FəNN: mobil rabiTƏNİn veriCİ VƏ QƏbulediCİ avadanliqlari mühaziRƏLƏr konsbekti Hazırladı: KƏRİmova sədaqəT


Elektromaqnit dalğalarının ötürücü mühitlə



Yüklə 0,49 Mb.
səhifə19/20
tarix11.01.2022
ölçüsü0,49 Mb.
#110770
1   ...   12   13   14   15   16   17   18   19   20
Elektromaqnit dalğalarının ötürücü mühitlə

yayılması və tezlik diapazonları

Elektromaqnit dalğaları müxtəlif fiziki mühitlərlə yayıla bilir.Elektromaqnit dalğalarının ən yaxşı ötürücü mühitlərindən biri telefon kabelləridir.Lakin kabelli dalğa ötürmə mühitinin təsir radiusu ən yaxşı halda birbaşa 6-mindən çox deyildir.Təsir radiusunu artırmaq üçün E1 xətt dəstələrindən istifadə edilir və bu da xətt qurğularının tikintisinə sərf edilən investisiyanın artmasına və telefon sıxlığının azalmasın səbəb olur.Bir sözlə şəhərdaxilində təsir radiusunu bu üsulla artırılması əslində iqtisadi cəhətdən özünü doğrultmur.Məhz bu səbəbdən elektromaqnit dalğalarının naqilsiz radio dalğa ötürücüsü mühitlə şüalandırılması,təsir radiusunun kifayət qədər artırılmasına imkan verməklə yanaşı,iqtisadi cəhətdən də özünü doğruldur.

Radio dalğaların tezliyi və dalğanın uzunluğu ilə xarakterizə edilir.Dalğaların tezliyi dedikdə 1 rəqs periodu müddətində dalğanın enerjisinin yayıla biləəcəyi məsafə başa düşülür.İnformasiya sellərinin 1 obyektdən digər obyektə qədər ötürülməsi üçün istifadə edilən yüksək tezlikli radio dalğalarını idarə etmək məqsədi ilə radioverici stansiyalarda çeviricilərdən istifadə edilir.Fərdi naqilsiz radiorabitə sistemində ətraf mühitə şüalandırılan müxtəlif tezlikli radio dalğaların fon radio stansiyalarına çata kimi ,onun qəbuledici antenasının ətrafında dəyişən qiymətli EHQ yaradır.Ümumiyyətlə radio verilişində son fon qurğular dedikdə müxtəlif təyinatlı mikrofonlar,telefonlar,abunəçi və küçə uca danışanları,teleqraf elektron açarları ,televiziya elektron şüa boruları ,çıxış qurğuları,relelər,EHM və.s başa düşülür .Bunlar xəbər tipli informasiya sellərini ilkin səs tezlikli informasiya selinə çevirən son qurğular hesab edilir.Qeyd etmək lazımdır ki,radiodalğalar 2 əsas üsulla ətraf mühitdə yayıla bilir;Yerin səthi ilə birbaşa yayılan radio dalğaları və ionlaşmış atmosferin ayrı-ayrı təbəqələrindən əks etdirilən radio dalğaları 1 –ci növ dalğalar elektromaqnit dalğalarının fəzada şüalandırılması səthi tipli dalğalar,2-ci növ dalğalar isə yer səthi ilə müəyyən bucaq altında yayıldığı üçün onlara fəza tipli dalğalar deyilir.Radio dalğaları dalğa uzunluğundan asılı olaraq tezlik diapazonlarına bölünür.Radio dalğalarını atmosfer mühitdə yayılmasına onların dalğa uzunluğu və atmosfer təbəqəsinin vəziyyəti ciddi sürətdə təsir göstərir.

Atmosferin 10-12 km-lik qatı troposfer adlanır .Troposfer təbəqəsində bəzi məlum təbiət hadisələri buludların,dumanların,yağıntıların,burulğanların və müxtəlif xarakterli küləklərin yaranması prosesləri ciddi təsir göstərir.Atmosferin ən yuxarı təbəqəsi ionosfer adlanır və o 4 orbit təbəqəyə bölünür.

E1 təbəqəsi(təbəqənin qalınlığı 60-80km)

E alt təbəqəsi(təbəqənin qalınlığı 90-100)

F1 alt təbəqəsi(təbəqənin qalınlığı 110-220 km)

F2 alt təbəqəsi(təbqənin qalınlığı 220-500 km)

Adların sadalanan alt təbəqələrin hər biri müxtəlif ionlaşma dərəcəsinə malikdir.İonlaşma günəşin ultra bənövşəyi və kosmik şüalanması nəticəsində baş verir.ilin fəsillərindən və sutkanın günlərindən birbaşa asılı olur.Müxtəlif dalğa uzunluqlu elektromaqnit dalğalarının fəzada şüalandırılması və onların qəbul edilməsi üçün xüsusi qurğulardan-antenalardan istifadə edilir.Antena qurğuları təyinatına görə ötürücü,qəbuledici və qəbuledici ötürücü olmaqla 3 tipə ayrılır.Bütün radio stansiyalar daşınma üsuluna görə yeri dəyişdirilən və hərəkətli olmaqla 2 yerə bölünür.Antenalar tezlik diapazonuna görə 4 yerə bölünür:uzun,orta,qısa və ultraqısa dalğa.

Qidalanma üsuluna görə isə 3 yerə bölünür.

Simmetrik,qeyri-simmetrik,fiderli və ya birbaşa qidalanan

Naqilsiz radiostansiyaların əksəriyyəti qəbuledici və verici antenlərə bölünür.





Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin