Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional


Gön ayaqqabılara verilən gigiyenik tələblə r



Yüklə 0,87 Mb.
səhifə151/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   147   148   149   150   151   152   153   154   ...   164
-funksional-

14.3. Gön ayaqqabılara verilən gigiyenik tələblə r
Gigiyenik tələblər ayaqqabı daxilində insan ayağının normal fəa-liyyəti üçün lazım olan mikroiqlim mühitinin yaradılması ilə xarakterizə edilir. Normal temperatur şəraitində ayağın üst səthində temperatur +19-33°C arasında olmalıdır.
Temperaturun +33°C-dən artıq olması ayağın qızmasına və +8°C-dən aşağı olması isə ayağın soyumasına səbəb olur. Hətta temperaturun ayaqqabı daxilində +8°C-dən +10°C-yə qədər azalması ayaqda bəzi ağrıların və xəstəliklərin yaranmasına səbəb olur.
Bu nöqtəyi-nəzərdən isti sexlərdə və rayonlarda geyilən ayaqqabılar insan ayağının göstərilən normadan artıq qızmasına imkan verməməlidir. Deməli, daha səmərəli göstəriciyə malik olan ayaqqabı yaxşı istiliksaxlama xassəsinə cavab verməlidir.
Bildiyiniz kimi, insanın həyat fəaliyyəti prosesində onun bədənin-dən, o cümlədən ayağından fasiləsiz olaraq rütubət və tər ayrılır. Normal iqlim şəraitində bu göstərici 1 saat ərzində 0,5-1,5q-a çata bilir. Lakin tem-peraturun +30°C-dən yuxarı olması, habelə intensiv iş şəraitində bu göstərici 1 saat ərzində 6-8q-a çata bilir. Göründüyü kimi 8 saatlıq intensiv
164
iş günü ərzində insan ayağından təxminən 480-640 q-a qədər tər ayrıla bilər. Odur ki, ayaqdan ayrılan tər ayaqqabı materialları tərəfindən sorulmalı və xarici mühitə ötürülməlidir. Əslində bu proses belə yerinə yetirilir. Ayaqdan ayrılan tər əvvəlcə corab, naski və yaxud dolaq vasitəsilə özünə çəkilir. Sonra həmin rütubət ayaqqabının daxili divarı tərəfindən hopdurulur, daha sonra rütubət tədricən üz materialların daxilinə keçərək buradan isə ətraf mühitə buxarlanır. Lakin tərin bir hissəsi ayaqqabıda mövcud olan deşiklər və boşluqlar vasitəsilə ətrafa buxarlana bilir. Bu xüsusiyyəti nəzərə almaqla, kompleks xassələrə malik ayaqqabı material-larından istifadə etməklə gigiyenik tələblərə cavab verən ayaqqabılar isteh-sal etmək mümkündür. Hər bir ayaqqabı materialları lazımi hiqrosko-pikliyə, buxar keçirməyə, rütubət götürməyə, özündən rütubəti ətraf mühitə ötürmək kimi vacib xassələrə malik olmalıdır. Ayaqqabı rütubət burax-mamalı və su keçirməməlidir. Bu xüsusiyyət başlıca olaraq rütubətli şəraitdə geyilən istehsalat, idman və kənd təsərrüfatı təyinatlı ayaqqabılar üçün daha vacibdir. Rütubətdən mühafizə etmə xassəsi gön ayaqqabıların keyfiyyətinin qiymətləndirilməsində vacib şərt kimi nəzərə alınır. Ayaqqa-bının rütubət və su keçirməsi birinci növbədə onun konstruksiyası ilə bağlıdır. Bu cəhətdən ayaqqabı detalları kip birləşdirilmiş konstruksiya xüsusiyyətlərinə malik olmalıdır. Gön ayaqqabılar ayaqdan ayrılan karbon qazını tez bir anda xaricə ötürməlidir. Bununla yanaşı ayaqqabının altına
sərf edilən materiallar elektrik boşalması ionlarını xaricə ötürmək imkanına

da malik olmalıdır.

Son vaxtlar gön ayaqqabıların istehsalında müxtəlif çeşidli süni və
sintetik gön materiallarından daha çox istifadə edilməyə başlanmışdır. Ay-dındır ki, süni və sintetik gön materialları özlərinin xassələrinə görə tamamilə təbii gön materiallarını əvəz edə bilməz. Odur ki, bu qrup mate-riallara qarşı çox ciddi keyfiyyət tələbləri qoyulur. Belə tələblərin içərisində gigiyenik tələblərin rolu və əhəmiyyəti daha çoxdur. Çünki süni və sintetik gön materiallarının istehsalında müxtəlif növ təbii və kimyəvi tərkibli xammateriallardan istifadə edilir. Ona görə də süni və sintetik ayaqqabı materiallarının tərkibindən insan orqanizminə zərərli təsir göstə-rən maddələr ayrılmamalı, ayaqqabı daxilində lazımi mikroiqlim mühitini yaratmalıdır. Ayaqda bəzi dəri-zöhrəvi xəstəliklərin baş verməsinə imkan yaratmamalıdır.
Hər bir ayaqqabı istehlak zamanı uzun müddət istifadəyə yararlı olmalıdır. Ayaqqabının uzunömürlülüyü də onun keyfiyyətinə təsir edən ümumi tələblər sırasına daxildir. Belə ki, ayaqqabı istehlak zamanı uzun müddət geyilməyə yararlı olmaqla vaxtından əvvəl sıradan çıxmamalıdır. Bu da öz növbəsində ayaqqabı materiallarının keyfiyyətindən, onun altının

üzünə bərkidilməsi prosesinin düzgün yerinə yetirilməsindən, ayrı-ayrı de-tal və qovşaqlarının birləşdirilməsi davamlılığından və s. çox asılıdır.


165
Ayaqqabı üçün seçilmiş konstruksiya onun xam- materiallarına uyğun gəlməlidir. Hər bir ayaqqabı təmirə və saxlanmağa qarşı yararlı olmalıdır. Əgər ayaqqabının bu və ya digər detallarından birisi vaxtından əvvəl istehlak zamanı sıradan çıxmış olarsa, onu yenisi ilə əvəz edilməsi rahat və yüngül olmalıdır. Model ayaqqabıların keyfiyyətinə qoyulan konkret tələblər birinci növbədə ayaqqabıların fiziki və mənəvi köhnəlməsi ilə mütləq uyğunlaşdırılmalıdır. Çünki bəzi növ ayaqqabılar üçün fiziki köhnəlmə ən vacib amillərdən birisi hesab edilir. Ayaqqabı saxlanma və daşınma zamanı özünün istehlak xassələrini, xüsusilə formasını və ölçü-sünü pisləşdirməməlidir. Bəzən elə hallara rast gəlinir ki, ayaqqabı istər ticarət təşkilatlarında və istərsə də ev şəraitində müəyyən vaxt saxla-nılarkən onun xarici görkəmi dəyişir, xüsusilə ayaqqabının burun hissəsi çökmüş və boşalmış vəziyyətə düşür ki, bu da ayaqqabının keyfiyyətinə mənfi təsir edir.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin