Valyuta bazarının peşəkar iştirakçıları üçün "valyuta məzənnəsi" anlayışı demək olar ki, yoxdur. Onlar buna alıcı və satıcı məzənnələri deyirlər. Alıcı məzənnəsi milli valyuta ilə xarici valyutanın satın alındığı, satıcı məzənnəsi isə xarici valyutanın milli valyutaya satıldığı məzənnədir. Məsələn, 1 Ingiltərə funt sterlinqinin 1,5655/75 ABŞ dollarına bərabər olması o deməkdir ki, ABŞ-ın kommersiya bankı bir funt sterlinqi 1.5655 ABŞ dollarına satın almağı və 1.5675 dol-lara satmağı qarşısına məqsəd qoymuşdur. Deməli, birbaşa qiymət təyinetmədə satıcı məzənnəsi alıcı məzənnəsindən daha yüksəkdir.