Magistratura məRKƏZİ” Əlyazması hüququnda Məmmədov Vüsal Məhəbbət oğlu



Yüklə 442,15 Kb.
səhifə5/6
tarix21.10.2017
ölçüsü442,15 Kb.
#8272
1   2   3   4   5   6


Mülkiyyət səviyyəsinə görə investisiya layihələrinin maliyyələşdirilməsi mənbələri aşağıdakı qrupa bölünür:

a). dövlət səviyyəsində;

b). müəssisə səviyyəsində.

İnvestisiya layihələrinin dövlət səviyyəsində maliyyələşdirilməsi geri qaytarılan və qaytarılmayan əsaslarda, həmçinin qarışıq investisiya formasında, o cümlədən, yüksək səmərəli investisiya layihələrinə maliyyə yardım və dövlətin investisiya proqramlarının mərkəzləşdirilmiş qaydada maliyyələşdirilməsi (tam və ya qismən) şəklində həyata keçirilə bilər. Geri qaytarılan vəsaitlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş və qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Milli Bankın verdiyi kreditlər çərçivəsində ayrılır. Ayrılmış vəsaitin həcmi istifadə müddəti, obyektlərin tikintisinin davam etmə müddəti və istismara verilmiş istehsalın layihə gücünə çatma müddəti nəzərə alınmaqla müqavilədə göstərilir.

Geri qaytarılmayan dövlət maliyyəsi obyektlərin və təşkilatların müəyyən olunmuş siyahısına müvafiq olaraq dövlət ehtiyacları üçün ayrılır.

Qarışıq investisiyalaşdırma əsasında obyektlərin maliyyələşdirilməsi və kreditləşdirilməsi dövlət büdcəsi, müəssisə, təşkilatlar və digər hüquqi şəxslərin öz vəsaitləri hesabına həyata keçirilir. Qeyd etmək lazımdır ki, investisiya fəaliyyətinin müxtəlif mənbələr hesabına maliyyələşdirilməsi Azərbaycan Respublikası Qanunvericiliyinin və normativ aktlarının tələbləri nəzərə alınmaqla dövlət və yerli orqanlar tərəfindən aparılır.

İnvestisiya layihələrinin maliyyələşdirilməsi sistemi iki prinsip əsasında, yəni məqsədli və birbaşa maliyyələşdirmə qaydasında fəaliyyət göstərə bilər. Bu zaman təsdiq edilmiş titul vərəqəsi və smeta sənədləri ilə təmin olunan iqtisadi və sosial tikinti obyektləri üçün investisiyanın maliyyələşdirilməsi və uzun müddətli kreditləşdirilməsi prioritet təşkil edir.

Aralıq mərhələ olmadan birbaşa maliyyələşdirmədə isə bank tərəfindən biznes-plan üzrə firma və təşkilatlara ayrılan vəsait nəzərdə tutulur. Bu prinsip əsasında maliyyələşdirmə vəsaitdən qənaətlə istifadə olunmasında, yeni güclərin və əsas fondların müəyyən olunmuş müddətdə işə salınmasında və mənimsənilməsində təsərrüfat vahidlərinin maddi marağını və məsuliyyətini artırır.


Cədvəl 2.2.3

Ölkə iqtisadiyyatına yönəldilən investisiyaların

dinamikasının təhlili (mln.manatla)

Göstəricilər

2005

2010

2012

2013

2014

2015

1. Bütün mənbələr üzrə investisiya qoyu-luşları (xarici investi-siyalar nəzərə alın-maqla)

6733,4

14118,9

20251,1

21448,2

21890,7

20057,4

2. Xarici investisiyalar

4628,5

6619,7

8102,7

829,3

9175,7

10998,9

3. Daxili investisiyalar

2104,9

7499,2

12148,4

13178,9

12715,0

9058,5

2.2.3. saylı cədvəl məlumatlarından göründüyü kimi, 2015-ci ildə ölkə iqtisadiyyatına bütün mənbələr üzrə investisiya qoyuluşları 20057,4 mln.manat təşkil etmişdir ki, bunun da 10998,9 mln.manatı xarici investisiyaların, 9058,5 mln.manatı isə daxili investisiyaların payına düşür. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, dünya maliyyə böhranının davam etdiyi müasir şəraitdə ölkə iqtisadiyyatına bütün istiqamətlər üzrə xarici investisiya qoyuluşları müstəsna əhəmiyyət kəsb edir. Məsələyə bu aspektdən yanaşdıqda 2015-ci ildə ölkə iqtisadiyyatına yönəldilən xarici investisiya qoyuluşlarının məbləğinin 10719,1 mln.ABŞ dolları təşkil etdiyi aydın görünür.


Cədvəl 2.2.4.

Bütün istiqamətlər üzrə ölkə iqtisadiyyatına yönəldilən xarici investisiyaların dinamikasının təhlili və qiymətləndirilməsi (mln.dollar)

Göstəricilər

2005

2010

2012

2013

2014

2015

Cəmi xarici investisiya qoyuluşları

4893,2

8247,8

10314,0

10540,9

11697,7

10719,1

O cümlədən:



















1). Maliyyə kreditləri

698,4

3405,9

3135,5

2655,8

1880,6

2210,2

2). Birbaşa investisiya-lar

4030,4

3614,9

5382,3

5976,2

8049,2

7483,1

onlardan:



















a) neft sektoruna

3799,9

2955,3

4287,8

4935,2

6730,7

6622,7

b) qeyri-neft sektoruna

230,5

659,6

1094,5

1041,0

1318,5

860,4

3). Neft bonusu

1,0

2,0

2,0

2,4

17,0

2,0

4). Digər investisiyalar

163,4

1225,0

1794,2

1906,5

1750,9

1023,8

2.2.4. saylı cədvəlin məlumatlarından göründüyü kimi, ölkə iqtisadiyyatına yönəldilən xarici investisiya qoyuluşlarının həcmi 2015-ci il istisna olmaqla müsbət dinamika nümayiş etdirir. Aydındır ki, belə bir vəziyyət manatın devalivasiyası və ölkəyə daxil olan valyuta kütləsinin azalması ilə əlaqədar ola bilər. Xüsusi vurğulamaq yerinə düşər ki, 2015-ci ildə maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 15957,0 mln.manat təşkil etmişdir ki, bunun da 43,4%-i sənayenin, 13,9%-i nəqliyyatın, 2,1%-i kənd təsərrüfatının, 3,3%-i ticarətin, 0,9%-i rabitənin, 6,7%-i dövlət idarəetməsinin, 12,6%-i tikintinin, 2,9%-i təhsilin, 14,1%-i digər sahələrin payına düşür. Bütövlükdə ölkə iqtisadiyatı üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin cari qiymətlərlə həcmi 2005-ci ildə 5769,9 mln.manat, 2010-cu ildə 9905,7 mln.manat, 2012-ci ildə 15407,3 mln.manat, 2013-cü ildə 17850,8 mln.manat, 2014-cü ildə 17618,6 mln.manat təşkil etmişdirsə, bu göstərici 2015-ci ildə 15957,0 mln.manata bərabər olmuşdur. Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş investisiyanın həcminə baxdıqda aşağıdakı iqtisadi mənzərə yaranır.


Cədvəl 2.2.5.

Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş investisiyanın təhlili və qiymətləndirilməsi (mln.manatla)

Göstəricilər

2015

I. Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş investisyanın həcmi

15957,0

O cümlədən:




1.Müəssisə və təşkilatların öz vəsaitləri

13786,8

2. Bank kreditləri

845,7

3.Büdcə vəsaitləri

351,1

4. Büdcədənkənar fondların vəsaitləri

47,9

5. Əhalinin şəxsi vəsaiti

654,2

6. Digər vəsaitlər

271,3

2.2.5. saylı cədvəlin məlumatlarından göründüyü kimi, 2015-ci ildə müəssisə və təşkilatların öz vəsaitləri hesabına əsas kapitala yönəltdikləri sərmayənin həcmi 13786,8 mln.manat, bank kreditləri hesabına 845,7 mln.manat, büdcə vəsaitləri hesabına 351,1 mln.manat, əhalinin şəxsi vəsaitləri hesabına 654,2 mln.manat, digər vəsaitlər hesabına isə 271,3 mln.manat təşkil etmişdir.

Praktikada, bir qayda olaraq investisiya layihələrinin müxtəlif variantlarının seçilməsində müxtəlif mənbələr hesabına maliyyələşdirilmə müstəsna rol oynayır. Bu istiqamətdə hesablama aparılması üçün elə bir optimal model işlənilib hazırlanır ki, həmin model əsasında müəssisə və firmalar layihənin bütün mümkün maliyyələşdirilməsi mənbələrini müəyyən edir.
max MD = (2.1.)
Məhdudiyyət şərtləri kimi bütün maliyyələşdirmə mənbələrinin məhdudluğu götürülür:
KQk ≤ Ck

KQd ≤ Cd

KQt

KQx ≤ Cx

K (2.2.)
Hansı ki, KQk + KQd + KQt + KQx + KQ= KQ (2.3.)
It = (2.4.)
KQt = (2.5.)
Dt = (2.6.)

Lt = (2.7.)

Mt = (Dt – Xt) (1-Vt) (2.8.)

burada, KQ – bank kreditləri hesabına cəlb edilmiş investisiyaların həcmini, KQd – qiymətli kağızların təkrar emissiyası zamanı investisiyanın məbləğini, - t ilində tərəfdaş müəssisələrin vəsaitləri hesabına investisiya qoyuluşlarını, - tərəfdaş müəssisələrin vəsaitləri hesabına layihəyə investisiya qoyuluşlarını, KQ – layihənin həyata keçrilməsi üçün lazım olan investisiyaların ümumi həcmini, Ck,Cd, - bank kreditləri, qiymətli kağızlar buraxılış müəssisənin xüsusi vəsaitləri və tərəfdaş müəssisələrin xüsusi vəsaitlərinin mümkün kəmiyyətləri üzrə məhdudiyyətləri, DTt – t ilində dividentlərin verilmə tarixlərini, m – kreditlərin ödəmə müddətini göstərir.

İnvestisiya layihələrinin maliyyələşmə mənbələrinin çoxluğu və müxtəlifliyi şəraitində qeyd olunan göstəricilər sistemindən istifadə etməklə maliyyələşmə mənböələrinin daha səmərəli variantlarının seçilməsi mümkün olur. Bu metodika yeni istifadəyə verilən tikinti obyektlərinə yönəldilən investisiyanın mövcud şəraitə uyğun olaraq hər bir mərhələdə daha səmərəli maliyyələşdirmə mənbələrini aşkar etməyə imkan verir.

2.3. Xidmət sferası müəssisələrində investisiya fəaliyyətini xarakterizə edən göstəricilər sistemi, onların təsnifatı və qiymətləndirilməsi metodikası
İnvestisiya fəaliyyətini təhlil etmək üçün ilk növbədə onu xarakterizə edən göstəricilər sistemini bilmək lazım gəlir. Planlaşdırma və iqtisadi təhlil işlərində ilk növbədə investisiya fəaliyyətini xarakterizə edən ümumi və xüsusi göstəricilər öyrənilir. İnvestisiya layihələrinin hazırlanması, investisiya fəaliyyətinin proqnozlaşdırılması və iqtisadi təhlili işlərində investisiyaların ümumi həcmi və xalis investisiyaların kəmiyyəti göstəricilərdən istifadə edilir. Ümumi investisiya – hesabat dövründə həyata keçirilən bütün investisiyaların cəmi həcmini xarakterizə edir. Xalis investisiyaların həcmi investisiyaların ümumi həcmindən hesabat dövründə amortizasiya ayırmaları məbləğini çıxmaqla müəyyən edilir. İnvestisiya qoyuluşlarının effektivliyini təyin etmək məqsədilə bir neçə variantda hesablamalar aparılan zaman investisiyanın ümumimi məbləğində xalis investisiya məbləğinin çox olması, habelə ümumi investisiya məbləğində xalis investisiya məbləğinin payının yüksək olması xalis mənfəətinin xeyli hissəsini investisiya fəaliyyətinə yönəldən şirkətin iqtisadi potensialının yüksəlməsini xarakterizə edir. Xalis investisiyaya dair mənfi məbləğin olması müəssisənin iqtisadi potensialının azalmasını, özünün mənfəətinin və amortizasiya ayırmalarının bir hissəsinin investisiyaya yönəldiyini göstərir. Xalis investisiya məbləğinin sıfıra bərabər olması investisiyalaşdırmanın ancaq amortizasiya ayırmaları hesabına həyata keçirildiyini, müəssisədə iqtisadi artımın və mənfəəti çoxaltmaq üçün iqtisadi bazanın olmamasını göstərir.

Aydındır ki, sözügedən göstəricilər dəyər ifadəsində hesablanılır və qiymətləndirilir. Uzunmüddətli investisiya qoyuluşları zamanı qiymətlər mütəmadi olaraq dəyişir. Buna görə də, investisiya qoyuluşları üzrə biznes-planın yerinə yetirilməsinin, investisiya qoyuluşları həcmlərinin dinamikasının öyrənilməsi və qiymətləndirilməsi üçün qiymətlərin artımı indekslərini hesaba almaq lazım gəlir.

Uzunmüddətli investisiya qoyuluşlarının təhlili və qiymətləndlirilməsi, eləcə də müvafiq maliyyə qərarlarının qəbul edilməsi idarəetmə obyektinin müxtəlif tərəflərini xarakterizə edən göstəricilər sistemi vasitəsilə həyata keçirilir. İqtisadi təhlilin digər bloklarında olduğu kimi, sosial-iqtisadi, maliyyə, texniki və ekoloji xarakterilə göstəriciləri aşağıdakı qruplara ayırmaq olar: 1) dəyər və natural göstəricilər; 2) kəmiyyət və keyfiyyət göstəriciləri; 3) həcm və udel göstəricilər.

İnvestisiya layihələrinin yerinə yetirilməsinə çoxlu sayda daxili və xarici kəmiyyət və keyfiyyət, obyektiv və subyektiv amillər təsir göstərdiyinə görə analitik tədqiqatlar zamanı parametrik, sosial-iqtisadi, maliyyə, marketinq və ekoloji göstəricilərdən kompleks şəkildə istifadə olunur. Mühəndis-texniki əsaslandırma, tikinti, obyektin istismara verilməsi, yaxud ləğv edilməsi mərhələsində maliyyələşdirmə proqramının, marketinq və istehsal üzrə biznes-planların, yerinə yetirilməsi səviyyəsinin qiymətləndirilməsi üçün investisiyaların retrospektiv təhlili aparılır və əsas parametrlərdə nəzərə alınmamış kənarlaşmalar, «həlledici amil» təyin edilir. Belə təhlilin nəticələrinə istinad etməklə menecerlər layihənin həyata keçirilməsinin sonrakı gecişini kollektə edir, investisiya siyasətində dəyişikliklər aparır. Xüsusi vurğulamaq yerinə düşər ki, investisiya fəaliyyətinin kompleks və sistemli təhlilinin ardıcıllığı «ümumi göstəricilərin təhlilindən xüsusi göstəricilərin təhlilinə», «əsas və xüsusi göstəricilərə təsir göstərən daxili və xarici amillərin təsirinin kəmiyyət baxımından qiymətləndirilməsinə» əsaslanmaqla tədqiqatın qarşısına qoyulan məqsəd və vəzifələrdən asılı olaraq müəyyən edilir. Təhlil zamanı investisiya fəaliyyətinin əsas istiqamətləri, eləcə də yeni obyektlərin tikilməsi, əsas vəsait obyektlərinin əldə edilməsi, qeyri-maddi aktivlərə investisiyalar və digər uzunmüddətli maliyyə qoyuluşları üzrə biznes planların yerinə yetirilməsi səviyyəsi dinamikası öyrənilir. Eyni zamanda, hər bir uçot obyekti üzrə tikinti-quraşdırma işlərinin investisiyalaşdırılması planının icrası araşdırılır, habelə tikintinin əmək, material və digər resurslarla təmin olunması dərəcəsi və digər amillərin təsiri hesablanılır.

Məlumdur ki, investisiya layihələrində iştirak edənlərin başlıca məqsədi əsas fəaliyyət ilə müqayisədə daha çox mənfəət əldə etməkdən ibarət olur. Bu səbəbdən də iştirakçıların hamısı istismarın bütün mərhələlərində investisiya layihəsinin effektivliyini təhlil edir və qiymətləndirir. Doğrudan da, maliyyə, maddi və intellektual resursların sərfi müqabilində uzunmüddətli perspektiv dövr üçün mənfəət əldə etmək arzusunda olan investisiya layihəsi iştirakçıları qeyri-müəyyənliyi və riskləri nəzərə alaraq investisiya layihələrinin səmərəliliyini mütəmadi olaraq araşdırır. Məlum həqiqətdir ki, investisiya layihələrinin həyata keçirilməsinin bütün mərhələlərində onların dəyərinin gəlir və xərclərin hesablanılması iqtisadi təhlilin qarşısında prioritet vəzifə kimi dayanır. İnvestisiya layihələrinə kapital qoyuluşları, böyük məbləğdə maliyyə və digər resursların xərclənməsi, habelə uzunmüddət ərzində gəlirlərin formalaşdırılması etimalı mütəmadi olaraq təhlil edilir.

Beynəlxalq təcrübədə investisiya layihələrinin effektivliyinin qiymətləndirilməsinin təhlilində bir çox metodlardan istifadə olunur. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:

1). Kapital qoyuluşlarının rentabelliyinin və ödənilməsi müddətlərinin hesablanılması metodu;

2). Layihənin tətbiqi nəticəsində məsrəflərin azalmasının hesablanılması metodu;

3). Çevrilmiş məsrəflərin təhlili metodu;

4). Xalis cari dəyərin hesablanılması metodu;

5). Alınan mənfəətə görə müqayisə metodu;

6). Daxili rentabellik normasının hesablanılması metodu.

Xüsusi vurğulamaq yerinə düşər ki, kapital qoyuluşlarının rentabelliyinin və ödənilməsi müddətlərinin hesablanılması metodu sadə olduğuna görə investisiya layihələrinin ekspress təhlilində daha çox istifadə olunur. Bu metoddan istifadə olunduqda investisiya layihələrinin rentabelliyini, ödənilməsi müddətlərini sadə hesablamalar aparmaqla təyin etmək, normativ göstəricilərlə müqayisə etməklə kənarlaşmaları və onların səbəblərini öyrənmək, optimal variantı seçmək elə də çətin olmur.

Xidmət sferası müəssisələrində real investisiyaların effetivliyinin retrosrektiv qiymətləndirilməsi üçün aşağıdakı göstəricilərdən istifadə edilir.

1). İnvestisiya qoyuluşlarının bir manatına əlavə məhsul buraxılışı və xidmət göstəridməsi;

2). İnvestisiya qoyuluşlarının bir manatı hesabı ilə yerinə yetirilən iş və xidmətlərə sərf olunan məsrəflərin səviyyəsinin aşağı düşməsi;

3). İnvestisiya qoyuluşlarının bir manatı hesabı ilə əmək məsrəflərinin azalması;

4). İnvestisiya qoyuluşlarının bir manatı hesabı ilə mənfəətin artımı;

5). İnvestisiyaların ödənilməsi müddəti.

Danılmaz həqiqətdir ki, sadalanan göstəricilərdən heç biri ayrı-ayrılıqda investisiyaların effektivliyini tam xarakterizə etmir. Bütövlükdə müəssisə üzrə, yrı-ayrı obyektlər üzrə investisiya qoyuluşlarının effektivliyini kompleks qiymətləndirmək üçün sözügedən parametrlər üzrə biznes-planın yerinə yetirilməsinin, habelə müqayisəli iqtisadi təhlilin və qiymətləndirmənin aparılması tələb olunur.



2.4. İnvestisiya qoyuluşlarının maliyyələşdirilməsində bank sektorunun rolu və onun tənzimlənməsi problemləri
Bir çox ölkələrin inkişafında kredit sistemi, xüsusilə də investisiya bankları mühüm rol oynayır. Kredit sferasında investisiya bankları əmək bölgüsünə və ixtisaslaşmaya səbəb olur. İnvestisiya banklarının əsas vəzifəsi uzun müddətli borc kapitalının səfərbər edilməsi, istiqraz vərəqələrinin və səhmlərin emissiyası və yerləşdirilməsi hesab olunur. Müasir dövrdə iki növ investisiya bankı fəaliyyət göstərir. Birinci tip investisiya bankı qiymətli kağızların yerləşdirilməsi və satışı, ikinci növ investisiya bankı isə uzunmüddətli kreditləşmə prosesi ilə məşğul olur. Bu növ banklar əsasən Qərbi Avropa və inkişaf etmiş dövlətlər üçün xarakterik sayılır.

İnvestisiya banklarının meydana gəlməsi dövlətin qiymətli kağızlarının yerləşdirilməsi ilə xarakterizə olunur. Müəssisə və şirkətlərin səhmdar formasının geniş yayılması ilə əlaqədar olaraq, investisiya bankları iri firmaların və korporasiyaların səhm və istiqrazlarını yerləşdirməklə onlar üçün pul vəsaitlərini toplayır, yeni şirkətlərin yaradılması, yenidən təşkil edilməsi və konsolidasiyasında fəal iştirak edir. İnvestisiya bankları mərkəzi hökumətdən başlayaraq bələdiyyələr və şəhərlərə kimi hakimiyyətin bütün səviyyələrində dövlətin qiymətli kağızlarını yerləşdirir.

Birinci növ investisiya bankları bir qayda olaraq qiymətli kağızların emissiyasının təşkilatçısı və təsisçisi rolunda çıxış edir. Onlar eyni zamanda, qiymətli kağızların şirkət tərəfindən yerləşdirilməmiş hissəsini əldə edən agentlər kimi fəaliyyət göstərir. Uzunmüddətli investisiya qoyuluşlarına ehtiyacı olan dövlət şirkətlərinin və korporasiyalarının tapşırığına əsasən investisiya bankları emissiyanın müddəti, şərtləri və həcmi üzrə qiymətli kağızların növünün müəyyən edilməsi və onların yerləşdirilməsi üzrə müəyyən öhdəliklər götürür. Bu növ investisiya bankları buraxılmış qiymətli kağızların alınmasına zəmanət verir, səhm və istiqrazların alıcısına borc təklif edir. Kredit sistemində investisiya banklarının xüsusi çəkisinin az olmasına baxmayaraq, onlar özünün məlumatlılığına və təsisçi əlaqələrinə görə iqtisadiyyatda mühüm rol oynayır.

Hazırda birinci növ investisiya bankları iqtisadiyyatda korporativ sektorun qiymətli kağızlarla aparılan əməliyyatları ilə məşğul olur. Onlar səhm və istiqrazları yerləşdirməklə sənaye, ticarət və digər xidmət sferası müəssisələrinin pul vəsaitlərini əldə etməsi üçün vasitəçi rolunu oynayır. Sözügedən banklar kapitalın cəlb olunması, yerləşdirilməsi və qiymətli kağızlar bazarına xidmət üzrə bir sıra aşağıdakı funksiyaları yerinə yetirir:

1). Səhm və istiqrazların bölüşdürülməsi ilə məşğul olur;

2). Valyuta bazarında beynəlxalq qiymətli kağızların yerləşdirilməsində vasitəçi rolunu oynayır;

3). İnvestisiya strategiyası, həmçinin mühasibat uçotu və maliyyə hesabatı üzrə şirkətlərə məsləhət verir.

Birinci növ investisiya bankları güclü maliyyə-kredit institutları hesab olunur. Belə ki, investisiya bankları yenidən təşkil olunmuş şirkətlərin təsisçisi kimi çıxış edir, şirkət və korporasiyaların əlvə buraxılmış səhm və istiqrazlarını yerləşdirir. Müasir dövrdə bu bankların iştirakı olmadan qiymətli kağızları satmaq demək olar ki, mümkün olmur. Onların vasitəçiliyi olmadan bir çox şirkətlər uzunmüddətli pul vəsaitlərini əldə edə bilmir. Müasir dövrdə bir sıra ölkələrdə investisiya bankları şirkətlərin qiymətli kağızlarını yerləşdirir və sözügedən müəssisələrlə paralel fəaliyyət göstərir. İnvestisiya banklarının rolunun artması, ilk növbədə, özəl şirkətlərin səhm və istiqrazlarının emissiyasının artımı ilə əlaqədar ola bilər.

Bir qayda olaraq, investisiya banklarının resursları onların öz vəsaitləri, eləcə də kommersiya banklarından və digər maliyyə-kredit təşkilatlarından alınan borc hesabına formalaşır. Adətən, brinci tip investisiya bankları depozitlərin qəbulunu həyata keçirmir və əgər belə əməliyyat baş verirsə, bu məhdud səviyyədə reallaşdırılır. Qiymətli kağızlar fond bazarında yerləşdirilməmişdən əvvəl investisiya bankı korporasiyanın fəaliyyətini müfəssəl təhlil edir. Bank şirkətin fəaliyyəti haqqında düzgün nəticə çıxarmağa imkan verən bir sıra analitik göstəriciləri, yəni şirkətin aktivlərini, əmlakını, sənədləşdirmə prosedurlarını, menecment və marketinq sistemini, istehsalın vəziyyətini, bazarı, əmək münasibətlərini, şirkətin aktiv və passiv əməliyyatlarını, mühasibat balansını, mənfəət və zərərlərini, rəhbər heyətini, iş yerlərini, rəqabət qabiliyyətini və digər göstəriciləri ətraflı araşdırır. Bir çox hallarda, investisiya bankının rəhbəri emitentin Direktorlar Şurasına daxil olur və onlara istehsal, maliyyə və investisiya xarakterli məsləhət verir.

Bankların öz vəsaitlərinin nisbətən az olması və irihəcmli qiymətli kağızlar buraxılışının reallaşdırılması onları konsorsium şəklində birləşməyə məcbur edir. Belə ki, konsorsiumlarda əsasən 1-5 bank üstünlüyə malik olur, digər banklar isə kiçik həcmdə qiymətli kağızların satışı zamanı iri banklarla investorlar arasında vasitəçi rolunu oynayır.

Qiymətli kağızlarla aparılan vasitəçilik əməliyyatı müqabilində bank investor tərəfindən ödənilən məbləğ ilə emitent şirkətin mədaxili arasındakı fərq şəklində hesablanılan kəmiyyətdən komission haqqı alır. Məsələn, ABŞ-da belə komission haqqı 0,5-20% arasında tərəddud edir. İstiqrazların yerləşdirilməsinə görə emitentin mədaxilinin hər 100 dollarına orta hesabla 1,3 dollar, imtiyazlı səhmlər üçün isə 10 dollar düşür. Bu zaman qiymətli kağızlar buraxılışının ümumi məbləği nə qədər az olarsa, əldə olunmuş mədaxilinin hər 100 dollarına düşən emissiya xərcləri o qədər çox olur. Qiymətli kağızlar buraxılışı xeyli xərc tələb etdiyindən, onların emissiyası orta və kiçik şirkətlər üçün əlverişli sayılmır. Lakin investisiya banklarının gəliri təkcə komissiyon haqqından formalaşmır və həm də bu gəlirlərə gizli mənfəət də əlavə olunur. Belə ki, qiymətli kağızların satışından əldə edilən pul vəsaitləri ilə onların investorlarla satıldığı qiymət arasında həmişə müəyyən fərqlər mövcud olur.

Qiymətli kağızların yerləşdirilməsi özündə mənfəət mənbəyini əks etdirir. Banklar yerləşdirilən qiymətli kağızların bir hissəsini özündə saxlaya, reallaşdıra, yaxud səhmləri emitent şirkətdən aşağı qiymətə ala və yuxarı qiymətə sata bilər. Ona da qeyd edək ki, banklar şirkətlərin səhmlərini uzun müddət özündə saxlayaraq təsisçi mənfəəti ilə yanaşı, həm də özündə qiymətli kağızların cari kursu ilə əvvəlki kursu arasındakı fərqi əks etdirən mənfəət də əldə edir.

Birinci növ investisiya bankları qiymətli kağızların ilkin bazarında fəaliyyət göstərir və onlar qiymətli kağızların reallaşdırılmasında vasitəçilik edir. Xüsusi vurğulamaq yerinə düşər ki, özəl qiymətli kağızların yerləşdirilməsi üçün investisiya banklarının istifadə etdiyi metodlar aşağıdakılardır:

1). İstiqraz vərəqəsini və onların bazarda yerləşdirilməsini öz üzərinə götürür;

2). Qiymətli kağızların yerləşdirilməsi xamanı satıcı ilə alıcı arasında məsləhətçi kimi çıxış edir;

3). İnvestisiya bankları qiymətli kağızları bazarda yerləşdirmək üçün qrup yaradır;

4). İlkin qiymətli kağızlar paketini korporasiyalardan alaraq «kim çox verəcək» prinsipi əsasında hərrac təşkil edir.

Xüsusi vurğulamaq yerinə düşər ki, qiymətli kağızların yerləşdirilməsinin bu metodları ABŞ, Kanada və İngiltərədə daha çox istifadə edilir. Kontinental Avropada isə əsasən kütləvi metod tətbiq olunur.

İnvestisiya banklarının yüksək gəlirliyi təkcə yüksək dövründə deyil, həm də maliyyə böhranı şəraitində də nəzərə çarpır. Yenidən təşkil etmə zamanı investisiya bankları səhmlərin və istiqrazların alışında iştirak edərək müəssisə və şirkətləri özündən asılı vəziyyətə salır. Qiymətli kağızların yerləşdirilməsi prosesində iştirak edən investisiya bankları maliyyə qrupları formalaşdırır və emissiyadan, eləcə də şirkətlərə nəzarətdən yüksək mənfəət əldə edir.

Nəzəriyyə və praktikadan məlumdur ki, investisiya bankları təsisçi fəaliyyətinə görə təkcə nəğd pul deyil, həm də səhm əldə edir. İnvestisiya banklarının korporasiyalar üzərində nəzarəti o halda güclənir ki, onlar müəyyən müştərilər qruppu arasında yerləşdirilən səhmlər üzrə həlledici səsvermə hüququ qazanmış olur. Bir sıra banklar iri emitentlərin səhm paketinə sərəncam verir və iri müəssisələrdə səsvermə zamanı bu səhmlərdən istifadə edir. Belə təcrübə çox vaxt iri investisiya banklarını bir çox firma və şirkətlərin sahibinə çevirir. Onu da qeyd etmək lazımdır ki, hal-hazırda investisiya bankları qiymətli kağızlar bazarının, xüsusilə də ilkin qiymətli kağızlar bazarının institutsional əsasını təşkil edir. Onlar mahiyyət etibarilə qiymətli kağızların emissiyası və birja ticarəti ilə bağlı olan bir sıra əməliyyatları həyata keçirir. Birinci növ investisiya bankları şəriklilik əsasında fəaliyyət göstərir və bank kapitalı az sayda iştirakçvların vəsaiti hesabına formalaşır. İştirakçıların hər biri bankın adından çıxış edir və müəyyən qaydada əsasən mənfəət payını götürür. Bir qayda olaraq onların kapitalı sənaye müəssisələrinin və digər maliyyə-kredit institutlarının kapitalı ilə müqayisədə nisbətən az olur. Lakin, rəqabətin kəskinləşməsi və pul vəsaitlərini artırmaq zəruri bir sıra investisiya banklarını müştərək forma ilə yanaşı səhmdar formalı idarəetməyə keçməyə məcbur edir. Fikrimizcə, investisiya banklarında qiymətli kağızların yerləşdirilməsi və onların bazar fəaliyyəti aşağıdakı cədvəldə daha dəqiq öz əksini tapır.


Yüklə 442,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin