işləməsi, onların maliyyə nəticələrinin yaxşılaşması və bütövlükdə istehsalın
iqtisadi səmərəliliyinin yüksəldilməsi üçün məhsul istehsalına məsrəflərin
72
azaldılması və buna təsir edən amillərin daha dərindən təhlili mühüm əhəmiyyət
kəsb edir. Müasir şəraitdə məhsulun maya dəyərinin aşağı salınması müəssisənin
mənfəətinin artırılmasında həlledici amil olmaqla onun istehsal və sosial
inkişafının, işçilərin maddi marağının stimullaşdırılması üçün əsas mənbə
olmalıdır.
İqtisadi islahat şəraitində müəssisələr üçün məhsulun maya dəyəri üzrə
təhlilin rolu və əhəmiyyəti hədsiz dərəcədə böyükdür. Belə ki, məhsul istehsalına
və satışına məsrəflər barədə geniş informasiyaya malik olmadan istehsal prosesini
səmərəli idarə etmək mümkün deyildir.
Bir manatlıq əmtəəlik məhsula (iş və xidmətə) məsrəflərin təhlili prosesində
onların dinamikası, faktiki məsrəflərin nəzərdə tutulmuş plana nisbətən
kənarlaşması, qənaət və ya artıq xərclərin səbəbləri öyrənilməlidir.
Sənaye müəssisələrində bir manatlıq əmtəəlik məhsula faktiki məsrəflərin
nəzərdə tutulan plana nisbətən kənarlaşması aşağıdakı amillərin təsiri nəticəsində
ola bilər. Məhsulun quruluşu və çeşidlərinin planlaşdırılmasında yol verilmiş
nöqsanlar; məhsulun maya dəyəri səviyyəsinin dəyişməsi; satın alınmış
yarımfabrikatların qiymətinin, yanacaq, elektrik enerjisi və yükdaşıma tariflərinin
dəyişməsi; əmtəəlik məhsulun topdansatış qiymətinin qəbul edilmiş plana
nisbətən aşağı düşməsi (yüksəlməsi).
Yuxarıda göstərilən amillərin 1 manatlıq əmtəəlik məhsula məsrəflərin
dəyişməsinə təsirini hesablamaq üçün təsərrüfat fəaliyyətini təhlil etdiyimiz
maşınqayırma müəssisənin uçot və hesabat məlumatlarından istifadə etməklə
tərtib olunmuş cədvəli nəzərdən keçirək.
3.8-ci cədvəlin məlumatlarından istifadə etməklə bir manatlıq əmtəəlik
məhsula məsrəflərin dəyişməsinə təsir edən ayrı-ayrı amillərin təsir dərəcəsini
aşağıdakı ardıcıllıqla hesablayaq:
Dostları ilə paylaş: