Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


Qədirova R. , Babayeva T. Psixologiya praktikumu. Metodik vəsait. Bakı, 2004



Yüklə 147,85 Kb.
səhifə37/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   33   34   35   36   37   38   39   40   ...   117
Qədirova R. , Babayeva T. Psixologiya praktikumu. Metodik vəsait. Bakı, 2004.

  • Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 2004

  • Mehrabov A. , Abbasov Ə., Zeynalov Z., Həsənov. Pedaqoji texnologiyalar. Bakı, 2006.

  • İsa Məmmədov .Məktəb psixoloqunun məlumat kitabı. Bakı,2003.



    1. Psixoloji maarifləndirmənin məqsədi və vəzifələri

    Təhsil sistemində praktik psixoloji xidmətin strukturunda psixoloji maarifləndirmə işi özünəməxsus yer tutur. Onun əsas məqsədi təhsil sisteminə daxil olan müxtəlif tipli müəssisələrdə çalışan müəllim və tərbiyəçiləri psixologiya elminin son nailiyyətləri ilə tanış etməkdən, pedaqoq və valideynlərin uşaqların inkişafında davranışında müşahidə olunan normadan kənara çıxma halları haqqında məlumatlandırmaqdan ibarətdir. Deməli, təhsil müəssisələrində psixoloji maarifləndirmə işi təhsilləndirici və profilaktik məqsəd daşıyır.

    Praktik psixoloq müəllim, tərbiyəçi və valideynlər arasında müxtəlif formada maarifləndirmə işi aparmaqla onların “Uşaq psixologiyası”, “Ailə Psixologiyası”, “Şəxsiyyət və şəxsiyyətlərarası münasibətlər psixologiyası”, “Ünsiyyət psixologiyası” və s. kimi konkret sahələri ilə tanış edir, uşaqların inkişafı, təlimin və tərbiyəsi, pedaqoji təsir üsullarının psixoloji xüsusiyyətləri, yaş dövrlərinin dəyişməsi ilə əlaqədar uşaqların psixologiyasında meydana çıxan böhranların psixoloji təbiəti ilə tanış edir, yaranan münaqişələrin həlli yolları haqqında məsləhətlər və tövsiyələr verir.

    Təhsilləndirici maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlər sırasında xüsusi hazırlığı olmayan şəxslərlə terminoloji sahədə görülən işlər mühüm yer tutur. Maarifləndirmə sahəsində görülən işlərin əsas təşkilat forması qrup şəklində aparılan işlərdir. Bunların sırasında mühazirələr, söhbətlər, diskussiya xarakterli disputlar, seminarlar, treninqlər, zəruri ədəbiyyatın seçilməsi və s. əsas yer tutur. Qeyd olunan maarifləndirici tədbirlərin həyata keçirilməsinin əsas vasitəsi verbal- kommunikativ vasitələrdir. Bu cür təsir formaları monoloji (mühazirə), dioloji (diskussiya) və qrup (disputlar) ünsiyyətinin imkanları nəzərə alınmaqla təşkil olunur. Maarifləndirmə işinin tematik məzmunu müəllim, tərbiyəçi və valideynlərin və sorğuları və psixoloqun təşəbbüsləri əsasında müəyyənləşdirilir. Psixoloq ehtiyac yarandıqda bəzi problemli məsələlərin müzakirəsinin qabaqcadan planlaşdırır.




    Yüklə 147,85 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   33   34   35   36   37   38   39   40   ...   117




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin