Psixoloqlara görə şəxsiyyət – həyatı boyu formalaşan, özünəməxsus fərdi xüsusiyyətləri, müəyyən təfəkkür, davranış tərzi, hissləri olan insandır.
Pedaqoqlara görə şəxsiyyət – irsi və sosial amillərin təsiri altında formalaşan, maddi və mənəvi aləmi dərk edib, müstəqil yaradıcı fəaliyyət göstərə bilən insandır.
Şəxsiyyətin inkişafı dedikdə - insanın bioloji və mənəvi baxımdan kəmiyyət və keyfiyyətcə dəyişməsi prosesi və onun nəticəsi başa düşülür.
Şəxsiyyətin formalaşması dedikdə - xarici amillərin təsiri altında şəxsiyyətin dinamik funksional, psixoloji quruluşunun və mənəviyyatının dəyişməsi, insanın müəyyən xarakter xüsusiyyətlər qazanması prosesi başa düşülür.
Şəxsiyyətin sosiallaşması dedikdə - insanın cəmiyyətlə qarşılıqlı təsiri prosesində sosial mühitə inteqrasiyası, ona uyğunlaşması başa düşülür.
Şəxsiyyətin aşağıdakı əlamətləri vardır:
1) Şəxsiyyət şüura malik olmalıdır.
2) Şəxsiyyət nitqə malik olmalıdır.
3) Şəxsiyyət ictimai-tarixi təcrübəni mənimsəyə bilməlidir.
4) Şəxsiyyət ictimai-tarixi təcrübəni başqalarına ötürə bilməlidir.
5) Şəxsiyyət əmək alətlərindən istifadə etməyi bacarmalıdır.
6) Şəxsiyət əməyi və əmək alətlərini qoruya bilməlidir.
7) Şəxsiyyət ətraf aləmi yaxşılaşdırmaq haqqında düşünməli və fəaliyyət göstərmilidir.
Pedaqogika elmi şəxsiyyətin mənəvi inkişaf problemlərini inkişafın digər istiqamətləri ilə əlaqəli şəkildə öyrənir.
Şəxsiyyətin inkişafı və formalaşması haqda nəzəriyyələri üç istiqamətə ayırmaq olar: bioloji, sosioloji və biososioloji.
Dostları ilə paylaş: |