Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


İslamın əmrindən irəli gələrək İsrail və Amerika ilə müxaliflik



Yüklə 1,24 Mb.
səhifə100/376
tarix07.01.2022
ölçüsü1,24 Mb.
#84656
1   ...   96   97   98   99   100   101   102   103   ...   376

İslamın əmrindən irəli gələrək İsrail və Amerika ilə müxaliflik


Mərhum imamın həyatı dövründən indiyədək İslam İranı ilə düşmənliyin ən mühüm səbəbi odur ki, bu ölkədə bütün siyasətlər İslam meyarları ilə təyin olunur; seçilir, yaxud rədd edilir. Bütün siyasi mövqelər İslam əmrlərinə əsasən formalaşır.

Hökumətlərin sionizmlə sazişi rədd edilir. Çünki bu, Fələstin xalqının həmişəlik qaçqınlığı və Fələstinin düşmən tərəfindən həmişəlik işğalı deməkdir.

(İslam Respublikası) Fələstin xalqını və digər məzlum və müsəlman xalqları müdafiə edir. Çünki Quran məzlumları müdafiəni açıq şəkildə lazım bilmişdir: “(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz və məzlum kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?“

Amerikanın hökmranlığına, onun İslam ölkələrində və bütün məzlum ölkələrdə nüfuzuna və müdaxiləsinə qarşı çıxır. Çünki Quran buyurmuşdur: “Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost seçin! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz“. Öz ölkəsində İslam hökmlərini qanunvericiliyin qanyağı və meyarı seçmişdir. Çünki bir xalq üçün izzəti, istiqlaliyyəti, rifahı, maddi və mənəvi kamilliyi İslam hökmlərinə əməl etməkdə görür.

Bütün bunlar imperialist cəbhə başçılarının sionist təxribatçıların dəllallığı və şeytanlığı ilə İslam İranını özlərinin bir nömrəli düşməni bilmələrinə və imkanları qədərincə onunla düşmənçilik etmələrinə bais olmuşdur.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin