Kurs: I fənn: Pedaqogika



Yüklə 298,36 Kb.
səhifə96/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   92   93   94   95   96   97   98   99   ...   242
Növbəti dərsə hazırlıq – ayrıca bir dərsin aparılmasına dair konkret planlaşdırmadır.

Növbəti dərsə hazırlıq planı bu cür ola bilər:



  • mövzunun adı, məqsəd və vəzifələri;

  • dərsin təchizi;

  • dərsin gedişi;

  • dərsin nəticələrinin təhlili;

  • ev tapşırığı.


Dərsin təhlili

Dərsin təhlili zamanı aşağıdakılar nəzərə alınmalıdır:



  • dərsin məqsədlərinin müəllim tərəfindən müəyyənləşdirilməsi və reallaşdırılmasının düzgünlüyü;

  • dərsin məzmununun elmiliyi;

  • təlim üsulları və vasitələrinin optimallaşdırılması;

  • təlimin həyatla əlaqələndirilməsi;

  • şagirdlərin idraki fəallığının və müstəqilliyinin təmin edilməsi;

  • şagirdlərə fərdi yanaşma, təlimin fərdiləşdirilməsi;

  • ümumi elmi bacarıq və vərdişlərin formalaşdırılması;

  • İKT – dən istifadənin səviyyəsi;

  • tədris proqramının praktik tələblərinə əməl edilməsi;

  • yaş və pedaqoji psixologiyanın tələblərinə əməl edilməsi.

İxtisas: Təhsildə sosial psixoloji xidmət

Kurs: I

Fənn: Pedaqogika

Mövzu: XIII mövzu: TƏLİMİN TƏŞKİLİNİN DİGƏR FORMALARI

Ədəbiyyat siyahısı:



  1. Nurəddin Kazımov. Məktəb pedaqogikası. Bakı: 2002, 448 səh.

  2. İsmayıl Əliyev Pedaqogika . (Mühazirələr kursu) Naxçıvan 2017, 279 səh

  3. Fərahim Sadıqov. Pedaqogika. Bakı: 2006. 556 səh

  4. Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. I cilddə, Bakı: 2012. 706 səh

  5. Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. II cilddə, Bakı: 2012. 548 səh.

  6. Ə.Paşayev, F.Rüstəmov. Pedaqogika (Yeni kurs). Bakı: 2002, 512 səh.

Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru

PLAN


  • Ev tapşırıqları.

  • Ekskursiyalar.

  • Fakultativ məşğələlər.


I “Təlimin təşkili forması” anlayışının interpretasiyası ilə bağlı fikir müxtəlifliyi vardır. Biz onun təlimin (dəyişmə və inkişaf prose-sinin) məzmununun mövcudluq üsulu, məzmunun mövcud olmasını mümkün edən öz daxili təşəkkülü, quruluşu kimi dərk edilməsini məqbul sayırıq.

Keçirilmə yerindən, iştirakçıların tərkibi və keyfiyyət formalarından, vaxtından, materialın optimal şəkildə şagirdlərə çatdırılmasından və s. asılı olaraq konkret təlim məqsədinin daha səmərəli nəticələnməsinə imkan verən formaları “təlimin təşkilinin digər formaları” şərti adı altında qruplaşdırmaq olar. Bu formaları ayrı -ayrı müəlliflər müxtəlif cür təsnif edirlər. Məsələn,



  • Ekskursiyalar

  • Seminarlar.

  • Ev tapşırıqları.

  • Əlavə məşğələlər.

  • Məsləhətlər.

(M.Muradxanov və b.)

Yaxud:


  • Tədris ekskursiyası.

  • Fakultativ məşğələ.

  • Praktikum.

  • Şagirdlərlə əlavə məşğələ.

  • Evdə şagirdlərin tədris işi.

  • Mühazirə.

  • Zaçot (məqbul).

  • İmtahan.

(N.Kazımov, Ə.Həşimov)

Başqa bir təsnifat:



  • Ekskursiya.

  • Ev tapşırığı.

  • Fakültativ məşğələ.

  • Əlavə məşğələ.

  • Mühazirə.

  • Seminar məşğələləri.

  • Praktik məşğələ.

  • İmtahan.

  • Praktikum.

  • Məsləhət və s.

(L.Qasımova, R. Mahmudova)

Təlimin təşkili formalarını təsnif edərkən nəzərə alınmalıdır ki:



  • obyektlər hansı əlamətlərinə görə qruplaşdırılır;

  • eyni anlayış yalnız bir təsnifata daxil edilməlidir. Məsələn. “mühazirə”, “seminar”, “praktikum” anlayışları pedaqoji ədəbiyyatda eyni müvəffəqiyyətlə həm təlim üsulu, həm dərs tipi, həm də təlimin təşkilat forması kimi verilir. Yaxud “imtahan”, “zaçot” anlayışları təlimdə nəzarət üsulu kimi də, təlimin təşkili forması kimi də verilir və s.

  • Təlimin ən çox istifadə olunan təşkilat formaları bunlardır:

  • dərs;

  • ev tapşırıqları;

  • ekskursiyalar;

  • əlavə məşğələ;

  • məsləhət saatları;

  • fakultativ məşğələlər.



Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin