Ədəbiyyat siyahısı: Knyaz Aslan. Dünya kitabxanaları tarixi (I, II hissələr). Baki


QAFQAZDA KİTABXANA İŞİ (Gürcüstan)



Yüklə 36,11 Kb.
səhifə3/3
tarix10.01.2022
ölçüsü36,11 Kb.
#107763
növüMühazirə
1   2   3
QAFQAZDA KİTABXANA İŞİ (Gürcüstan)

XIII \srin birinci yarəsənda Gürcüstanda elm və mədəniyyətin bütün sahələri nəzərəçarpacaq dərəcədə inkişaf etməyə başlamışdır. Bununla belə yenə də mədəniyyət və maarif sistemi təhkimçilik hakimiyyətinin möhkəmlənməsinə xidmət etmişdir. Belə ki, yalnız hökmdarların və hakim feodal təbəqələrinin uşaqları təhsil almaq hüququna malik idilər. Kitab çapı işinin qaydaya salınmaması gürcü mədəniyyətinin yüksəlişinə mane olurdu. Daxili və xarici şəraitin ağırlığı nəticəsində Gürcüstanda uzun müddət mətbəə təşkil etmək mümkün olmamışdır. Ona görə də gürcü dilində ilk kitab 1629-cu ildə Romada çap olunmuşdur. Lakin bundan ancaq katolik missionerlər üçün gürcü dilində yazıb – oxumağı öyrənmək üçün istifadə edirdilər. Bu isə gürcü mədəniyyətinin inkişafına kömək etmirdi. Gürcü mədəniyyətinin, xüsusilə kitab çapının inkişafında Moskvada məskunlaşmış gürcü əhalisi mühüm rol oynamışlar. Belə ki, onlar burada kitab çapı işinin təməlini hələ XVII əsrdə qoymuşlar. Moskvada məskunlaşan gürcülər ilə ruslar arasında özünü göstərən əlaqələr mədəniyyətə, ədəbiyyata da öz təsirini göstərmişdir. Rus dilindən gürcü dilinə elmi əsərlər və tədris ədəbiyyatı tərcümə edilmiş, gürcü mətbəəsi bərpa olunmuş, gürcü kitabları nəşr edilmişdir.

XVII əsrin axırlarında Moskvaya getmiş çar Arçilin başçılığı ilə gürcü mətbəəsinin təşkilinə xüsusi qayğı və kömək göstərilmişdir. 1705-ci ildə Moskvadakı gürcü mətbəəsində “Davitni” (“Davidlər”) kitabı çap olunmuşdur. Gürcüstan ərazisində isə mətbəə ilk dəfə 1709-cu ildə Tiflis şəhərində yaradılmışdır. Bu işin təşəəbbüsçüsü isə Kartli çarı VI Vaxtanq olmuşdur. Qeyd edək ki, VI Vaxtanq da sələfləri Qurucu David, III Georgi, Tamara kimi mənşəcə Türkiyənin İspir əyalətindən çıxmış və IX-XIX əsrlərdə Gürcüstanda hakimiyyıəti idarə etmiş məşhur Baqrationlar sülaləsinin nümayəndələrindəndir. Maarif və mədəniyyətə xüsusi qayğı göstərən çar VI Vaxtanq öz hesabına Valaxetidən (Rumıniya) mətbəə avadanlığı və mütəxəssis ustalar gətirmişdi. Bu işdə ona Rumıniyada yaşayan gürcü ictimai xadimi Antimoz İverieli yaxından kömək göstərmişdir. O, həmin dövrdə bu ölkədə bir neçə mətbəənin əsasənə qoymuşdur. Ona görə də VI Vaxtanqın xahişi ilə Antimoz mətbəə təşkil etmək üçün öz şagirdi Mixail İştvanoviçi Gürcüstana göndərmişdir.

Artıq 1712-ci ildə Tiflisdə fəaliyyət göstərən mətbəədə VI Vaxtanqın redaktəsi və şərhləri ilə bir çox kitablar nəşr edilməyə başlamışdır. Həmin il ilk dəfə olaraq Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması da çap olunmuşdur. VI Vaxtanqın özü də bu kitabən redaktoru olmuş və burada əsərlə bağlı geniş izahatlar yazmışdır. Bu Şota Rustavelinin məşhur əsərinin ilk elmi nəşri idi. Qeyd edək ki, VI Vaxtanqın himayəsi ilə yenidən işlənilmiş və əlavələr edilmiş “Kartlinin həyatı” əsəri “Yeni Kartlinin həyatı” adı ilə tərtib və təqdim olunmuşdur. Bu gürcü tarixşünaslığı və Gürcüstan tarixinin öyrənilməsi üçün çox əhəmiyyətli mənbə oluşdur.

Gürcü elm və mədəniyyətinin dirçəliş dövrü hesab edilən XVIII əsrin I yarısında, xüsusilə VI Vaxtanqın dövründə maarifçiliyin inkişafına mühüm diqqət yetirilmişdir. Tarix, coğrafiya, kimya, riyaziyyat, astronomiya və digər elmlərə dair elmi-tədris əsərləri yazılır və müxtəlif dillərdən gürcü dilinə tərcümələr edilmişdir. Elə bunun nəticəsidir ki, XVIII əsrin əvvəllərində “Müdriklik alimlərə, oxumaq isə şagirdlərə məxsusdur” adlı dərslik yazılmışdır. Bu dərslik şüurlu təlimin üstünlüyü prinsiplərinə əsaslanırdı. VI Vaxtanq özü isə ədəbviyyat və mədəniyyətin digər sahələrində səmərəli fəaliyyət göstərmişdir. O, eyni zamanda gürcü poeziyasında maraqlı şeirlər müəllifi kimi də tanınmışdır. Eləcə də lüğətçi və tərcüməçi olan VI Vaxtanq “Kəlilə və Dimnə”ni gürcü dilinə iki variantda tərcümə etmişdir. O, eyni zamanda XV əsr mütəfəkkiri Uluq bəyin astronomiya sahəsində məşhur olan bu əsərini fars dilindən gürcü dilinə çevirmişdir.

Qeyd edək ki, mütərəqqi ideyaların və planların həyata keçirilməsi üçün hələlik real ictimai-siyasi şərait yetişməmişdi. Xarici işğalçıların dağıdıcı hücumları bu layihələrin gerçəkləşdirilməsinə ciddi əngəl törətmişdir. Bununla belə, bu cür layihələrin tərtib olunması tərəqqipərvər ziyalıların əhalinin mədəni səviyyəsinin yüksəldilməsi, kütləvi şəkildə savadlanması və maariflənməsi, eləcə də onların sağlamlığının qorunması üçün ciddi səy göstərdiklərini, ölkədə mədəni-maarif və səhiyyə işinin yüksəlişi məqsədilə yollar aradıqlarını bir daha təsdiqləmişdir.

XIX əsrin əvvəllərində Gürcüstanda maarif sahəsində çarizmin siyasəti müstəmləkəçilik məqsədlərinə xidmət etmişdir. Milli mədəniyyətlərin inkişafı və özünüdərketmə ilə yanaşı, ayrı-ayrı xalqlar arasında milli-azadlıq ideyalarının yaranacağı təhlükəsindən ehtiyatlanan çarizm Rusiya imperiyasının hər yerində, xüsusilə ucqarlarda maarifin və mədəniyyətin yayılmasına mane olmuşdur.

1802-ci ildə Tiflisdə əsilzadə uşaqları üçün rus dilində ilk ibtidai məktəb yaradılmışdır. Burada rus dilində dərs deyildiyindən şagirdlər onları başa düşmürdülər. Bu səbədən də rus məktəbinin fəaliyyəti dayandırıldı.

1804-cü ildə hökumət Tiflisdə əsilzadələr məktəbi açmışdır. 1830-cu ildə isə Tiflis əsilzadələr məktəbi gimnaziyaya çevrilmuişdir. Burada da təhsil rus dilində aparılmış, gürcü dili isə fənn kimi tədris olunmuşdur.

1817-ci ildə yenidən Tiflisdə ruhani məktəbi təşkil edildmiş, 1917-ci ilədək fəaliyyət göstərmişdir. 1818-1829-cu illərdə Qori, Telaxi, Siqnaxi və Kutaisidə, eləcə də Merqeliyada və Quriyada ruhani qəza və kilsə məktəbləri, 1830-cu ildən isə bir sıra bölgələrdə milli qəza məktəbləri aşılmağa başlamışdır. Bundan başqa, Gürcüstanda hələ də kilsə və monastrların nəzdində, ayrı-ayrı şəxslərin evlərində fərdi məktəblər olmuşdur. Bununla belə, çar hökuməti təhsil sahəsində rütbə prinsipini müdafiə etmişdir. Bunu 1848-ci ildə qəbul olunmuş “Qafqaz Təhsil Dairəsi və onun tabeliyində olan məktəblər haqqında Nizamnamə” bir daha təsdiq edir. 1850-ci illərdə bütün Gürcüstanda 140-a qədər ibtidai və orta məktəb mövcud idi ki, onlarda təxminən 5 mindən artıq şagird təhsil almışdır. 1819-cu ildə “Sakartvelos qazeti” adlı ilk gürcü qəzeti çapdan çıxdı. 1820-ci ildən “Kartuli qazeti” 1822-ci ilədək fəaliyyət göstərmişdir. Sözügedən dövrdə əlverişsiz şəraitə baxmayaraq gürcü elm xadimləri elmin müxtəlif sahələrində mühüm xidmət göstərirdilər.Milli mədəniyyətin inkişafı və özünüidareetmə ilə yanaşı, ayrı-ayrı xalqlar arasında milli azadlıq ideyalarının yaranacağı təəhlükəsindən ehtiyatlanan çarizm Rusiya imperiyasının hər yerində, xüsusilə ucqarlarda maarifin və mədəniyyətin yayılmasına mane olmuşdur. Elə buna görə də Gürcüstanda da ruslaşdırma siyasəti yürüdən çar mütləqiyyəti 1801-ci ildə Telavi seminariyasını, Tiflisdəki gürcü məktəblərini ləğv etmişdir. İctimai-siyasio vəziyyətin kəskinləşməsinə baxmayaraq, milli azadlıq hərəkatı üzvləri öz fəaliyyətlərini davam etdirmişlər. Elə bunun nəticəsində 1879-cu ildə yaradılmış “Gürtcülər arasında maarif yayan cəmiyyət” həyata vəsiqə almışdır. Görkəmli maarifpərvər İlya Çavçavadze ta ömrünün axırınadək – 1907-ci ildə çarn xəfiyyəsi tərəfindən ölfdürülənədək həmin cəmiyyətimn idarə heyətinin sədri olmuşdur. “Gürtcülər arasında maarif yayan cəmiyyət” xalqın maariflənməsi, mədəniyyətin geniş yayılması sahəsində böyük işlər görmüşdür. Bu cəmiyyət ölkənin müxtəlif guşələrində gürcü dilində çoxlu məktəb, kitabxana və qiraətxanalar açmışdır. O, asanlıqla oxunulan faydalı kitabların çap olunması, qədim əlyazmaların və mədəniyyət abidələrinin aşkara çıxarılıb mühafizə edilməsi sahəsində də mühüm tədbirlər həyata keçirmişdir.

XIX əsrin yetmişinci illərində xalq məktəblərinin sayı artmışdır. Kənd ictimaiyyəti isə ibtidai xalq məktəblərinin açılmasında mühüm xidmətlər göstərmişlər. XIX əsrin sonlarında Gürcüstanda aliməktəblər və elmi müəssisələr olmadığına görə gürcü elminin görkəmli nümayəndələri əsasən Rusiyanın müxtəlif şəhərlərində fəaliyyət göstərirdilər.

Milli azadlıq hərəkatının başçıları gürcü dilini və gürcü mədəniyyətini qoruyub saxlamaq, mədəni-maarif işini yüksəltmək üçün mühüm tədbirlər həyata keçirməyə nail olmuşlar. Bu baxımdan məşhur pedaqoq, yazıçı və publisist Yakov Qoqebaşvili xüsusilə fərqlənir. Gürcüstanda mütərəqqi pedaqogikanın banisi olan alim təlimin ana dilində və əyanilik əsasında aparılmasını, gürcü dilində dərsliklərin yazılmasını təbliğ etmiş, özü də bu istiqamətdə səmərəli fəaliyyət göstərmişdir. O, 1865-ci ildə “Kartuli alfabeti” (“Gürcü əlifbası”) dərsliyini yazmışdır. Böyük maarifpərvərin “Deda ena” (“Ana dili”) və “Bunebis kari” (“Təbiətə pəncərə”) dərslikləri və “Gürcü dili və şagirdlərin mütaliəsi üçün birinci kitab” adlı dərs vəsaiti bu gün də öz əhəmiyyətini itirməmişdir. Ədib gənc nəslin vətənpərvərlik tərbiyəsinə və təhsilinə çox böyük töhfələr vermişdir.



XX əsrin əvvəllərində baş verən dünya sənaye böhranı sürətlə Rusiya və Gürcüstana da yayılmışdır. Bunun nəticələri isə Gürcüstan üçün daha ağır olmuşdur. Belə bir çətin şəraitdə demokratik ziyalıların mübarizəsi nəticəsində Gürcüstanda məktəblərin və kitabxanaların şəəbəkəsi genişlənirdi. 1900-cu ildən 1916-cı ilədək ölkədə on yeddi gimnaziya aşılmış, orta peşə təhsili şəbəkəsi genişlənmişdir. 1915-ci ildə min altı yüz qırx ibtidai məktəb fəaliyyət göstərmişdir ki, orada da on iki min dörd yüz yetmiş iki şagird oxumuşdur. Lakin bu məktəblər əhalinin tələbatını az da olsa ödəyə bilmirdi. Bu dövrdə qabaqcıl rus və gürcü ziyalıları nümayəndələrinin Gürcüstanda elmi tədqiqat müəssisəsi və ali məktəb açmaq səyləri nəticəsiz qalmışdır. Yalnız 1918-ci ildə məşhur alim İvan Cavaxişvilinin təşəbbüsü ilə gürcü ictimai xadimləri universitet aça bilmişlər. Bu universitet şəxsi vəsait hesabına fəaliyyət göstərmişdir. O, həmçinin milli tarix elminin inkişafında yeni mərhələnin başlanğıcını qoymağa da nail o0lmuşdur.

XX əsrin 20-ci illərinin əvvəllərində Gürcüstan hökuməti respublikada savadsızlığın ləğv edilməsi üçün tədbirlər müəyyənləşdirmişdir. Bu məqsədlə hər yerdə savadsızlığı ləğv etmə məktəbləri, azsavadlılar üçün xüsusi məktəblər açılmışdır. Burada kilsə və kilsə nəzdindəki məktəblər ləğv olunmuş, ruhani təhsili qadağan edilmişdir. Eyni zamanda bu illərdə Gürcüstanın bütün bölgələrində qiraət komalarının, qərməzə guşələrin və kitabxanaların şəbəkəsi genişləndirilmişdir. Bu baxımdan Tiflisdə çıxan dövri nəşrlər maraq doğurur. Keçmiş sovetler birliyinin tərkibinə daxil olması Gürcüstanın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatda yeni inkişaf mərhələsinin başlanğıcını qoymuşdur. Bu mərhələ tarixin bütün mərhələlərindən əsaslı şəkildə fərqlənmişdir.
Yüklə 36,11 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin