İnformasiya anlayışı və xassələri



Yüklə 145,37 Kb.
səhifə1/66
tarix09.01.2022
ölçüsü145,37 Kb.
#113741
  1   2   3   4   5   6   7   8   9   ...   66
INFORMASIYA TEXNOLOGİYALARI


  1. İnformasiya anlayışı və xassələri

İnformasiya öyrənilən obyekt və hadisələr haqqında əldə edilən bilikləri göstərir. İnformasiya anlayışına sadəcə insan fəaliyyəti ilə əlaqədar olaraq diqqət yetirsək görərik ki, adi məişət mənasında informasiya dedikdə insanın hiss üzvləri vasitəsilə ətraf mühitdən və eləcə də cəmiyyətdən aldıqları məlumatlar nəzərdə tutulur. Məsələn, təsadüfən əlimiz isti əşyaya toxunur və ağrı hiss edirik. Bu halda insan beyni əşyanın yüksək temperaturu haqqında informasiya alır. Başqa bir misal: maşınla yol gedərkən mühərrikin səsi bizim üçün sadəcə olaraq narahatedici amildir. Amma bu səs təcrübəli avtomexanik üçün informasiyadır. Bu səsi eşidərkən o, mühərrikin saz və ya nasaz olmasını müəyyən edə bilir.Ətraf mühiti müşahidə edərkən, ayrı-ayrı adamlarla ünsiyyətdə olarkən, kitab, qəzet, jurnal oxuyarkən, televiziya verilişlərinə baxarkən informasiya alırıq. Bu deyilənlərdən belə bir nəticəyə gəlirik ki, informasiya hökmən istənilən ən azı iki təbiət obyekti arasında mövcud olur. Bu obyektlərdən biri informasiyanın mənbəyi, digəri isə qəbuledicisidir. İstənilən təbiət obyektləri - çaylar, göllər, meşələr, insanlar, heyvanlar, planetlər, həmçinin elm və texnikanın inkişafı ilə bağlı olan elmi eksperimentlər, maşınlar, qurğular, texnoloji proseslər və s. informasiya mənbəyi və ya informasiya qəbuledicisi ola bilər. Odur ki, bu anlayışa aşağıdakı şəkildə tərif vermək olar : “İnformasiya dedikdə təqdimat formasından asılı olmayaraq şəxslər, əşyalar, faktlar, hadisə və proseslər haqqında məlumatlar başa düşülür”.


  1. Yüklə 145,37 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin