İNFORMASİYA QAYNAQLARINA İSTİNAD
Biz öz materiallarımızda məlumat qaynaqlarımızı açıq şəkildə göstəririk.
Biz məlumatı aldığımız fiziki şəxslərin adını çəkir və elə birinci ad çəkilişindəcə bu qaynağın həmin məlumatı hansı şəraitdə və necə əldə etdiyini aydın şəkildə bildiririk. Onlar bəlli qurum, vətəndaş birliyi, nazirlik və s-lə bağlıdırsa, bunu göstərir və həmin təşkilatdakı ümumi rollarını diqqətə yetiririk (tutalım: regional ekspert, analitik, fəal, əməkdaş). Xəbərin məzmununa birbaşa dəxli yoxdursa, qaynağın o qurumdakı vəzifəsini göstərmirik, məsələn, demirik ki, “Avrasiya araşdırmaları üzrə X fondunun birinci vitse-prezidentidir”.
Məruzə, araşdırma və ya icmallara istinad verərkən, qaynağın adını çəkir, qaynağın səciyyəsini də bildiririk (məsələn, dövlət qurumu, özəl analitik mərkəz, sosial şəbəkədə sayt). Zərurət yaranarsa, bu qaynağa güvənib-güvənməməklə bağlı məlumatlı ekspertlərin də rəyini veririk. İnformasiya sızıntılarına istinad zamanı bu bilgilərin haradan gəldiyini və hansı şəraitdə ictimaiyyətə yol tapdığını göstəririk. (məsələn, “daxili işlər nazirinin mediaya vəzifəli şəxslər tərəfindən sızdırılmış (qeyri-rəsmi verilmiş) məruzəsindən”).
Xəbər agentliyinin məlumatına istinad edərkən, ya məlumatı bildirən kimi agentliyin adını çəkir, ya da həmin məlumatın sonundakı siyahıda bunu bildiririk (Bax: İKİ QAYNAQ QAYDASI).
Dostları ilə paylaş: |