Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 2004



Yüklə 147,85 Kb.
səhifə53/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   49   50   51   52   53   54   55   56   ...   117
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 2004

  • Mehrabov A. , Abbasov Ə., Zeynalov Z., Həsənov. Pedaqoji texnologiyalar. Bakı, 2006.

  • İsa Məmmədov .Məktəb psixoloqunun məlumat kitabı. Bakı,2003.




    1. Məktəbəqədər yaşlı uşaqların psixoloji diaqnostikası üzrə işin sistemi.

    Respublikamızın təhsil sistemində praktik psixoloji xidmət işi hal -hazırda yalnız orta təhsil müəssisələrində həyata keçirilsə də, gələcəkdə məktəbəqədər uşaq tərbiyə müəssisələrində də təşkil olunacağı qarşıda duran vəzifələrdən biridir. Bir sıra xarici ölkələr də,o cümlədən Rusiyada bu sahədə xeyli təcrübə mövcuddur. Məktəbəqədər uşaq tərbiyə müəssisələrində həyata keçirilən psixoloji xidmətin mühüm istiqamətlərindən biri psixoloji diaqnostikadır. Bu istiqamətin əsas vəzifəsi məktəbəqədər yaş dövründə uşaqların psixoloji cəhətdən öyrənilməsindən ibarətdir. Məktəbəqədər müəssisələrdə psixoloji diaqnostikanın keçirilməsinin bir sıra özünəməxsus cəhətləri vardır. Gələcəkdə məktəbəqədər müəssisələrdə işləyəcək praktik uşaq psixoloqları üçün zəruriliyini və əhəmiyyətini nəzərə alaraq şərh etməyi lazım bilirik:

    Məktəbəqədər yaşlı uşaqların normativ- yaş və fərdi inkişafının göstəriciləri

    I blok. Psixoloji göstəricilər:

    Ətraf xarici aləmlə qarşılıqlı əlaqə üsulları (idraki, kommunikativ və refleksiv qabiliyyətlər);

    Motivləşmə -tələbat sahəsi;

    Sərvətlər sistemi (mənəvi movqe);

    Yaş kompitentliyi (fəaliyyətin uşaq növləri: produktiv və prosesual);

    Psixomotor sfera;

    Şəxsi –emosional xüsusiyyətləri ;

    II blok. Psixofizioloji xüsusiyyətlərin göstəriciləri: (temp, steniklik, uyğunlaşma qabiliyyəti, sinir sisteminin dinamikliyi və labilliyi)

    III blok. Psixoloji –pedaqoji göstəricilər:

    Təlimə qabillik və təlim fəaliyyəti üçün ilkin zəmin;

    Xüsusi qabiliyyətləri (musiqi, bədii, riyazi və s.);

    Uğurları (bilik, bacarıq və vərdişlər);


    Məktəbəqədər tərbiyə müəssisəsinin kollektivinin uşaqlarla qarşılıqlı münasibətlərinin psixoloji-pedaqoji göstəricilərinin xüsusiyyətləri.

    Yaş qrupunda qarşılıqlı münasibətlərin tərzinin göstəriciləri (yaşlı-uşaq);

    Tərbiyə strategiyasının göstəriciləri (məktəbəqədər tərbiyə konsepsi yaşına uyğunluğu);

    Təhsilləndirici strategiyanı göstəriciləri (məktəbəqədər təhsil proqramına uyğunluğu);

    Pedaqoji kadrların (pedaqoji kollektivin üzvlərinin) psixoloji (şəxsi-emosional) sabitliyinin göstəriciləri;

    Ailədə qarşılıqlı münasibətlərin xüususiyyətlərinə aid göstəricilər.

    Ailədə qarşılıqlı münasibətlərin tərzi və onların göstəriciləri;

    Valideynlərin ( onları əvəz edən şəxslərin ) tərbiyə strategiyasının göstəriciləri;

    Valideyn mövqeyinin (neqativ, pozitiv) aktuallığı və onun formalaşma səviyyəsinin göstəriciləri;

    Uşağın valideynlərinin ( onları əvəz edən şəxslərin) psixoloji və (şəxsi -emosional ) sabitliyinin göstəriciləri;

    Məktəbəqədər yaşlı uşaqların psixi inkişafının diaqnostikasının keçirilməsində tətbiq olunan əsas müayinə-diaqnostik metodlar müşahidə, eksperiment, və testləşdirmədir. Bunlarla yanaşı, məktəbəqədər müəssisələrdə uşaqların psixoloji diaqnostikasında yardımçı metodlar kimi anketləşdirmə söhbət, yaradıcı fəaliyyət məhsullarının təhlili kimi metodlardan da geniş istifadə olunur.

    Uşağın kompleks diaqnostikası peşəkar psixoloji müayinəyə əsaslanır. Bu müayinə aşağıdakı 5 əsas mərhələdən ibarətdir:

    Hazırlıq mərhələsi:

    uşağa aid xüsusi sənədlərin təhlili və tibbi işçiləri ilə söhbət əsasında tibbi anamnezin tərtib edilməsi;

    valideynləri arasında anket sorğusu keçirməklə uşağın həyatına aid sosial-məişət məzmunlu xarakteristikaların tərtib edilməsi;

    tərbiyəçilər, pedaqoqlar və valideynlər arasında anket sorğuları və söhbətlər keçirməklə, pedaqoji anamnezin (xarakteristikaların) tərtib edilməsi;

    valideynlər və uşağın tərbiyəsində təsirli rol oynayan digər yaşlılarla söhbət keçirməklə ailə haqqında anamnezin toplanması;

    Uyğunlaşdırıcı mərhələ:

    müşahidə, söhbət, yaradıcı fəaliyyət məhsullarının öyrənilməsi vasitəsilə uşaqla ilkin tanışlıq;

    Əsas mərhələ:

    Testləşdirmə;

    İnterpretasiya:

    Diaqnostik nəticələri təhlil etmək və yenidən işləmək yolu ilə uşaq haqqında psixoloji rəyin tərtib edilməsi;

    Yekunlaşdırıcı mərhələ:

    Müayinənin nəticələrinin tərbiyəçilər və valideynlərlə söhbət əsasında dəqiqləşdirilməsi;

    Valideynlər (tərbiyəçilər) üçün şifahi və yazılı tövsiyələrin hazırlanması;

    Məktəbəqədər yaşlı uşaqların psixoloji müayinəsi zamanı valideynlərin bu müayinənin hazırlıq mərhələsində psixoloqla birgə iştirak etməsi zəruridir.

    Psixi inkişafda geridəqalmanın diaqnostikası.

    Məktəb təhsilinin keyfiyyətcə yaxşılaşdırılmasına tələbkarlığın artdığı müasir dövrdə, şagirdlərin inkişaf qüsurlarının öyrənilməsi və onlara differensial yanaşmanın zərurililiyi tələbi getdikcə artır. Psixi inkişaf qüsurlarının müəyyən edilməsi üçün ilk növbədə psixi inkişafın yaş normasının müəyyən edilməsi, onun yalnız kəmiyyətcə deyil, həm də keyfiyyət göstəriciləri baxımından müvafiq yaş dövrünün sərhədlərinə uyğunluğunun aşkar edilməsi mühüm əhəmiyyətə malikdir. İnkişaf anomaliyaları olan uşaqların xüsusiyyətlərinin və potensial imkanlarının müəyləşdirilməsi, bu inkişaf qüsurlarının aradan qaldırılması məqsədilə inkişafetdirici və korreksiya proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi praktik psixoloqun qarşısında duran aktual problemlərdən biridir.

    Psixi inkişafda geridqalmanın inkişaf anomaliyası olub, hər şeydən əvvəl özünü məktəb təliminin ilkin mərhələlərində şagirdlərin bilik, bacarıq və vərdişləri mənimsəməsində, təlim tələblərinə uyğunlaşmasındakı çətinliklərdə özünü biruzə verir. Bu çətinliklərin səbəblərinin elmi-psixoloji təhlili psixi inkişafda geridəqalan uşaqlar qrupunun kliniki-fizioloji və pedaqoji-psixoloji xüsusiyyətləri baxımından normal inkişafda olan və əqli cəhətdən geridəqalan uşaqlardan fərqli xüsusiyyətlərini müəyyənləşdirməyə gətirib çıxarmışdır.

    Psixi inkişafda geridəqalmanın əsas forması psixofiziki infantilizm adlanır. Uşaqların psixi inkişafında qeyri-yetkinliyin bu forması əsasən keçici, müvəqqəti olub, təlim prosesi vasitəsilə kompensasiya olunur. İnkişaf geridə qalmaq ən geniş formalarından biri serebral-üzvü mənşəlidir.

    İnkişafda pozğunluq bir sıra səbəblərlə bağlı olaraq meydana çıxa bilər:

    sensor orqanların, hərəkət aparatının və ya mərkəzi sinir sisteminin üzvi zədələnmələri (məsələn , eşitmə qavrayışının çatışmazlığı karlıq). Bu amilləri aşağıdakı ilkin pozğunluqların yaranmasına səbəb olur: tədricən digər pozğunluqların meydana gəlməsi, şifahi nitqin inkişafdan qalması, əqli qabiliyyətlərinin məntiqi təfəkkürün formalaşma prosesindən qalması və nəticədə şəxsiyyətin inkişafında qüsurların yaranması;

    beynin analitik-sintetik fəaliyyətindəki pozğunluqların məcmuyu kimi müxtəlif səviyyəli əqli gerilik: yüngül forma (debillik), ağır forma (imbetsillik və idiotiya);

    Uşağın şəxsi inkişafda geridə qalmasına səbəb olan müxtəlif amillər: toksikoz və ya qidalanmanın pozulması, hamiləlik dövründə ananın keçirdiyi yolxucu xəstəliklər, dölün inkişafından qalması, yüngül doğuş travmaları, dispensiya ( mədənin fəaliyyətinin pozulması), dizenteriya, həyatın ilk mərhələlərində keçirdiyi xəstəliklər, uşağın yaşlılarla ünsiyyətinin çatışmazlığı, uşaq yaşlarında psixotravmalar, tez-tez verən xroniki xəstəliklər və zəiflik.

    Debillik –anadangəlmə oliqofreniyanın yüngül və daha geniş formasıdır. Onun dərin, mülayim, ifadəli və yüngül formaları müvcuddur. Debilliyin erkən uşaq yaşı dövründə bir sıra kliniki əlamətlər özünü göstərir. Belə uşaqlarda bədən quruluşunun uyğunsuzluğu, hərəki koordinasiyanın zəifliyi və sifətin mənasız görkəmi diqqəti cəlb edir. Debil uşaqlar gec, təxminən 3-5 yaşlarında yeriməyə və danışmağa başlayır, onların nitqi müvafiq yaş normasından geri qalmış olur. Belə uşaqlar çox vaxt küt və fərsiz olur, ən sadə uşaq oyunlarının mənasını anlamırlar. Onlarda psixi inkişaf tempi aşağı olur. Çox az hallarda tək-tək debillər onlar üçün müvafiq olan yardımçı internat məktəbləri formal olaraq bitirməyə nail olsalar da, əslində onların böyük əksəriyyəti 2-4-cü siniflərədək təhsil ala bilirlər. Debillər müstəqil fəaliyyətin tam subyekti kimi mütəşəkkil fəaliyyət qabiliyyətinə malik olmur, daim qulluğa ehtiyac duyurlar.

    İmbetsillik –(Latınca- zəif, köməksiz) anadangəlmə və ya erkən uşaqlıq dövründə yarana kəmağıllığın orta formasıdır. Bu xəstəlik klinik təsnifatına görə debilliklə idotiya arasında orta mövqe tutur. Imbetsilliyin səbəbi hər şeydən əvvəl uşağın bətndaxili inkişaf dövründə normal inkişaf etməməsi, doğuş travmaları, həyatın erkən dövrlərində uşağın aldığı ağır kəllə-beyin xəsəratlarıdır. Belə xəsəratlar uşağın yalnız böyük yarımkürələr qabığında deyil, həm də baş-beyinin aşağı şöbələrində -qabıqaltı mərkəzlərdə, uzunsov beyində və beyincikdə də baş verə bilər. Imbetsil uşaqlarda adətən fiziki inkişaf normadan kənara çıxmış olur. Belə ki, onlarda bədənin mütənasibliyi pozulmuş olur. Çox vaxt onlarda başın formasında əyintilər (defasiyalar) müşahidə olunur ki, bunlara da mikrosefaliya və molsfesefoliya deyilir. Onlarda nitqin inkişafında da bir sıra qürurlar nəzərə çarpır. Nitqin kasıblığı, pəltəklik kimi nitq qüsurlar olsa da, imbetsillərin nitqi az və ya çox dərəcədə idiotların nitqindən fərqlənir. Onların təfəkkürü bəsit və konkret xarakterlidir, mücərrəd təfəkkür onlar üçün səciyyəvi deyildir. Idrak proseslərinin inkişafdan qalması səbəbindən belə uşaq belə uşaqlara oxu, yazı və hesablama vərdişləri aşılamaq hədsiz çətin olur. Imbetsillərin davranışı əksər hallarda situasiyaya uyğun olmur, ona görə də onları intizama asan alışdırmaq bəzən çox çətin, əksər hallarda isə mümkünsüz olur. Onlar dərs vaxtı sinifdə gəzir, qışqırır, yemək yeyir, səbəbsiz olaraq gülür, dərslikləri və məktəb ləvazimatlarını cırır, sındırırlar. Imbetsilliyin bəzi formalarında pedoqoji tədbirlərlə yanaşı, stimullaşdırıcı preparatlardan, dərman vasitələrindən istifadə etmək lazım gəlir.

    İdiotiya- (yunanca avamlıq, ədəbsizlik) psixi inkişafdan qalmanın, oliqofreniyanın ən ağır formasıdır. Idiotiyanın səbəbləri adətən, dölün ana bətnində inkişafdan qalması (hamiləlik dövründə ananın keçirdiyi xəstəliklər və xəsarətlər, doğuş travmaları və s.) ilə əlaqələndirilir. Psixi xəstəliyin bu növünün etimologiyasında valideynlərin siflis xəstəliyinin daşıyıcısı olması da xüsusi təsirə malikdir. Idiotiyanın qazanılma forması körpəlik dövründə uşağın keçirdiyi ağır beyin xəstəliklərinin də rolu vardır. Idiotiyanın ağır formaları özünü beynin funksiyalarının hətta elə ağır pozğunluğunda göstərir ki, uşaqda elementar şərti reflekslərin yaradılması belə mümkün olmur. Idiotiyanın əsas əlaməti ağır formalı kəmağıllıqdır. Idiotlar nəinki təlimə qabil deyillər, hətta özünəxidmət bacarıqlarından da məhrumdurlar. Motorikanın inkişafı kəskin şəkildə ləng getdiyindən onlar ayaq üstündə durmağı və yeriməyi bacarmırlar.

    Koqnitiv (idrak) proseslərin və qabiliyyətlərin diaqnostikası.

    Müasir psixoloji terminologiyada son dövrlərdə tez -tez işlədilən “koqnitiv psixologiya” sualı bir söz birləşməsi öz mahiyyəti etibarilə şəxsiyyətin psixi idrak proseslərinin tədqiqinə əhatə edən mühüm istiqamətlərdən biridir. Koqnitiv psixologiya (latınca “cognitiv”-“bilik”, “idrak” deməkdir.

    Praktik psixoloqun şagirdlərlə aparacağı diaqnostik işlərin sistemində ən mühüm yüklərdən biri idrak proseslərinin qabiliyyətlərin aşkara çıxarılmasına yönəlmiş fəaliyyətlə bağlıdır. Uşağın idrak qabiliyyətləri və ümumi əqli potensialı onun intellektual, iradi, emosional aləminin əsas göstəricisi, müxtəlif fəaliyyət növlərindən müvəffəqiyyətinin zəruri şərtidir.

    Intellektin və əqli inkişafın diaqnostikası

    Intellekt anlayışı ( ingiliscə, İntellengence) elmi tədqiqatın obyekti kimi psixologiya elmi ingilis antropoloqu F.Halton tərəfindən XIX əsrin sonlarında gətirilmişdir. Ç.Darvinin təkamül təliminin təsiri altında olan Halton insanlarda istənilən fərdi fərqlərin əsas səbəbini irsiyyət ilə şərtlənmiş cismani və psixi fərqlərdə axtarırdı. Əgər əvvəllər əqli gerilik, yalnız irsiyyət amili ilə izah edilirdisə, Halton bu amilin rolunu genişləndirərək, onun təsirini intellektin inkişafının bütün səviyyələrinə,

    o cümlədən istedad dahiliyə də aid etməyə təşəbbüs göstərmişdir. Haltona görə, intellektual qabiliyyətlərin bütün təzahürləri irsi cəhətdən şərtlənmişdir. Burada təlim- tərbiyənin və inkişafın digər xarici amillərinin rolu yoxdur və ya az əhəmiyyətlidir.

    Intellektin ölçülməsi və diaqnostikası üçün adətən sürətli intellekt testlərindən – Ayzenk testindən Veksler testindən, Ravenin mütərəqqi matrislərindən (Raven testi), Kettelin intellekt və testlərindən istifadə olunur.


    Yüklə 147,85 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   49   50   51   52   53   54   55   56   ...   117




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin