Müvafiqlik prinsipi təlim prosesində materialı dərk edə bilməsi, bilik, bacarıq və vərdişlərin öhdəsindən gələ bilməsi üçün şagirdin inkişaf səviyyəsini nəzərə almağı tələb edir.
Müvafiqliyin didaktik qaydaları :
məlumdan-məchula ;
asandan-çətinə ;
sadədən-mürəkkəbə ;
ümumidən- xüsusiyə.
Müvafiqlik prinsipinin həyata keçirilməsi üçün
zəruri olan qaydalar:
Y.A.Komenskinin aşağıdakı nəsihətini yaddan çıxarmayın: öyrənilməsi nəzərdə tutulan bütün nə varsa yaş dövrlərinə müvafiq olaraq elə bölüşdürülməlidir ki, başa düşülən, hər yaş dövründə qavranıla bilən olsun;
təlim zamanı şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alın, elə edin ki, təhsilin məzmunu və yolları onların inkişafını bir qədər qabaqlasın;
təlim zamanı şagirdlərin hazırlıq və inkişaf səviyyəsini nəzərə alın, öyrədən zaman onların imkanlarına istinad edin. Şagirdlərin həyat təcrübəsini, maraqlarını, inkişaf xüsusiyyətlərini öyrənin və nəzərə alın;
-tədris prosesini optimal sürətdə qurmaq lazımdır, amma “güclü” şagirdləri ləngitməyin, “orta” və “zəif” şagirdlərin fəaliyyətini inkişaf etdirin;
yeni və mürəkkəb materialı öyrədən zaman daha çox “güclü” şagirdləri, həmin materialı möhkəmləndirən zaman isə “orta” və “zəif “şagirdləri işə cəlb edin;
müvafiqlik heç də təlimi asanlaşdırmaq və müəllimin funksiyası heç də müstəqil bilik əldə etmək, onu dərk etmək və mənimsəmək üçün şagirdlərin əməyini daim yüngülləşdirməkdən ibarət deyil; kömək etmək, istiqamətləndirmək, aydın olanın köməyi ilə aydın olmayanı açıb göstərmək, müstəqil təhlil üçün kiçik bir yol açmaq-bütün bunlar müvafiq təlimdə adi iş tərzidir. (İ.P.Podlası)