Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


Hesabat sənədləri: cari və analitik hesabat



Yüklə 147,85 Kb.
səhifə35/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   31   32   33   34   35   36   37   38   ...   117
Hesabat sənədləri: cari və analitik hesabat.

Cari hesabatlarda psixoloqun həftəlik və aylıq planlarda nəzərdə tutduğu işlərin xülasəsi verilir. Bu hesabat psixoloqun özünün və ya məktəb rəhbərliyinin iş planına əsasən, yaranmış problemli situasiyalar və d. hallarda hazırlanır.

Analitik hesabat – praktik psixoloqun peşə fəaliyyəti üçün planlaşdırılmış işlərlə onun nəticələri arasındakı uyğunluğun əsaslandırılmasıdır. Burada il ərzində nəzərdə tutulmuş işlər məzmununa, obyekt və predmetinə, iş formalarına, proseduruna görə şərh edilir. Həmin işlərə maarifləndirici, profilaktik, psixodiaqnostik, inkişafetdirici-korreksiya, konsultativ işlər, konsiliumlar daxildir. Yekunda görülmüş işlər elmi-nəzəri baxımdan əsaslandırılır, onların səmərililiyi, təhsil prosesinə müsbət təsiri, fərd və qruplarda yaranmış dəyişmələr izah olunur, istinad olunmuş ədəbiyyat haqqında məlumat verilir. Bunlarla yanaşı, hesabatda isrifadə edilmiş yeni texnologiyalar, eksperimental tədqiqatlar, keşirilmiş konsiliumlarların mahiyyəti və məqsədi, görülmüş işlərin aprobasiyası haqqında məlumat verilir.

Illik hesabatda göstərilən nəticələri əsaslandarırmaq üçün diaqnostik nəticə, statistik arayış, protokol və rəylər psixoloqun il ərzində məktəbdə apardığı işin hansı keyfiyyətdə və hansı müddətdə reallaşdırmasını təsdiq edən sənədlərdir. Həmin sənədlər diferensial planlarda (yarımillik, rüblük, aylıq, həftəlik) öz əksini tapan işlərin gedişi, proseduru, nəticələri barədə məlumat almağa imkan verir.

Məsələn, oktyabr, noyabr aylarında aşağıdakı mövzularda təşkilati-metodik işlər nəzərdə tutula bilər.



  1. Sentyabr ayında görülən işlərin təhlili və ümumiləşdirilməsi.

  2. Ay ərzində aparılacaq işlərin instrumental-metodiki təminatı proqramlarının işlənməsi.

  3. “Mutizm” problemi olan kiçik məktəblilərin təyini və korreksiyası üzrə qabaqcıl praktik psixoloqun iş təcrübəsi ilə tanışlıq.

  4. “Emo” qruplarına qoşulan yeniyetmələrin sosial-psixoloji problemləri haqqında elmi-publisistik ədəbiyyatlarla, internet resursları ilə tanışlıq.

  5. Peşəkarlıq qabiliyyətlərinin artırılmasına, özünütəhsilə kömək edən seminarlarda, müzakirələrdə, dəyirmi masalarda iştirak etmək.

  6. İş kabinentinin zənginləşdirilməsi.

  7. Protokolların tərtibi, qrafik, cədvəl, sxemlərlə işlənməsi.

  8. Analitik – hesabat sənədlərinin işlənməsi.

  9. Diaqnostik materialların ümumiləşdirilməsi, interpretasiyası.

Xüsusilə kompleks diaqnostikanın nəticələri əsasında işlənmiş statistik arayışlar, psixoloji rəylər, diaqnostika, korreksiya və konsiliumıarın gedişində tərtib edilən protokollar praktik psixoloqun peşəkarlığının qiymətləndirilməsi üçün əhəmiyyətlidir. Ona görə də həmin sənədlərin sistemli, məzmunlu, qaydalar əsasında tərtibi vacibdir.





Yüklə 147,85 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin