İnformasiya anlayışı və xassələri


EHM-in arxitekturası və ümumi quruluş prinsipləri



Yüklə 145,37 Kb.
səhifə14/66
tarix09.01.2022
ölçüsü145,37 Kb.
#113741
1   ...   10   11   12   13   14   15   16   17   ...   66
INFORMASIYA TEXNOLOGİYALARI

11. EHM-in arxitekturası və ümumi quruluş prinsipləri

Neyman arxitekturası ilə işləyən fərdi kompüterlər mərkəzi periferiya hissəsindən ibarətdir. Mərkəzi hissəyə kompüterin beyni hesab olunan prosessor (CPU), daimi yaddaş (ROM), əməli yaddaş (RAM) daxildir. Periferiya (xarici) hissəsinə xarici yaddaş qurğuları (HDD, CD, DVD, Flash, Strimmer), daxiletmə-xaricetmə qurğuları (DXQ) və idarə pultu (İP) daxildir. Sistem interfeysi bu iki hissəni əlaqələndirən aparat-proqram vasitələri toplusudur. Sistem interfeysi nə mərkəzi, nə də periferiya hissəsinə daxildir.


Neyman arxitekturasının daha iki təsnifatını verək. Fərdi kompüterlərin funksional tərkibi üç hissədən: aparat, proqram və hesablama-məntiqi imkanları ibarətdir. Digər təsnifata görə isə dörd hissədən: hesab məntiq qurğusu, idarəetmə qurğusu, yaddaş qurğuları, giriş-çıxış (daxiletmə-xaricetmə) qurğuları. Bunlar birinci verdiyimiz təsnifatla məntiq etibarilə yuxarıdakı sxem-ə müxtəlif yanaşmalardır.
Kompüterin əsas xarakteristikalarına işləmə sürəti, yaddaş tutumu, hesablama dəqiqliyi, əmrlər sistemi, qiyməti və iş etibarlılığı daxildir.
- Kompüterin işləmə sürəti prosessorun bir saniyədə yerinə yetirdiyi sadə əməliyyatların sayı ilə təyin olunur. Sadə əməliyyatlar dedikdə toplama, göndərmə, müqayisə və s. başa düşülür. Kompüterin sürətinə həmçinin informasiyanın yaddaşdan oxunma müddəti də xeyli təsir edir.

- Yaddaş tutumu kompüterin yaddaşında saxlanıla bilən informasiyanın maksimum həcmi ilə təyin olunur. Yaddaşın tutumu baytlarla ölçülür. Daxili yaddaş standart tutumu olan modullardan təşkil olunduğundan, modulların sayını artırmaqla daxili yaddaşın tutumunu artırmaq olar. Xarici yaddaş blok struktununa və dəyişdiriləbilən konstruksiyalar üzərində qurulduğundan, onun tutumu praktik olaraq qeyri-məhduddur.

- Hesablama dəqiqliyi ədədlərin təsviri üçün istifadə olunan mərtəbələrin sayından asılıdır. Müasir kompüterlərdə kifayət qədər böyük dəqiqlik almağa imkan verən 32 və 64 mərtəbəli prosessorlardan istifadə olunur. Bu dəqiqlik azlıq etdikdə ikiqat və üçqat mərtəbələr tətbiq olunmaqla lazımi dəqiqlik alınır.

- Əmrlər sistemi prosessorun yerinə yetirə bildiyi əmrlər toplusudur. Əmrlər sistemi vasitəsilə kompüter toplama, çıxma, vurma, bölmə, müqayisəetmə, yaddaşayazma, ədədi bir registrdən digərinə köçürmə və s. əməliyyatları yerinə yetirir.

- Kompüterin qiyməti işləmə sürətindən, yaddaş tutumundan, əmrlər sistemindən, xarici qurğuların sayı və çeşidindən, proqram təminatından və s. asılıdır.

-Kompüterin iş etibarlılığı müəyyən şərtlər daxilində və müəyyən vaxt müddəti ərzində kompüterin öz xassələrini saxlamaq qabiliyyətidir. Müəyyən şərtlər daxilində və müəyyən vaxt müddəti ərzində kompüterin dayanmadan işləməsi ehtimalı, nasazlıqların aşkarlanması və aradan qaldırılması, kompüterin işinin bərpasına sərf olunan vaxt kompüterin iş etibarlılığının göstəriciləridir.

Kompüterin digər xarakteristikaları (universallığı, proqram uyğunluğu, çəkisi, ölçüsü, enerfi sərfi və s.) da müəyyən əhəmiyyət kəsb edirlər. Onlar kompüterin konkret tətbiq sahəsini qiymətləndirərkən nəzərə alınır.
Kompüterin məhsuldarlığı vahid zaman ərzində kompüterdə həll olunan məsələlərin orta sayı ilə təyin olunur. Məhsuldarlıq kompüterin işini bütövlükdə xarakterizə edir. Əgər işləmə sürəti əsasən kompüterin elementləri ilə əlaqəlidirsə, məhsuldarlıq kompüterin arxitekturası və həll olunan məsələlərin tipləri ilə bağlıdır.


Yüklə 145,37 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin