İslam Respublikasında Fələstin məsələsinin bir siyasi strategiya yox, etiqadi məsələ olması
İslam Respublikasında Fələstin məsələsi bizim üçün bir taktika deyil, bir siyasi strategiya da deyil, bu, etiqad məsələsidir, ürək məsələsidir, iman məsələsidir. Odur ki, bizimlə xalqımız arasında bu sahədə heç bir fərq yoxdur. Bizim Fələstin məsələsinə önəm verdiyimiz qədər, xalqımız da - Fələstin məsələsinin nə olduğunu bilənlər; yəni xalqımızın böyük əksəriyyəti və bəlkə də hamısı - həmin fikirdədir. Siz müşahidə edirsiniz ki, Qüds günündə - imamın Qüds günü təyin etdiyi hər ilin ramazan ayının son cüməsində xalq böyük şəhərlərdə, kiçik şəhərlərdə, hətta kəndlərdə 22 bəhmən (11 fevral) kimi - 22 bəhmən bizim inqilabımızın qələbəsinin xatirəsi və ildönümüdür; yəni xalqın özünə və ölkə daxilinə aid olan məsələdir - eyni duyğuları bildirirlər, 22 bəhməndə olduğu kimi iştirak edirlər. Qüds günündə də xalq ölkənin bütün şəhərlərində, bütün böyük və kiçik şəhərlərdə və kəndlərdə xiyabanlara çıxırlar. Hava isti olsa da, soyuq olsa da, öz iştiraklarını və öz duyğularını göstərirlər.
Bu münasibətlər, bu təhlillər və bu baxış nədən irəli gəlir? Əgər mən, İslam Respublikası quruluşu və İslam Respublikasındakı qərar mərkəzləri bu mövqeni seçir və elan ediriksə, bu nədən irəli gəlir? Sırf siyasi bir baxışdanmı irəli gəlir? Xeyr, bu, din baxışından irəli gəlir.
Deyirlər nə üçün İran Bəhreyn xalqını müdafiə edir. Biz hamını müdafiə etdik. Biz 32 ildir Fələstin xalqını müdafiə edirik. Hansı ölkə, hökumət və xalq bu 32 ildə bu qədər müdafiə edib? Məgər Fələstin xalqı şiədir? Qəzzə barəsində bizim xalqımız nə qədər çalışdı! Bizim gənclərimiz hava livanına getdilər ki, Qəzzəyə yollansınlar. Qəzzəyə gedib İsrail əleyhinə vuruşmaq istəyirdilər; elə bilirdilər yol açıqdır. Yol bağlı idi və getmək olmazdı. Biz dedik ki, getməyin; qarşılarını aldıq ki, yolda sərgərdan qalmasınlar. Yol bağlı idi. Bizim xalqımız Qəzzəyə qarşı, Fələstinə qarşı, Misirə qarşı, Tunisə qarşı hər yerdə yaxşı münasibətini bildirib. Onlar ki, şiə deyildilər. Buna əsasən, söhbət şiə və sünni söhbəti deyil. Bədxah və xəbis adamlar Bəhreyn məsələsini şiə və sünni məsələsi kimi göstərməyə çalışırlar.
Dostları ilə paylaş: |