Bəxtiyar Vahabzadənin (1925-2008) yaradıcılığı. Həyat və zaman haqqında fəlsəfi şeirləri. Vətən və vətəndaşlıq poeziyası. “Gülüstan” poemasında ikiyə bölünmüş Vətən obrazı. “Muğam” poemasında milli-mənəvi irsi yaşatmaq ideyası. “Şəbi-hicran” poemasında Füzuli obrazının təcəssümü. Bəxtiyar Vahabzadənin dramaturgiyası. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür” və s. pyeslərində müasir dövrün problemlərinin lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilməsi. “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” pyeslərində tarixi yeni baxış.