Мөһсин Гәраәти



Yüklə 8,7 Mb.
səhifə1/98
tarix22.10.2017
ölçüsü8,7 Mb.
#11409
  1   2   3   4   5   6   7   8   9   ...   98


NUR TƏFSİRİ

BİRİNCİ CİLD
http://ehliwie-samux.com

MÜƏLLİF: MÖHSÜN QƏRAƏTİ

TƏRCÜMƏ EDƏN: HACI ARZU



نام کتاب:...................................................تفسیر نور (جلد-1)

مولف:.............................................................محسن قرائتی

مترجم:..................................................................حاج آرزو

ناشر:.......................................................................... .فائز

تاریخ چاپ:................................................................1385

نوبت چاپ:...................................................................اول

تیراژ:.....................................................................2000

Kitabın adı:...................................Nur təfsiri (birinci cild)

Müəllif:.................................................................Möhsün Qəraəti

Tərcümə edən:...........................................................................H. Arzu

Nəşr edən:....................................................................................Faiz

Çap tarixi:....................................................................................2006

Çap növbəsi:..........................................................................Birinci

Tiraj:...........................................................................................2000


Әзиз вә диггәтли охуҹу! Гур`ан тәфсири тәрҹүмәсинин нә дәрәҹәдә әһәмијјәтли вә инҹә иш олдуғуну анласаг да, нөгсанлардан гача билмәдик. “Һәјј” вә “гәјјум” кими јүзләрҹә мирвари тә`бирини бәсит шәкилдә тәрҹүмә етмәк зорунда галдыг. Ҝәләҹәкдә бу илаһи ишдә јардымчы олаҹағынызы дүшүнүрүк. Бизә үнванлајаҹағыныз гејдләр нөвбәти нәшрләрдә нәзәрә алынаҹаг.

Дуа истәји илә тәрҹүмәчи.


RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ

Həmd olsun aləmlərin Rəbbinə! Allahın salamı olsun ağamız Məhəmməd (s) və onun məsum Əhli-beytinə!

Ön söz


Qum elmi hövzəsində ümumi (səth) mərhələni bitirdikdən sonra bir qədər də “Dərsi-xaric” oxuyub, Qur’anla daha dərindən tanış olmaq fikrinə düşdüm. Bə’zi dostlarla birlikdə bu istiqamətdə fəaliyyətə başladıq. Hərəmiz bir təfsiri mütaliə edib, xülasə şəkildə qeydlər götürürdük. Beləcə, Qur’anın bir neçə cüzünü sonadək mütaliə etdik.

Həmin vaxt eşitdim ki, Ayətullah Məkarim Şirazi bir qrup alimlə təfsir yazmaq qərarına gəlib. O mənim təfsir yazılarımı görüb bəyəndi və mən də onlara qoşuldum.

İyirmi yeddi cildlik “Təfsiri-nümunə”nin başa çatması on beş il çəkdi. Həmin təfsir indiyədək dəfələrlə çap olunmuş və başqa dillərə tərcümə edilmişdir. “Təfsiri-nümunə”nin təqribən yarısı yazılıb tamamlandığı vaxt imam Xomeyninin (r) rəhbərliyi ilə İslam inqilabı qələbə çaldı. Elə həmin ilk günlərdə mərhum Əllamə Şəhid Mütəhhərinin göstərişi ilə televiziyaya getdim. Artıq iyirmi yeddi ilə yaxındır ki, hər cümə axşamı İran İslam Respublikasının televiziyasında “Qur’an dərsləri” adı altında proqramda çalışıram.

“Təfsiri-nümunə” başa çatanadək həmin hey’ətlə həmkarlıq etdim. Amma bu arada belə bir fikrə düşdüm ki, radioda hamının anlaya biləcəyi bir səviyyədə təfsir dərslərinə başlayım. Bu məqsədlə “Təfsiri-nümunə”dən əlavə, başqa on təfsirdən də qeydlər götürdüm. Artıq səkkiz ildir ki, həftədə bir gün, eləcə də, ramazan ayında hər gün “Ayineye vəhy” adı altında radio verilişləri yayımlanır.

Dəfələrlə təklif edildi ki, radiodan danışdıqlarımı kitab şəklində nəşr etdirim. Öz yazılarımdan bir neçə cüzünü Ayətullah hacı Seyyid Mehdi Ruhani, Ayətullah Misbah Yəzdi üçün oxudum və öz təfsir üslubuma daha çox əmin oldum. Qeydlərimi tərtib üçün höccətül-islam Məhəmmədi və höccətül-islam Mühəddisiyə təqdim etdim. Məcmuə hazır olduqdan sonra onu Qumun “Dər-rahe həqq” müəssisəsinə verdim ki, Ayətullah Ustadinin nəzarəti altında çap olunub, maraqlananların ixtiyarına verilsin.

Həmkarlar


Qur’ani-kərimin ilk dörd cüzünün təfsirinin hazırlanmasında höccətül-islam Dehşiri və höccətül-islam Cə’fəri həftənin yarı hissəsini Tehrana gəlib, mənə kömək etdilər.

Beşinci cüzdən on altıncı cüzədək isə höccətül-islam Seyyid Cavad Behişti və höccətül-islam Şeyx Mahmud Mütəvəssil bu müqəddəs işdə həmkarlıq etmişlər.


İmtiyazlar


1. Bu təfsirdə yalnız xüsusi zümrənin anlaya biləcəyi ədəbi, fiqhi, kəlami, fəlsəfi terminlərdən pəhriz edilmişdir.

2. Rə’y əsasında təfsirdən pəhriz olunmuş, yalnız Qur’an ayələri və Peyğəmbər (s) Əhli-beytindən (ə) olan rəvayətlərə istinad edilmişdir.

3. Bir çox bildiriş və dərslərdə mö’təbər şiə və sünni təfsirlərindən istifadə edilmiş, bə’zi nöqtələr isə müəllif və əziz həmkarlar tərəfindən açıqlanmışdır.

Allahdan istəyirik ki, hər birimizə ixlas, düşüncə, əməl, təbliğ və Qur’an maarifinin yayılması və bu müqəddəs işi başa çatdırmaq tövfiqi mərhəmət buyurub, Qur’anı bizim üçün dünya, bərzəx və qiyamət nuru qərar versin.

Xalqdan istəyim budur ki, Qur’an tə’limində yalnız tilavət, təcvid, tərtil və təvaşihlə kifayətlənməyib, Qur’anda düşünməyi və ona əməl etməyi əsas götürsünlər.

Alim və fazillərdən təmənnam budur ki, təbliğ və tədrisdə Qur’an ali bir məqsəd kimi qarşıya qoyulsun və bütün məntəqələrdəki elmi mərkəzlərdə, mədəniyyət ocaqlarında, məscidlərdə və mədrəsələrdə Qur’an təfsiri dərsləri təşkil edilsin.

İslam, Qur’an və Peyğəmbər (s) Əhli-beyti (ə) ilə tanışlığımda rolu olanlara təkbətək təşəkkür edir, onlar üçün, xüsusi ilə də ustadlarım, atam-anam üçün bağışlayan Allahdan mərhəmət diləyirəm.

Eləcə də, bu təfsirin yazılmasında, tərtibində, islahında, çapında və yayılmasında mənə yardım edənlərə və işin təkmili üçün qurucu və faydalı tənqid və təklif verənlərə təşəkkür edirəm.

Möhsün Qəraəti


Yüklə 8,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin