Aşağı tərbiyəlilik səviyyəsi – daha çox böyüklərin, digər xarici stimulların təsiri ilə nizamlanan zəif müsbət davranışların təzahür etməsidir.
Orta tərbiyəlilik səviyyəsinin xarakterik keyfiyyətləri müstəqillik, özününizamlama, özünütəqdimdir. Amma bu səviyyədə fəal ictimai mövqe hələlik formalaşmayıb.
Yüksək tərbiyəlilik səviyyəsi – müstəqillik və dəqiqliklə şərtlənən müsbət davranışın fəal həyat mövqeyi ilə müşayət olunmasıdır.
Tərbiyəlilik səviyyəsini müəyyən etmək metodikasına dair bir neçə misal göstərək.
Nəticələrin təhlilində daha çox cavabların xarak-terinə fikir verilməlidir:
fərdi, yaxud ictimaidir;
maddi, yaxud mənəvidir;
xeyrə, yaxud şərə istiqamətlənib;
qurucu, yaxud dağıdıcıdır.
Anket metodu. Təxminən bu cür suallara cavab verilməsi tələb olunur.
nə üçün dərsə yubanmaq olmaz?
ən çox nədən xoşum gəlmir (on ifadə yaz)?
boş vaxtını necə keçirməyi xoşlayırsan?
əhəmiyyətlilik dərəcəsinə görə üç arzunu göstər.
Dostları ilə paylaş: |