F. H. Zeynalov



Yüklə 1,55 Mb.
səhifə58/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   54   55   56   57   58   59   60   61   ...   83
Şəkil 23. Sintaktik əlaqələrin (İƏ) şəbəkəsi
Propozisiya burada 3 ikiyerli predikasiyanı birləşdirir: kimsə danışanın əmisidir, bu, ikinci şəxsdir, o kəs ikinci şəxslə evlənmək istəyir, bu da Şirinnazın bacısıdır. İS r1 (danışan), ro (onun əmisi), ra (Şirinnaz) və rs (onun bacısı) üçün isimləri ehtiva edir. İkinci arqument yiyəlik əvəzliyi üçündür. /Mənim əmim/ əvəzinə /əmim/ işlənib, sonra da söz birləşməsi /Şirinnazın bacısı/ gəlib. Alman dilində burada genitiv birləşməsi də ola bilər. /Schirinnas´ Schwester/ və ya /die Schwester von Schirinnas (des Nachbarn)/ və s. Yiyəlik arqumentləri ümumi sintaktik baxımdan məcburi deyil. Ancaq buna baxmayaraq onlar da həqiqi arqumentlər kimi götürülür, çünki relasional isimlərin mənası bu arqumentlərsiz açılmır. Relasional isimlər həddindən artıq çoxdur: /Freundin (von)/ ((onun )rəfiqəsi)), /Chef/ (von) ((onun) rəisi)); abstrakt isimlər: /Höhe/ (von) ((onun) yüksəkliyi)), /Beruf/ (von) ((onun) peşəsi)), linqvistik terminlər: /Aussprache/ (von) ((onun) tələffüzü)), /Subjekt/ (von) ((onon) subyekti)) və s. Bəzən genitiv əvəzinə sözönülü söyləmlər də işlənir: /Fahrkarte/ (nach) ((Berlinə) bilet)), /Folgerung/ (aus) ((onun) nəticəsi)), /Unterschied/ (zwischen) (aralarndakı fərq) və s.

Eynilə sifətləri də biz xəbər rolunda çıxış etdiyinə görə adi dərəcədə işlənərkən müəyyən edə bilərik. Bu zaman onlar bir, müqayisə dərəcəsində isə ikiyerli olurlar. Sifətləri 3 funksiyada işlətmək olar:

Sifət

təyin zərflık

xəbər
Təyin funksiyasında sifətlər aid olduqları isimdən qabaq gəlir:

Azərb.d. alm.d. rus d. ing.d.

/qırmızı qaşıq/; /eine rote Gabel/; /красная ложка/; /a red spoon/

İS-in referenti sifətin arqumenti olur. Sifət birbaşa referensial ola bilmədiyindən o, arqumenti nə referensial, nə də əlavə komplemntlə göstərə bilir.

Predikativ funksiyada sifət adətən köməkçi fellə birləşir (alm. /sein, werden, bleiben//) və onunla birgə FS yaradır. Belə hallarda sifətlə xəbərlilik subyektin referentinə aid olur, yəni subyekt bütöv predikat ifadəsinə köməkçi feldən və sifətdən ibarət olmaqla mürəkkəb predikat ifadəsinə komplement olur:

/Die Milch wird heiß// (Süd isti olur)

Bu rolda /rosa, okay, super, schuld, zu, an, weg/ çıxış edə bilməzlər, eynilə /sehr, ganz, total/ və s., çünki onlar dəyiş­mirlər. /Ober, unter, recht, link/ predikativ kimi işlənə bilmirlər. Deməli, /das obere Fach/ olar, ancaq /das Fach ist ober/ olmaz, ancaq /oben, unten/ kimi zərflər işlənə bilər.

/anders als, zufrieden mit, scharf auf, reich an/ kimi ifadələrin ikinci arqumenti olur ki, bu da PP-komplementilə ifadə olunur. Bəzi köhnə formalarda (mir genehm, voll des süßen Weins) sifət genitiv və dativ komplementi tələb edir. Bu zaman onların birinci arqumentinə rəğmən ikiyerli sifət biryerli kimi çıxış edir. Sifətin birinci arqumenti sonra gələn ismin referensial arqumentilə eynilik təşkil edir. Predikativ kimi sifət birinci arqument kimi köməkçi felin subyektilə ifadə olunur. Müq. et:

/Die auf Wurst scharfen Gäste// (atrubutiv- kolbasaya diqqət verən qonaqlar)

/Die Gäste waren auf Wurst scharf// (Qonaqlar kolbasaya sərt reaksiya verdilər)

İkiyerli sifətlər müqayisə konstruksiyalarında da olur. Sifət müqayisə dərəcəsində işlənir, bu konstruksiya digər arqument kimi als-PP-nu sözönülü söyləmi müqayisə üçün tələb edir. Deməli, /groß/ biryerlidir, ancaq /größer/ ikiyerli; hətta, bəzi sifətlərdə üçyerli ola bilər.

/Ein öderes Buch habe ich nie gelesen// (belə axmaq kitabı heç vaxt oxumamışam)

/Seine Haare waren fettiger als Ulrikes// (onun saçları Ulrikeninkindən yağlıdır)

Ancaq: /Sie ist mit seiner Arbeit noch unzufriedener als du// (Qız oğlanın işindən səndən daha çox narazıdır).

Bəzi sifətlər predikativ ola bilmir: modal sözlər: /angeblich, potentiell, wirklich, eigentlich/ və s. Onlar təyin kimi işlənə bilirlər: /ein potentieller Referent/. Ancaq onlar sonra gələn ismi ifadə edənin xəbərini göstərə bilir, yəni referentə potensiyada işarə edir. Buraya zaman bildirən sifətlər də daxildir: /zeitlich, zukünftig, dortig/ və s.

İsmin keyfiyyətlərini yaxından təyin edən /väterlich/, /ato­mar/, /didaktisch/ kimi sifətlər həmin konstruksiyalarda keyfiy­yəti açır. Deməli, sifətlər heç də hər zaman xəbərin ifadəsi ola bilmir, attrubutiv kombinasiyada ikili, ümumi predikasiyanı bildirmir.

Məlumdur ki, isimlər də predikativ kimi işlənir.

/Əhməd bir şahiddir (Schlagzeugen)//. Burada yalnız Əhməd referentdir, o /dir/ şəkilçisinə əlavədir. Semantik çəhətdən köməkçi feldən (dir, ist) arqument İS şahiddir-ə keçir. Kopula özü xəbəri ifadə edə bilmir, o sadəcə olaraq predikativlə birgə xəbəri bildirən dil vasitəsidir.

Referensial işlənmədə ad və ya sifətin digər arqumentləri eynilə öz ifadəsini tapır.

/Şirinnaz onun xalasıdır (relasional isim)//

/Şirinnaz ondan kiçikdir//.

Aşağıdakı çədvəldə xəbər ifadələrinin əsas tipləri əks olunub. İS-lər və biryerli sifətlər predikativ tətbiqdə nəzərə alınmayıb. Fel, isim və sifətlər birinci arqumentlərilə seçilir, ancaq əlavə arqumentlər üçün eyni şəkildə komplementlər əldə edirlər: İS-lər və PP-lər (sözönülü söyləmlər) . Relasional adlar üçün ikinci arqument xüsusi passiv konstruksiyalarda ifadə olunur.



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin