FİRMA
Resurslar Bacarıqlar
Strateji aktivlər
SAHƏ
Strateji sahə amilləri
Şəkil 2.3. Rəqabətli üstünlüyün təmin edilməsinə mərkəzi baxış
Rəqabətli üstünlüyü təmin edən strategiyalarının dayaq nöqtələrinə fərqli baxışları nəzərdən keçirdikdən sonra üstünlük strategiyasının yollarını müəyyən edək. M.Porter fırmanın rəqibləri üzərində rəqabətli üstünlük yaratmasının iki yolunu müəyyən edir: «Hər bir kompaniyanın rəqibləri ilə müqayisədə çoxlu sayda güclü və zəif tərəflərinin olmasına baxmayaraq, onlar ümumən iki rəqabətli üstünlüyə malik ola bilərlər: aşağı xərclərə və məhsulun differensiasiyalaşmasına. Kompaniyanın güclü və zəif tərəflərinin əhəmiyyəti son nəhayətdə onun rəqiblərə nisbətən xərclərini maksimal aşağı salmağı və məhsulunun böyük differensiasiyasına nail olmağı ilə təyin edilir».
Cədvəl 2.1.
Müvəfəqiyyət amillərinin reytinqi [12]
Müvəfəqiyyət amilləri
|
%
|
Rəqabətli qiymət
|
65.1
|
Məhsulun keyfıyyəti
|
54.7
|
İstehlakçı ehtiyacı və tələbatlarını bilmək
|
33.5
|
Məhsulun/xidmətin təqdimatı
|
29.6
|
Müştərilərlə sıx əlaqə
|
29.2
|
İstehlakçı ehtiyaclarına cəld reaksiya
|
26.4
|
Müvəfiəqiyyət amillərinin reytinqindən də göründüyü kimi təsərrüfat subyektlərinin əsas uğur amilləri məhsulun qiyməti və keyfıyyəti ilə bağlıdır. Digər amilləri isə ümumilikdə məhsulun qiyməti və keyfıyyəti ilə əlaqələndirmək mümkündür. Qeyd etdiklərimizi nəzərə alaraq, M.Porterin irəli sürdüyü və strateji menecment ədəbiyyatlarında da rəqabətli üstünlüyün təmin edilməsi yolları kimi ümumən qəbul edilmiş metodologiya bizim də təhlilimizin karkasını müəyyən edəcəkdir.
Dostları ilə paylaş: |