Elmin məqaminin əHƏMİYYƏTİ



Yüklə 10,72 Mb.
səhifə33/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   ...   29   30   31   32   33   34   35   36   ...   81

AZANIN ŞƏR`İ HÖKÜMÜ


Kişi və qadına müstəhəbdir ki, gündəlik namazdan əvvəl, azan və iqamə desinlər. Məşhur fəqihlər, mütləq şəkildə azan və iqamənin deyilməsinə və savabının çox olmasına tə`kid edirlər. Bə`zi kitablarda, o cümlədən "Cüməl", "Məqnə" "Nihayə", "Məhsub Vəsilə", "Mühəzzəb" və "Əhkamun-nisa" kimi kitabın müəllifləri camaat namazında, kişilərə azanın vacib olmasını bildirirlər.

Aşağadakı hallarda azanın saqit olması, alimlər arasında məşhurdur:



Birinci: Cümə günü, cümə namazı qılarkən yaxud, zöhr namazını qılarkən.

İkinci: Ərəfə günü, əgər əsr namazı zöhrlə birlikdə qılınsa, azan saqitdir.

Üçün: Qurban bayramı gecəsində, məş`rul həramda olub, işa namazını məğrib namazı ilə birlikdə qılan vaxt.

Dördün: İstihazə qadının əsr və işa namazında o vaxt saqit olur ki, bu namazları dərhal, zöhr və məğrib namazından sonra qılsın.

Beşinci: Özünü bol və ğaitin xaric olmasınından saxlaya bilməyənin əsr və işa namazında.

Bu beş yerdə o vaxt azan saqit olur ki, bu namazları fasiləsiz əvvəlkindən sonra qılsınlar."1

Azan və iqamə demək şəraiti aşağıdaklardan ibarətdir.

Birinci: Niyyət. Azan və iqamədə axıra kimi niyyət olunmalıdır. Beləliklə, qəsd qürbətsiz deyilən azan və iqamə düzgün deyildir.

İkinci: İman. Azançı mö`min olmalıdır. İmam Sadiq (əleyhissalam)-dan bu barədə hədis var. Amma, həddi buluğa yetişmək azanda şərt deyildir. Xüsusi ilə əhaliyə e`lan olunan azanda, bu şərt deyildir. E`lan azanında kişinin olması şərtdir. Kişilərin də namazında, kişi azançı olması şərtdir.

Üçün: Azanla iqamə arasında tərtib gözlənilməlidir.

Dördün: Azan və iqamənin cümlələri arasında ardıcıllığı gözləmək.

Beşinci: Ərəbcə səhih oxumaq.

Alimlər, azan və iqamənin müstəhəb əməllərini də zikr etmişlər. Onlardan:



Birinci: Müstəhəbdir ki, təzə doğulmuş uşağın sağ qulağına azan, sol qulağına isə iqamə deyilsin.

İkinci: Biyabanda, cin və başqa şeydən dəhşətə gələn anda azan demək savabdır.

Üçün: Qırx gün ət yeməyənin qulağına azan demək müstəhəbdir.1

Bura kimi şiə alimlərinin, azan və iqamənin deyilməsini tə`kidini haqqında bəhs etdik. İndi də sünnü alimlərinin bu barədəki nəzərinə işarə edək.

Sünnü alimlərindən, Maliki, Əbu Hənifə, Şafei,azan və iqamənin deyilməsinin müstəhəb olmasında şiə alimləri ilə müvafiqdirlər.

Onlar da deyirlər ki, azan və iqamə bütün namazlarda, vətəndə, səfərdə, camaat və tək namazda, vacib yox, müstəhəbdir. Amma, Əhməd İbni Hənbəli, azan və iqamənin kifayi vacib2 olmasını bildirir. Şafei və Malikinin də əshabı bu nəzərdə idilər.3


AZANIN SÖZÜNDƏ İXTİLAF


Şiələr mötəqiddirlər ki, "yyə əlal-fəlah", iki dəfə deyilməlidir. Həmçinin, "yyə əla xeyril-əməl" də, iki dəfə deyilməlidir. Lakin, əhli-sünni mötəqiddirlər ki, bu sözlərin yerinə: "Əssəlatu xeyrün minən-növm" deyilsin. Amma, ixtilafın haradan başlanması barəsində şiələr mö`təqiddirlər ki: "yyə əla xeyril-əməl" cümləsi, İslam Peyğəmbərinin (səllallahu əleyhi və alihi və səlləm) dövründə tə`yin olunmuşdur. Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm), Əhli-beyt (əleyhissalam) və mə`sum İmamlar (əleyhissalam) hamısı tarix boyu, "yyə əla xeyril-əməl" cümləsini demişdirlər.

Həzrət Əli (əleyhissalam)-dan nəql olunur ki, buyurur: "İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) eşitdim ki, buyurur:



Sizlərin ən yaxşı əməli namazdır.Bilala buyurur ki, namazda "həyyə əla xeyril-əməl" desin"!

Amma, sünnü alimləri mö`təqiddirlər ki, "yyə əla xeyril-əməl" cümləsi, İslam Peyğəmbərinin (səllallahu əleyhi və alihi və səlləm) dövründə olub və Həzrət onu deyib. Lakin, sonradan Ömər ibni Xəttab göstəriş verir ki, "yyə əla xeyril-əməl" cümləsini, "Əssalatu xeyrun minə-novm" cümləsi ilə əvəz etsinlər.

Sə`dəddin Təftəzani "Şərh-Üzəd" kitabının haşiyəsində Ömərdən nəql edir:

"Ömər dedi: Üç şey var ki, İslam Peyğəmbərinin dövründə var idi, amma mən onu haram edirəm və sizi bu işi görməkdən çikindirirəm. Biri "həcc təməttö", ikinci, "müt`ə" (siğə), üçüncü, azanda "həyyə əla xeyrül-əməl" deməkdir."

Məşhur İslam alimi Quşçu özünün "Şərh-Təcrid" kitabının "İmamaət" bəhsinin sonunda qeyd olunan hədisi nəql edir və Ömərin bu sözləri deməsini də nəql edir: r kim bu üç əməli yerinə yetirsə, onu zalandıracağam!"- Alim yazır: Mən bilmirəm, Ömər hansı sənədə və dəlilə əsasən, Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) dövründə olan bu üç əməli ləğv etməyi iddia edir? Görəsən, İlahi hökmlərə dəxalət edib, dəyişməkdə özünü haqlı bilirmi? Onun bu işə şər`i icazəsi varmı? Bu sualın cavabını, həmin əqidəyə mö`təqid olanlar verməlidirlər!



Yüklə 10,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin