Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


Ailə münaqişələri problemi və bu sahədə aparılan maarifləndirmə işləri



Yüklə 147,85 Kb.
səhifə40/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   36   37   38   39   40   41   42   43   ...   117
3. Ailə münaqişələri problemi və bu sahədə aparılan maarifləndirmə işləri

Ailədaxili münasibətlərdəki qüsurları əsas mənbəyi ailə cütlüyü adlanan ərlə arvad arasındakı disharmoniya və onu şərtləndirən ailə münaqişələridir. Ailə münaqişələri mürəkkəb sosial hadisədir. Bu münaqişələr bir tərəfdən ərlə arvadın münasibətlərindəki soyuqluq, yadlaşma, get-gedə onların formal xarakter alması, digər tərəfdən, şəxsi ustanovkaların,rol gözləmələrinin təhrif olunmasıdır.

Sağlam ailədə hər bir əhali üzvünün psixoloji rolu olur. Belə ailələrdə mütəhərrik müvazinət, ümumini əks etdirən ailə “Biz”i formalaşır, ailədaxili münasibətlərdə yarana biləcək ziddiyyətləri və münaqişələri ailənin hər bir üzvü tərəfindən sərbəst aradan qaldırmaq istəyi olur.

Ahəngdarlıq olmayan ailələrdə isə qarşılıqlı münasibətlər səmimiyyətdən uzaqdır, müvazinət tez tez pozulur, ailədaxili və xarici funksiyaların həllinin optimal yollarını müəyyənləşdirməkdə çətinliklər özünü göstərir. Belə ailədə hər bir ailəüzvü özünün üstünlüyünü, şəxsi iddia və tələblərini qabarıq şəkildə ortaya ataraq, ailədə ziddiyyət və münaqişələrin alovlanmasına bais olur. Nəticədə uzunmüddətli münaqişələr fonunda ailədaxili mənəvi iqlim korlanır,lə üzvləri arasında sosial və psixoloji adaptasiya aşağı düşür, ümumi ailə mənafeyi o cümlədən uşaqların tərbiyəsi üçün birgə fəaliyyət, təşəbbüs və səyləri itir. Ailədə artıq psixoloji gərginlik ailə üzvləri arasında açıq ifadəli, emosional pozğunluqlara, nevrotik əhval-ruhiyyəyə,ailə üzvlərinin daimi narahatlığına, uşaqlara qarşı zorakılığa və baxımsızlığa gətirib çıxarır.

Ər-arvad cütlüyü arasındakı disharmoniya uşağın emosional və şəxsi inkişafına mənfi təsir göstərir ki, bu da uşaq və yeniyetmələrin davranışında normadan kənara çıxma hallarının əsas mənbələrindən biridir. Korlanmış ər arvad münasibətləri də dolayı yolla valideyn-övlad münasibətlərinə, bununla da uşaq və yeniyetmələrin davranış və tərbiyəsində qüsurların yaranmasına güclü təsir göstərmiş olur. Məhəbbət, nəvaziş və qayğı, uşaqlarda təhlükəsizlik hissi açıq aşkar imtina və baxımsızlıq isə aqressivliyə, emosional qeyri-yetkinliyə səbəb olur.

Psixoloq valideynlərlə apardığı maarifləndirmə işləri ər-arvad cütlüyü arasındakı münasibətlərin uşaqların tərbiyəsinə təsiri və ailə tərbiyəsi tiplərinin izahına yönəlməlidir. Belə iş formaları mühazirlərdən seminarlardan, söhbətlərdən, mütəxəssislərin (psixoloq, həkim, hüquqşünas və s.) də cəlb edildiyi, tematik valideyn yığıncaqlarından ibarət ola bilər.




Yüklə 147,85 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin