İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə82/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   119
Qan damarları. Aretriyalar və venalar olmaqla iki qrupa bölünürlər. Ürəkdən qanı orqan və toxumalara daşıyan damarlara arteriya damarları, toxumalardan qanı ürəyə çatdıran damarlara vena damarları deyilir. Həmçinin, orqanizmdə arteriyalarla venaları əlaqələndirən kiçik damarlar - kapilyarlar vardır. Bunların iştirakı ilə toxumalarla qan arasında qarşılıqlı əlaqə yaradn yerli qan cərəyanı – mikrosirkulyasiya əmələ gəlir.

Arteriyaların divarı venalara nisbətən qalın olub, daxili, orta və xarici qişalardan təşkil olunub. Daxili qişa endotel, endotelaltı və daxili elastik zardan təşkil olunmuşdur. Ahıl yaşlı insanlaın arteriyalarının subendotelial qatında xolesterin və yağ turşuları vardır.

Orta qişa boylama və həlqəvi əzələ qatları arasında yerləşmiş elastik liflərdən ibarətdir.

Xarici qişa kövrək lifli birləşdirici toxumadan ibarət olub damarlar və sinirlərlə zəngindir. Arteriyaların divarında elastik liflərin çoxluğu, onlara elastiklik verməklə yanaşı, həmçinin onların mənfəzinin daim açıq qalmasına səbəb olur.

Arteriyalar monopodial və dixotomik yola şaxələnirlər. Monopodial tipdə magistral damar uzun olub növbə ilə yan tərəflərə şaxə verirlər. dixotomik tipdə magistral damar qısa olmaqla haçalanma yolu ilə şaxələnir.

Aorta orqanizmin ən böyük damarıdır. Ürəyin sol mədəciyindən başlayır və 3 hissəyə bölünür: qalxan aorta, aorta qövsü və enən aorta.

Qalxan aorta sol mədəcikdən başlayır və aorta qapağı ilə əhatə olunmuşdur. Uzunluğu 6 sm-dir.

Aorta qövsü qalxan aortanın davamı olub, çıxıq tərəfi yuxarı olmaqla sola gedərək IV döş fəqərəsi bərabərliyində enən aortaya keçir.

Enən aorta orta divarın dal şöbəsində yerləşir. Diafraqmada yerləşən aorta dəliyindən qarın boşluğuna daxil olur. Onurğanın önü ilə IV bel fəqərəsinə qədər gedir. Burada sağ və sol ümumi qalça arteriyalarına ayrılır, davamını isə rudiment halında olan tən orta oma arteriyası təşkil edir.

Venaların divarı 3 qişadan təşkil olunub. Divarı nisbətən nazik, əzələ toxuması və elastik liflər az olur. Ona görə də divarları bir birinı söykənir, mənfəzi bağlanır. Orta və kiçik venaların divarlarında qanın geriyə qayıtmasının qarşısını alan qapaqcıqlar yerləşir. Bu qapaqlar çox vaxt cüt olub,daxili qişanın aypara büküşlərini formalaşdırır. Qapaqlar qanın bir istiqamətdə ürəyə doğru axmasına səbəb olurş aşağı ətraflarda qapaqların sayı daha çox olur. Yuxarı və aşağı boş venalar, qapı venası, baş və boyun, böyrək və ağciyər venaları qapaqsızdır.

Bədəndə olan ən böyük venalar yuxaı və aşağı boş venalar, qapı venası aiddir. Qapı venası qaraciyərdən keçərək qaraciyər venaları vasitəsilə aşağı boş venaya açılır.

Qan kapilyarlarının divarı çox nazik olub endoteldən və əsas zardan ibarətdir. Kapilyarlar toxumalarda yerləşərək arteriyaları venalarla birləşdirir. Burada mübadilə prosesi gedir. Kapilyarlar dərinin epidermis qatından, gözün buynuz qişasından, büllurdan, tüklərdən, dırnaqlardan, mina və dentindən başqa bütün toxumalarda və orqanlarda olur. Kap. Divarlarının qalınlığı 1 mkm, dm-I 7,5 mkm, uzunluğu 0,3 mm-ə qədər olur. Bütün kapilyarların uzunluğu təxminən 100 000 km-ə bərabərdir.

Insanın qan damar sistemi qapalıdır. Qan ürəkdən damarlar vasitəsilə toxumalara axır, cərəyan edərək damarlarla yenidən ürəyə qayıdır. Orqanizmdə arterial və venoz qan ayırd edilir. Arterial qanda O2, venoz qanda isə CO2-nin miqdarı çox olur. Arterial və venoz qan orqanizmdə kiçik və böyük qan dövranı damarları ilə daşınır. Kiçik qan dövranı ürəyin sağ mədəciyindən aöciyər kötüyü ilə başlayır, sol qulaqcıqda iki cüt ağciyər venaları ilə tamamlanır. Böyük qan dövranı ürəyin sol mədəciyindən aorta ilə başlayır, yuxarı və aşağı boş venalarla sağ qulaqcıqda qurtarır.


Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin