Seçimin say meyarı. Əgər ən yaxşı alternativin seçimi ancaq bir meyar üzrə həyata keçirilirsə (bu daha çox rəsmiləşdirilmiş qərarlar üçün xarakterikdir), bu zaman qəbul olunan qərar sadə, təkmeyarlı qərar olacaqdır. Əgər seçilmiş alternativ eyni zamanda bir çox meyarları təmin etməlidirsə, onda qərar da mürəkkəb, çoxmeyarlı olacaqdır. Menecment təcrübəsində qərarların çox hissəsi çoxmeyarlıdırlar, çünki onlar eyni zamanda çoxlu meyarlara (mənfəətin həcmi, gəlirlilik, keyfiyyətin dərəcəsi, bazar payı, məşğulluq dərəcəsi, yerinə yetirilmə müddəti və s.) cavab verməlidirlər.
Dostları ilə paylaş: |