Təşkilati tələblərə aiddir:
dərsin planının olması;
dərsin aparılmasının dəqiq təşkili: vaxtında başlanması, təlim tempinin optimallığı, dərsin məntiqi tamlığı;
şüurlu dərs intizamının mövcudluğu;
təlimin texniki vasitələrindən, İKT-dən səmərəli istifadə;
dərsin quruluşunun sabitliyi və çevikliyi.
III Müəllimin dərsə hazırlaşması.
Dərsə hazırlıq – müəllimin peşə fəaliyyətinin daimi və zəruri elementidir.
Müəllimin ümumi hazırlığı – onun müntəzəm olaraq nəzəri, metodik biliyini artırmaq, mədəni səviyyəsini və dünyagörüşünü inkişaf etdirməyə əsaslanır.
Mövzular üzrə hazırlıq – mövzuların qısa məzmunu tədris proqramında verilir. Müəllim müəyyən mövzuya dair materialı dərslərin sayına görə bölür, keçilmə ardıcıllığını müəyyən edir.
Mövzuların planlaşdırılması zamanı, adətən, aşağıdakı bəndlərə fikir verilməlidir:
hər bir dərsin mövzusunun adı;
təhsilverici məqsəd və vəzifələr;
dərsin tərbiyəedici təsiri;
materialın əsas məzmunu;
müstəqil işlər, müşahidələr, əyani vəsaitdən və texniki təlim vasitələrindən istifadə;
nəzarət və yoxlama formaları;
dərslərin təqvim vaxtları.
Dostları ilə paylaş: |