Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


İsrailin maraqları - Qərbdə azadlığın qırmızı xətti



Yüklə 1,24 Mb.
səhifə132/376
tarix07.01.2022
ölçüsü1,24 Mb.
#84656
1   ...   128   129   130   131   132   133   134   135   ...   376

İsrailin maraqları - Qərbdə azadlığın qırmızı xətti


Biz illər öncə bir cümlə eşidirdik, onu təkrarlayırdılar. O cümlə bu idi: “Ey Azadlıq, sənin adınla baş verməyən cinayət varmı?!”. Bu gün bizim düşmənlərimiz həmin cümləni bir daha reallığa çevirirlər. İndi Amerika bizim söz azadlığımızın tərəfdarı olub. Məgər bu məmləkətdə uzun illər boyu muzdur və çirkin Pəhləvi rejimini dəstəkləyən siz deyildiz?! Halbuki o rejimdə heç kimin bir kəlmə söz deməyə cürəti yox idi.

Mən uzun illər bu Məşhəd şəhərində, bu elmi hövzədə, bu küçə və xiyabanda və tağut dövrünün mübarizələrində bu xalqla birgə olmuşam. O zaman bir ruhaninin dini məsələlər münasibəti ilə Fələstin torpaqlarının sionistlər tərəfindən işğalına azacıq işarə belə etməsinə icazə vermirdilər. Bu ölkə belə idi. Bəli, həm İsrailə ölüm olsun, həm İsraili müdafiə edənlərə, həm də uzun illər sionistlər barəsində bir kəlmə danışmağa qoymayanlara! Bu gün Qərb ölkələrində qəzetlərin sionistlər haqqında pis danışmağa icazəsi yoxdur. Bir nəfər bir kitabda yazır ki, yəhudilər İkinci Dünya Müharibəsində Hitlerin vasitəsi ilə baş verən qətliamlarını şişirtmişlər. Bu kitabı qadağan edirlər; bu heç. Kitabın müəllifi üçün cinayət işi açırlar. Özləri bu gün azadlığa qarşı belə rəftar edirlər.

Qərbdə qəzetlər azaddır, hər şeyi yazırlar, amma onlar kimlərə məxsusdur? Məgər xalqa məxsusdur?! Bu aydın məsələdir, gedib baxsınlar. Siz bütün Avropa və Amerikada sayılan bir qəzet göstərin ki, kapitalistlərə məxsus olmasın. Deməli, "qəzet azaddır" dedikdə, yəni kapitalist öz sözünü deməyə azaddır; kimi istəsə, gözdən salar, kimi istəsə, böyüdər, ictimai rəyi hansı tərəfə istəsə, çəkər. Bu, azadlıq olmadı. Əgər bir nəfər peyda olub sionizm əleyhinə danışsa - sionistlərin əleyhinə bir neçə cild kitab yazıb yəhudilərin insan yandıran sobalarda yandırılmasının həqiqət olmadığını deyən fransalı (Roje Qarodi) kimi - onunla başqa cür rəftar edirlər. Əgər biri kapitalistlərə və kapitalizmin güc mərkəzlərinə bağlı olmasa, nə sözü danışılır, nə səsi kiminsə qulağına çatır, nə də söz azadlığına malik olur.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin