Мөһсин Гәраәти



Yüklə 8,7 Mb.
səhifə46/98
tarix22.10.2017
ölçüsü8,7 Mb.
#11409
1   ...   42   43   44   45   46   47   48   49   ...   98

Nöqtələr


◘Məsihilər ibadət zamanı Beytül-Müqəddəsdə həzrət İsanın doğulduğu məhələ üz tuturdular. Bu yer onların sakin olduğu yerə nəzərən şərqdə yerləşirdi. Yəhudilər isə yaşadıqları yerdən qərbdə yerləşən Beytül-Müqəddəsə üz tuturdular. Amma Kə’bə bu iki tərəfin arasında yerləşirdi. Qur’an bu mövzuya işarə ilə buyurur ki, biz Kə’bəni ortada qərar verdiyimiz kimi, siz müsəlmanları da orta ümmət etmişik.

Təfsirçilər bu ayə haqqında müxtəlif fikirlər söyləmişlər. Orta ümmət tə’biri haqqında bə’ziləri deyirlər ki, bu sözün arxasında ifratı və təfriti, cəbri və təfvizi, fərdi və cəmiyyəti əsas götürməyən orta bir ümmət nəzərdə tutulmuşdur.

Amma bə’zi müqəddimələrdən aydın olur ki, ayədəki orta ümmət tə’biri xüsusi fərdlərə aiddir. Bu müqəddimələrlə tanış olaq:

1. Qur’an orta ümməti əməllərə şahid kimi tanıtdırır. Onlar qiyamətdə xalqın əməllərinə şahid durmalıdırlar.

2. Şahidlik elmi agahlıq və ədalət tələb edir.

3. Agahlıq və ədalət sifəti hamıda müşahidə olunmur.

Rəvayətlərdə oxuyuruq ki, orta ümmət mə’sum imamlara işarədir. Əvvəla, onlar bütün işlərdən xəbərdardırlar. Bu məsələyə Qur’anda işarə olunur.1 Rəvayətlərə əsasən, xalqın əməllərindən xəbərdar olan mö’minlər dedikdə mə’sum imamlar nəzərdə tutulmuşdur. İkincisi, onlar ədalətlidirlər.2 İsmət (paklıq) və ədalət onları e’tibarlı etmişdir.

İmam Sadiq (ə) buyurmuşdur: “Necə ola bilər ki, dünya məhkəməsində bir neçə xurma üçün şahidliyə layiq olmayan insanlar qiyamətdə xalqa şahidlik ləyaqəti tapsınlar?” Hər halda, Allah hüzurunda bütün xalqın işlərinə şahidlik yalnız bir qrup insana aid olan xüsusiyyətdir. Rəvayətlərə əsasən, bu zümrə mə’sum imamlardan ibarətdir.

Sual oluna bilər ki, nə üçün Allah bə’zilərinin adını çəkmək əvəzinə ümmət adını çəkir? Sualın cavabında deyə bilərik ki, Qur’an hətta bir nəfəri də ümmət sayır.3

Qiblənin dəyişmə fəlsəfəsi:

◘Qiblənin dəyişmə fəlsəfəsi ilə bağlı çoxsaylı təhlillər aparılmışdır. Bə’zilərinin fikrincə, Beytül-Müqəddəsin ilk qiblə seçilməsində məqsəd yəhudilərin diqqətinin cəlb olunması və onlarla yaxınlıq olmuşdur. Müsəlmanlar qüdrətə çatdıqdan sonra artıq bu yaxınlığa ehtiyac duyulmamışdır. Bir başqaları belə zənn edirdilər ki, qiblənin dəyişmə fəlsəfəsi Məkkə və vətənə məhəbbət olmuşdur. Amma hər iki təhlil həqiqətin ziddinədir.

Uyğun məsələ ilə bağlı Qur’an bildirir ki, qilbənin dəyişməsi ilahi sınaq idi. Bu yolla həzrət peyğəmbərin həqiqi ardıcılları bilinəsi idi. Çünki xalis imanı olmayanlar kiçik bir dəyişikliyi böyüdərək nə üçün-niyəyə başlayırlar. Onlar dalbadal suallar yağdırır, nə üçün belə oldu, əvvəlki əməllərimiz necə olacaq, əvvəlki düz idisə, indiki nədir, indiki düzdürsə, əvvəlki nə idi - deyə soruşurlar. Allah Onun əmrinə təslim olanlara müjdə verir ki, əvvəlki əməlləriniz də əmrə əsaslandığından puça çıxası deyil.

◘Bu ayədə namaz əvəzinə iman sözü işlənmişdir. Bu isə namazın böyük əhəmiyyət və məqamını göstərir, onun bütün imanla bərabər olduğunu önə çəkir.


Bildirişlər


1. İlahi övliyalar bizim əməllərimizə nəzarət edirlər.

Bəli, bə’zi insanların elə bir tutumu var ki, bütün əməlləri görüb tarix boyu insanların maraqlarından xəbərdar olurlar.

2. Qiyamətdə silsilə mərtəbələr var. Qiyamət məhkəməsi elə qurulmuşdur ki, əvvəlcə xalqın işinə imamlar şəhadət verir, sonra isə peyğəmbərlər imamlara şahid olurlar.

3. İmtahan dəyişməz ilahi qanundur Allah bə’zən Öz əmrlərini dəyişməklə xalqı imtahana çəkər.

4. Dini göstərişlərə itaət inkişaf və kamillik mayası, itaətsizlik isə bir növ irticadır.

5. Allahın əmrindən savay istiqamət, rəng, zaman, məkan və digər xüsusi şivələrə adət etməyin. İnsan bir şeyə adət etdikdə, həmin adətin ziddinə olan ilahi göstərişdən boyun qaçırmağa meyilli olur.

6. Adi insanlar üçün təslim məqamı ağırdır. Yalnız Allahın xüsusi hidayətinə nail olmuş insanlar həmin məqama çata bilir.

7. Hər hansı qanun və göstəriş əvvəlki dövrə aid olmur. Əgər bu gün qibləni dəyişmək əmri gəlmişsə, əvvəlki namazlar doğrudur və bu gündən başlayaraq başqa tərəfə üz tutmalıyıq.

8. İstər təkvini, istər təşrii dəyişikliyin hamısı Allahın rəhmətindəndir.
144. ﴿قَدْ نَرَى تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاء فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوِهَكُمْ شَطْرَهُ وَإِنَّ الَّذِينَ أُوْتُواْ الْكِتَابَ لَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّهِمْ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ

(Ey peyğəmbər,) görürük ki, (vəhy intizarı ilə) üzünü göyə tutursan. İndi səni könlünü açacaq qibləyə doğru göndəririk. Üzünü Məscidül-Hərama doğru çevir. (Siz ey müsəlmanlar,) harada oldunuz, üzünüzü ona doğru döndərin. (Səmavi) kitab verilmiş şəxslər bilirlər ki, bu əmr Allah tərəfindən gəlmiş bir həqiqətdir. Allah onların əməllərindən qafil deyil.


Nöqtələr


◘Bu ayə həzrət Peyğəmbərin (s) qiblə ilə bağlı intizarından qaynaqlanır. Həzrət qiblənin dəyişməsini əmr edəcək ayənin intizarında idi. Qiblənin Beytül-Müqəddəsdən Kə’bəyə dəyişməsi Allahın Öz peyğəmbərinə və’di idi. Amma həzrət dua zamanı heç bir söz demədən üzünü səmaya tutardı. Nəhayət, ayə nazil oldu və göstəriş verildi ki, həzrət Peyğəmbər (s) və bütün müsəlmanlar ibadət zamanı üzlərini Məscidül- Hərama, Kə’bəyə tutsunlar. Bu dəyişmənin həqiqi mahiyyətindən xəbərdar olan kitab əhli bildiklərini gizləməyə çalışdılar. Onlar öz kitablarında oxumuşdular ki, İslam peyğəmbəri iki qibləyə doğru namaz qılar. Onlar müxtəlif təlqinlərlə şübhələr və suallar yaradıb aranı qarışdırırdılar. Allah da öz növbəsində onları hədələyirdi.1

◘Həzrət Peyğəmbərin (s) Kə’bənin qiblə seçilməsinə razılığının dəlilləri vardır: Bununla yəhudilərin acı tə’nələrindən, təhqirlərindən, istehzalarından azad olurdular; müsəlmanların istiqlalı süquta yetir, ilk tövhid mərkəzi Kə’bəyə diqqət yönəldilirdi. Qiblənin dəyişmə məsələsi mühüm bir hadisə olduğundan ayədə Kə’bəyə üz tutmaq barədə iki dəfə göstəriş verilir: Bir dəfə peyğəmbərə xitabən, ikinci dəfə isə bütün müsəlmanlara müraciətlə.



Yüklə 8,7 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin