«Sünnə» və «şiə» kəlmələri Qurani-Kərimdə hansı anlamlarda işlədilib?



Yüklə 37,56 Kb.
tarix14.06.2018
ölçüsü37,56 Kb.
#53651

Bəxtiyar Tuncay

«Sünnə» və «şiə» kəlmələri Qurani-Kərimdə hansı anlamlarda işlədilib?

http://mahalla1.ru/wp-content/uploads/2012/08/koran-v-nashei-zhizni.jpg

Bu məqaləni yazmaqda məqsədimiz ayrı-ayrı din xadimlərinin əhali arasında siyasi məqsədlərlə təbliğ etdikləri qərəzli yalanları ifşa etmək, müsəlmanlar arasında təfriqə salmalarını önləməyə çalışmaq və bu məqsədlə sevimli oxucularımızı «sünnə» və «şiə» kəlmələrinin Qurani – Kərimdə hansı anlamlarda işlədildiyi ilə tanış etməkdir.



İlk öncə qeyd edək ki, «sünnə» və ya «sünnət» sözü ərəb dilində geniş mənada «gedilən yol», «işlək yol» mənasını verdə də, sırf dini termin kimi «Allahın yolu», «Allahın qayda-qanunları», «peyğəmbərlərin yolu və qayda-qanunları» anlamındadır və sevimli Peyğəmbərimizin (s) hədislərində və Qurani-Kərimdə məhz bu anlamlarda işlənmişdir. Məsələn, «Əl-Əhzab» surəsinin 38-ci ayəsində oxuyuruq:

مَا كَانَ عَلَى النَّبِيِّ مِنْ حَرَجٍ فِيمَا فَرَضَ اللَّهُ لَهُ ۖ سُنَّةَ اللَّهِ فِي الَّذِينَ خَلَوْا مِنْ قَبْلُ ۚ وَكَانَ أَمْرُ اللَّهِ قَدَرًا مَقْدُورًا

«Allahın Peyğəmbərə halal buyurduğu bir şeydə ona heç bir günah gəlməz. Öncə gəlib-gedənlər haqqında da Allahın sünnəsi (qayda-qanunu) belə idi. Allahın əmri əzəldən müəyyən edilmiş bir hökmdür.




Allahın Peyğəmbərə vacib (halal) buyurduğu bir şeydə ona heç bir günah yoxdur. Daha öncə gəlib-getmiş (Davud, Süleyman və başqaları kimi) peyğəmbərlər barəsində də Allahın sünnəsi (qayda-qanunu) belədir. Allahın əmri əzəli hökmdür! (O, mütləq yerinə yetməlidir!)».


«Əl-İsra» surəsinin 77 –ci ayəsində isə belə deyilir:

سُنَّةَ مَنْ قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِنْ رُسُلِنَا ۖ وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلًا

تَحْوِيلًا

«Səndən əvvəl göndərdiyimiz elçilərə qarşı da belə davranmışlar. Sən Bizim sünnələrimizdə (qayda - qanunlarımızda) heç bir dəyişiklik tapa bilməzsən.




Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər barəsindəki sünnəyə (qayda-qanuna) müvafiq olaraq. (Onların dövründə də belə etmişdik). Sən Bizim sünnətimizdə (qayda-qanunumuzda) heç bir dəyişiklik tapa bilməzsən! (Səndən əvvəlki ümmətlər öz peyğəmbərlərinə əziyyət verib ölkələrindən qovan kimi onlara əzab göndərər, hamısını məhv edərdik. Əgər Məkkə müşrikləri belə etsəydilər, həmin müsibət onların da başına gələcəkdi)».

Deməli, sünnə və ya sünnət Allahın və peyğəmbərlərin qayda-qanunlarıdır. Allahın və peyğəmbərlərin, ilk növbədə də İslam Peyğəmbərinin (s) yolu ilə gedənlərə, onların qayda-qanunlarına tabe olanlara «sünni» və ya «əhli-sünnə» (sünnət əhli) deyilir.

Şübhəsiz ki, həzrət Əli (r) də Allahın və Peyğəmbərin (s) sünnələrinə (sünnətinə) ən gözəl şəkildə tabe olub əməl edənlərdən idi, yəni sünni (əhli-sünnə) idi. Buna şübhə edən varmı? Məncə, yoxdur və ola da bilməz. O zaman həzrət Əlinin (r) tərəfdarları da onun kimi sünni olmalı deyillərmi? Məncə, olmalıdırlar. Deyillərsə, mən onların gerçəkdən də həzrət Əlinin (r) tərəfdarı olduqlarına şübhə edirəm.



İndisə keçək «şiə» kəlməsinə. Bu kəlmə Qurani-Kərimdə iki fərqli anlamda işlənib. Birinci halda müsbət məna daşıyır və «tərəfdar» anlamındadır:

إِنَّ'>وَإِنَّ مِنْ شِيعَتِهِ لَإِبْرَاهِيمَ

«İbrahim də onun (Nuhun) şiəsindən (tərəfdarlarından) idi» (Əs Saffat: 37/83).

Kəlmə həm də «məzhəb» (firqə, hizb, partiya, qrup) mənasında, özü də mənfi anlamda işlənib:

إِنَّ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا لَسْتَ مِنْهُمْ فِي 

شَيْءٍ ۚ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللَّهِ ثُمَّ يُنَبِّئُهُمْ بِمَا كَانُوا 

يَفْعَلُونَ

«(Ya Rəsulum!) Şübhəsiz ki, sənin şiə (firqə-firqə)  olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!» (6/159).

مُنِيبِينَ إِلَيْهِ وَاتَّقُوهُ وَأَقِيمُوا الصَّلَاةَ وَلَا تَكُونُوا مِنَ 

الْمُشْرِكِينَ

مِنَ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا ۖ كُلُّ حِزْبٍ بِمَا 

لَدَيْهِمْ فَرِحُونَ

«Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın! O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini (üstün bilib) sevinir. O kəslərdən ki, öz dinini parçalayıb şiə (firqə-firqə) oldular. Hər bir firqə öz yoluna (dininə) sevinər» (30/31-32).

Bu ayələri diqqətlə oxuduqdan sonra İranın fars-şiə rejiminin nədən ermənilərlə birləşib, onlara Azərbaycan müsəlmanlarına qarşı dəstək verdiyini çox yaxşı anlayacaq, nədən ruslarla birlikdə Suriyada müsəlmanlara qan uddurduğunu başa düşəcək, onların əslində müsəlman olmadığını və Allahın, Quranda vəd verdiyi kimi, qiyamətdə onları cəzalandıracağını dərk edəcəksiniz. Odur ki, öz dinini parçalayanlardan olmayın, Allahın və Peyğəmbərin (s) qayda-qanununa tabe olanlardan olun.

Allah köməyiniz olsun!!!
Yüklə 37,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin