dərəcəli şkala ilə iş görürük:

-əminəm ki, tapacağam;

-həm bəli, həm xeyr;

-tapacağıma qətiyyən əmin deyiləm.

Qrup üçün «narahatlıq səviyyəsinin» qiyməti təbii olaraq qrupda olan «əmin olanların» sayı ilə «əmin olmayanların» sayı arasındakı fərq ola bilər. Amma, bu mütləq deyil, nisbi fərqdir, yəni bir fərqin sözü gedən qrupun respondentlərinin ümumi sayında olan payıdır. Onda indeksin əhəmiyyəti qrupun həcmindən asılı olmur və müxtəlif həcmli qrupların «narahatlıq səviyyəsini» ona görə müqayisə etmək olar.

Əgər «əmin olanların» sayını n+ ilə, «əmin olmayanlarının» sayını n- ilə, «neytralların» sayını n0 ilə göstərsək, onda İ indeksi bu görkəmdə olacaqdır:



Sosioloq hansı indeksi işlətsə də, o, zəruri olaraq, bu indeksin xüsusiyyətlərini aydın edir, yəni, onun «davranışının» qaydalarını aydınlaşdırır. Bu indeks aşağıdakı xüsusiyyətlərə malikdir. O, qrupda olan bütün respondentlər ixtisasları üzrə iş tapacaqlarından əmin olanda, bir-birinə bərabər olan maksimal qiymətini alır. Bütün respondentlər ixtisasları üzrə iş tapacaqlarından əmin olmayanda isə, indeks bir-birinə bərabər olan minimal qiyməti alır. «Əmin olanların» sayı ilə «əmin olmayanların» sayı bərabərdirsə, onda indeksi sıfıra bərabər olur. İndeksin müsbət qiyməti onu göstərir ki, əmin olanların sayı əmin olmayanların sayından çoxdur. Buna uyğun olaraq, əmin olanların sayı əmin olmayanların sayından az olanda isə, situasiya mənfi qiymətləndirilir. Aydındır ki, əmin olanların və əmin olmayanların sayının arasında eyni fərqin (sıfırdan fərqli) olduğu qruplarda (bu fərq nisbi deyil, mütləq fərq adlandırılır) indeksin qiyməti neytral cavabların az olduğu qruplarda daha yüksək olacaqdır.

İndi isə, elə həmin mülahizələrə əsaslanaraq, beş dərəcəli hal üçün analoji indeksi təklif etmək olar. Əmin olan tələbələrin sayını na-ilə, daha çox əmin olanların sayını – nb, ilə neytral olanların sayını - nc ilə, nd - ilə – o qədər də əmin olmayanların sayını, ne ilə isə- daha çox əmin olmayanların sayını işarə edək. Onda belə görkəmdə olan indeks alına bilər:



Əgər əvvəlki formulda n (sıxlıqlar) müxtəlif olduğu halda bütün əmsallar birə bərabər idisə, bu formulda müxtəlif əmsallar (1 və 0,5) meydana çıxmışdır. Bu onu göstərir ki, ayrıca götürülmüş dərəcə indeksin qiymətinə müxtəlif pay daxil edir. Birincisi, «o qədər də olmayanları» «bərabərhüquqlu» etmək üçün nbnd qarşısına 0,5-ə bərabər əmsal qoyulur. İkincisi, «o qədər də əmin olmayanların» payı «çox əmin olanların» payından iki dəfə azdır. Nəhayət, elə bir situasiyanı nəzərdən keçirək ki, bu zaman qrupda əmin olan, neytral, o qədər də əmin olmayan, tam əmin olmayan respondentlər yoxdur, bütün respondentlər əmin olmamaqdan daha çox əmindirlər. Onda indeksin qiyməti 0,5-ə bərabər olacaqdır. İndeksin bütün qalan xüsusiyyətlərini aşkarlamaq üçün analoji mülahizələri davam etdirmək olar.

Nəzərdən keçirdiyimiz indeks kifayət qədər sadə və şəffaf quruluşa malikdir. Belə bir sual yaranır ki, əgər sıra şkalasında dərəcələrin sayını artırsaq, nə baş verə bilər? Bu suala ən sadə cavab metodik sosiologiyada maraqlı fenomenin mövcudluğu ilə bağlıdır. Onu obrazlılıq və parlaqlıq üçün şərti olaraq «triadalar qanunu» adlandıraq. Hansı tədqiqatın aparılmasından asılı olmayaraq, sosioloq bu qanundan istifadə edir. Məsələn, müəssisələri, ərazi vahidlərini seçərkən, «böyük-orta-kiçik» kimi sadə sxemə əsaslanır. Sorğu üçün yaxşı-orta-pis tələbə qruplarını seçir. Gəliri analiz edərkən «varlı-orta-kasıb» kimi müxtəlif qrupları seçir. Belə tipdə triadalar da ola bilərlər:

-razı qalanlar – həm bəli, həm xeyr-narazılar

-əmin olanlar – həm bəli, həm xeyr-əmin olanlar

mümkün ola – az mümkün – qeyri-mümkün olanlar

-maraqlananlar – həm bəli, həm-maraqlanmayanlar.

Siyahını sonsuza qədər uzatmaq olar, amma məsələ bunda deyildir. Bizim üçün mühüm olan odur ki, qrupda – məsələn, «varlılar» qrupunda öz növbəsində yeni triadanı tətbiq etmək mümkün olsun:

-o qədər də varlı olmayanlar - kifayət qədər varlılar - çox varlılar.

Məsələn, «razı qalanların» qrupu ilə «həm bəli, həm də xeyr» deyilənlərin qrupu arasına yeni triada salmaq olar. Bu üsul həm sıra şkalalarını yaratmaq üçün, həm şkalaları transformasiya etmək üçün, yəni şkalanın üstündəki dərəcələrin sayını artırıb-azaltmaq üçün çox rahat və sadə üsuldur. Əlbəttə ki, söhbət balanslaşdırılmış şkala adlandırılan şkalalardan gedir. Belələrinə üstündə neytral vəziyyət və «mənfi» vəziyyətə bərabər sayda «müsbət» vəziyyət olan sıra şkalaları aiddir. Balanslaşdırılmış şkalalar sosiologiyaya psixolo­gi­ya­dan gəliblər, harada ki, ölçmə zamanı «stimul-reaksiya» modelinə əsaslanırlar. Buna uyğun olaraq ehtimal olunur ki, reaksiya müsbət, neytral və mənfi ola bilər.

Çıxış sıra şkalaları beşdən çox dərəcəyə malik olduğu halda qrupun xarakteristikası üçün indeksin formalaşdırılması məsələsinə qayıdaq. Bu halda əsas şkalanın şəklini dəyişərək, onu az saylı dərəcəsi olan şkalaya çevirmək və təklif olunan üsulla qrup indeksini hesablamaq olar. Amma nəzərdə tutmaq lazımdır ki, dəyişmədən sonra balaslaşdırılmış şkalanın alınması zəruridir. Əgər bunu etmək olmazsa, onda müxtəlif respondent qruplarının müqayisəsini başqa göstəricilər əsasında keçirmək olar (məsələn, mərkəzi tendensiya tədbirləri adlandırılan göstəricilər əsasında) onların barəsində kitabın müvafiq bölməsində danışacağıq.

Analitik indekslərin formlaşmasını ayrıca götürülmüş respondentə də aid etmək olar. Tamamilə aydındır ki, birbaşa qoyulmuş sualların köməyi ilə, bu və ya məntiqi indekslərin köməyi ilə sosial obyektlərin çox məhdud sayda xüsusiyyətini ölçmək olar. Daha bir ölçmə üsulunun nəzərdən keçirilməsinə başlayaq, hansını ki, yekun qiymətlər şkalasının formalaşması kimi qeyd etmək olar.

Bu qəbildən olan şkalanı ilk dəfə R.Laykert (Likert) (R.Likert) 1929-1931-ci illərdə irqi, milli istiqamətlənmələri ölçmək üçün istifadə etmişdir. Adətən sosioloq müəyyən bir yekun qiymətlər şkalasını «icad» edir və ölçmə prosedurasını nəzərdə tutaraq, onu Laykert tipli şkala adlandırır. Beləliklə, hər hansı bir «xətkeşcik» və onun alınmasının alqoritmi, yəni ölçmə prosedurasının özü şkala adlandırılır. Ölçmə prosedurasını şkalalaşdırma adlandırmaq daha yaxşıdır. Bundan sonra Likert şkalasını Laykert şkalası adlandıracayıq, çünki rusdilli ədəbiyatların çoxunda onu belə adlandırırlar.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin