İmam hüseyniN (ələyhissalam)


BEHİŞTDƏN GÖNDƏRİLƏN MEYVƏ



Yüklə 0,77 Mb.
səhifə24/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   20   21   22   23   24   25   26   27   ...   79

BEHİŞTDƏN GÖNDƏRİLƏN MEYVƏ


Salman deyir: “Peyğəmbəri-Əkrəmin (sallallahu ələyhi və alihi və səlləm) yanına getdim, salam verib içəri daxil oldum. Sonra oradan çıxıb Həzrət Fatimənin (ələyhəssalam) evinə getdim. O Həzrət mənə buyurdu: “Peyğəmbəri-Əkrəmin gözünün işığı olan Həsən və Hüseyn acdırlar. Onları Həzrətin hüzuruna apar.”

Mən ikisini də Peyğəmbərin (sallallahu ələyhi və alihi və səlləm) yanına apardım. Həzrət Onların halını soruşduqda ac olduqlarını bildirdilər. Bu zaman Həzrət üç dəfə Allah-təalaya belə xitab etdi: “İlahi! Onlara təam yetir.”

Bu zaman Peyğəmbərin (sallallahu ələyhi və alihi və səlləm) ovcunda böyük və qəşəng bir heyva peyda oldu. Həzrət onu iki yerə bölüb yarısını İmam Həsənə (ələyhissalam), digər yarısını isə İmam Hüseynə (ələyhissalam) verdi. Mənim də həmin heyvadan yemək meylim var idi. Peyğəmbəri-Əkrəm (sallallahu ələyhi və alihi və səlləm) məndən soruşdu: “Deyəsən, sən də bu heyvadan yemək istəyirsən?” Cavab verdim: “Bəli.” Buyurdu: “Bu heyva Behişt meyvələrindəndir. Onu yalnız Qiyamət gününün hesabından sonra nicat tapanlar yeyəcəklər.”1


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin