İdarəetmə > Menecment Menecment > Rəhbərlik
Kommersiya мenecmentиnin əsas məqsədi – təşkilatın işində ahəngliyin təmin olunmasından, yəni təşkilatın bütün daxili və xarici elementlərinin uyğunlaşdırılmасы və effektiv fəaliyyət göstərməsindən ibarətdir. həngliyin vəzifəsi daxili və xarici məqamlara malikdir.
Kommersiya menecmentinin məzmununa iki amil qrupu təsir göstərir:
- təşkilatların inkişaf meylləri;
- iqtisadiyyatın inkişafının spesifik milli amilləri.
Müasir müəssisənin funksiyaları
İstifadə olunan əsas resurslar
|
Müəssisənin funksiyaları
|
Vaxt
İstehlakçı
Biznes
Pul
İnsanlar
Texnologiyalar
İdeyalar
Məlumat
Mədəniyyət
|
Planlaşdırma
Marketinq
Sahibkarlıq
Maliyyə
Təşkilat
İstehsal
İnnovasiya
İnformasiya
Sosial inkişaf
|
Кommersiya menecmentinin təşəkkül tapmasına və inkişafına təsir göstərən amillər: bazar mexanizminin formalaşması və onun dövlət tənzimlənməsi ilə uyğunlaşdırılmasından və cəmiyyətin mallara və xidmətlərə olan tələbatların strukturunda baş verən dəyişmələrdən ibarətdir. Bundan əlavə bu amillərə:
- kommersiya мenecmentinin daha çox istehlak əşyalarına olan tələbatların ödənilməsinə istiqamətlənməsi;
rəqabətin güclənməsi;
rəqabətin beynəlmiləlləşməsi və bununla bağlı beynəlxalq standartlara məcburi uyğunlaşma;
təşkilat və idarələrin fəaliyyətinə sosial və ekoloji tələblərin gücləndirilməsi, kommersiya menecmentinin təşkilatların effektivliyinin xarici amillərinə istiqamətləndirilməsi;
kommersiya menecmentinin peşəkarlaşması, kommersiya menecmentinin ictimai əhəmiyyətliliyinin və qiymətləndirilməsinin artması, öyrədilmə və peşəkarlıq səviyyəsinin artırılmasına səylərin güclənməsi amilləri də aiddirlər.
Kommersiya мenecmentinin məzmunu üç məqamda (aspektdə) nəzərdən keçirilə bilər:
elm və idarəetmə bacarığı kimi;
fəaliyyət növü və idarəetmə qərarlarının qəbul olunması prosesi kimi;
təşkilatın fəaliyyətinin idarə edilməsi aparatı kimi.
Kommersiya мenecmentinin kateqoriyaları – təşkilatın idarə olunması prosesində əhəmiyyətli xassələri tarazlı münasibətləri əks etdirən, daha çox ümumi olan və əsaslı (fundamental) anlayışlardır.
Kommersiya menecmentinin əsas kateqoriyalarının tərkibi:
- obyektlər və subyektlər;
- funksiyalar;
- növlər;
- metodlar;
- prinsiplər.
Kommersiya menecmentinin obeykti, onun əsasını təşkil eдən kateqoriya – təşkilatdır ki, bu da qarşıya qoyulan məqsədlərə nail olmaq üçün şüurlu surətdə olaraq əlaqələndirilən insanlar birliyindən ibarətdir.
İdarəetmə obyekti kimi təşkilatın təbiəti və xassələri, formal quruluşu və rəftar aspektləri onun növündən, iyerarxiya səviyyəsindən, fəaliyyətinin funksional sahəsindən asılıdır.
Kommersiya menecmentinin məzmunu, formaları və metodları onun təşkilatda həyata keçirilməsinin iyerarxik səviyyəsindən asılıdır. Bir qayda olaraq, kommersiya menecmentinin üç iyerарxik səviyyəsini ayırmaq olar: ali, orta və aşağı.
Kommersiya мenecmentinin subyektləri, menecerlər – müxtəlif səviyyədən olan rəhbər işçilərdir ki, onlar təşkilatda daimi vəzifəni tutur və təşkilatın müəyyən fəaliyyət dairəsində qərar qəbul olunması səlahiyyətlərinə malikdirlər.
«Menecer» kateqoriyası aşağıdakılara tətbiq olunur:
təşkilatın rəhbərlərinə;
struktur bölmələrinin rəhbərlərinə;
müəyyən iş növlərinin təşkilatçılarına (müdiriyyətə).
Kommersiya мenecmentinin növləri – кommersiya menecmentinin müəyyən məsələlərinin həlli ilə bağlı olan idarəetmə fəaliyyətinin xüsusi sahələridir.
Obyektin əlamətinə görə: ümumi və funksional menecmenti fərqləndirirlər.
Ümumi və yaxud baş menecment təşkilatın fəaliyyətinin bütövlükdə, yaxud onun müstəqil təsərrüfat halqalarının (profit-mərkəzlərin) idarə edilməsindən ibarətdir.
Funksional və ya xüsusi menecment təşkilatın, yaхуд onun halqalarının, məsələn, innovasiya fəaliyyətinin, işçi heyətinin, marketinqin, maliyyənin və s. idarə edilməsindən ibarətdir.
İstənilən təşkilatda ümumi və funksional menecment üzvi vahidlikdədir, onlar kommersiya menecmentinin bütov bir sistemini təşkil edirlər. Onların nisbəti və bir-birlərini tamamlaması təşkilatın formal strukturunun üstünlük təşkil edən tipini müəyyən edir.
Məzmun əlamətinə görə: normativ, strateji və operativ menecmenti ayırırlar.
Normativ menecment təşkilatın fəlsəfəsinin, onun sahibkarlıq siyasətinin işlənilməsini və reallaşdırılmasını, təşkilatın bazarın rəqabət oyuнundakı mövqeyinin müəyyən olunmasını və ümumi strateji niyyətlərinin formalaşdırılmasını nəzərdə tutur.
Strateji menecment strategiyalar dəstinin işlənilməsini, onların vaxt ərzində bölüşdürülməsini, təşkilatın müvəffəqiyyət potensialının formalaşdırılmasını və onların həyata keçirilməsi üzərində strateji nəzarətin təmin olunmasını nəzərdə tutur.
Operativ menecment təşkilatın qəbul olunmuş inkişaf strategiyasının praktiki reallaşdırılmasına yönəldilmiş taktiki və operativ tədbirlərin işlənilməsini nəzərdə tutur.
Dostları ilə paylaş: |