Мөһсин Гәраәти



Yüklə 8,7 Mb.
səhifə49/98
tarix22.10.2017
ölçüsü8,7 Mb.
#11409
1   ...   45   46   47   48   49   50   51   52   ...   98

Bildirişlər


1. Müsəlmanlar düşmən üçün bəhanə olacaq işlərdən çəkinməlidirlər.

2. Başqalarının hakimiyyətinə e’tiraz və azadlığın əldə olunması bir dəyərdir.

3. Qiblənin dəyişməsi kitab əhlinin, müşriklərin və münafiqlərin yersiz irad və bəhanələrini aradan qaldırdı.

4. Müsəlmanlar üçün ən böyük təhlükə xarici düşmənlər yox, təqvasızlıqdır.

5. Müsəlmanlar üçün xüsusi qiblənin tə’yini onlara olan ne’mətlərin tamamlanması zəminəsidir.

6. Qiblənin tə’yini və Məscidül-Hərama doğru namaz qılınması mö’minlərin hidayət zəminəsidir.

7. Hidayətin mərhələləri vardır. Ayədə hidayət olmuş müsəlmanlara müraciət edilsə də, məqsəd növbəti üstün mərhələlərə yol açmaqdır.
151. ﴿كَمَا أَرْسَلْنَا فِيكُمْ رَسُولاً مِّنكُمْ يَتْلُو عَلَيْكُمْ آيَاتِنَا وَيُزَكِّيكُمْ وَيُعَلِّمُكُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُعَلِّمُكُم مَّا لَمْ تَكُونُواْ تَعْلَمُونَ

Eləcə (sizin hidayətiniz üçün) öz aranızdan bir peyğəmbər göndərdik ki, ayələrimizi sizə oxusun, sizi pak etsin, kitab və hikmət tə’lim etsin və bilmədiklərinizi sizə öyrətsin.”


Nöqtələr


◘“Tilavət” sözü "ardıcıl" mə’nasını verən kökdəndir. Ardıcıl, nizamlı, düzgün və münasib oxunuş "tilavət" adlanır. Bu növ oxunuşda bir növ müqəddəslik var. “Təzkiyə” inkişaf, paklama mə’nasındadır. Kitab tə’limi ayələri və səmavi hökmləri öyrənməkdir. Hikmət tə’limi isə düzgün təfəkkür və baxış öyrədilməsidir.

◘İslam peyğəmbərinin be’səti həzrət İbrahimin duasının qəbul olma nəticəsidir. O, Allahdan istədi: Pərvərdigara! Onların arasında bir peyğəmbər məb’us et ki, Sənin ayələrini onlara oxusun!”3 İslam peyğəmbəri buyurmuşdur: “Mən atam İbrahimin duasının qəbuluyam.”


Bildirişlər


1. Xalqın özündən olan, onların arasında fəaliyyət göstərən və onların dilində danışan rəhbər müvəffəqdir.

2. Təzkiyə (paklama) tə’limdən irəlidir.

3. Dini tə’lim əsasdır. Digər tə’limlər ondan sonra gəlir.

4. İnsan bir çox həqiqətlərlə tanış olmaq üçün vəhyə ehtiyaclıdır. Ayədəki tə’birlərdən mə’lum olur ki, əgər peyğəmbərlər olmasaydı, insan gələcəklə bağlı bir çox məsələlərdən xəbərsiz qalardı.


152. ﴿فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُواْ لِي وَلاَ تَكْفُرُونِ

Məni yada salın ki, sizi yada salım. Mənim üçün şükür edin və küfrə yol verməyin.”


Nöqtələr


◘Allah bə’zi ayələrdə buyurur: “Ne’mətlərimi yad edin.”1 Bu ayədə isə “Məni zikr edin” buyurulmuşdur. Bunun səbəbi insanların mə’rifət və tanışlıq dərəcələridir. Allahın zikri şükür üçün zəmindir və ona görə də ilahi zikr şükürdən öndə gəlir. Bu ayə Allahın Öz bəndəsinə olan sonsuz lütfündən danışır. Cəhalət, fəqirlik, fəna kimi xüsusiyyətlərə malik olan insan elə bir lütfə çatmışdır ki, qəni, əbədi, əziz olan Allah ona belə buyurur: “Məni yad et ki, səni yad edim.” Məgər bizim Onu yada salmağımızın nə dəyəri var? Məgər Onu yada salmağımız özü bizə olan tövfiq deyilmi?

◘Allah təkcə dillə yada salınmır. Allahı ürəkdən, qəlbdən yad etmək lazımdır. Gerçək yada salma, zikr odur ki, bu halda günaha yol verilməyə və günahdan əl götürülə. Allah zikrinin ən üstün növü isə namazdır.2

◘Şükür özü də Allah zikrinin nümunələrindəndir. Amma onun zikrlə yanaşı adının ayrıca çəkilməsi diqqəti cəlb edir və bu, şükrün əhəmiyyətindən danışır.

◘Allah insanla müamilə edir və insanın heç bir işi qiymətləndirilməmiş qalmır. 3

◘İmam Baqir (ə) bu ayə haqqında danışarkən bildirir ki, Allah zikrinin növlərindən biri həzrət Zəhranın (s) təsbihatıdır. Bu təsbihat otuz dörd dəfə “Allahu əkbər”, otuz üç dəfə “Əlhəmdulillah”, otuz üç dəfə “Sübhənallah” deyilməsindən ibarətdir.4

İlahi zikrin maneələri:

a) Şeytan; Bu barədə Qur’anda buyurulur: “Şeytan onları Allah zikrindən ayırdı.”1

b) Çoxluq tələbi və rəqabətlər ; Qur’anda oxuyuruq: “Çoxluq tələbi sizin başınızı qatdı.”2

v) Arzu və xəyallar; Qur’anda buyurulur: “Arzu onların başını qatdı.”3

Allah zikrinin sirləri: İlahi ne’mətlərin yada salınması Allaha mə’rifət və şükür rəmzidir; Onun sonsuz qüdrətinin xatırlanması Ona təvəkkül rəmzidir; Onun elm və agahlığının zikri bizim həya və təqva rəmzimizdir; Onun lütflərinin xatırlanması Ona məhəbbət rəmzidir; Onun ədalətinin yada salınması Ondan qorxu rəmzidir; Onun yardımlarının xatırlanması Ona ümid rəmzidir.


Bildirişlər


1. Allah insana şəxsiyyət əta edir və onun məqamını uca bir məqama qaldıraraq buyurur: “Sən məni xatırla, Mən də səni xatırlayım.

2. Allahın lütfü daim onu zikr edənlərə şamildir.

3. Allah və Onun ne’mətlərinin zikri şükür və təşəkkür zəminəsidir. Necə ki, Allah zikrindən uzaqlıq küfr mayasıdır.
153. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلاَةِ إِنَّ اللّهَ مَعَ الصَّابِرِينَ

Ey iman gətirənlər! (Həyatın çətin hadisələri qarşısında) səbir və namazdan kömək alın. Həqiqətən, Allah səbirlilərlədir.


Nöqtələr


◘Bu ilahi kəlamın oxşarını bu surənin qırx beşinci ayəsində oxuduq. Allah Bəni-İsrailə buyurdu: “Çətinliklər qarşısında səbr və namazdan kömək alın.” Bu ayədə isə müsəlmanlara göstəriş verilir ki, həyatın çətinlikləri qarşısında səbir və namazdan kömək alın. Bəli, eyni dərdlərin dərmanı da eynidir.

Ümumiyyətlə, məhdud insan saysız problemlərin ağuşunda qeyri-məhdud ilahi qüvvədən yardım almasa, məhv olub gedir. Allaha bağlı insan keşməkeşlər qoynunda özünü itirmir. Çətinliklər ona böyük görünmür. Namazı qəlbin iştirakı və diqqətlə qılan kəs me’raca gedir. Mə’nəvi pərvaz yüksək olduqca dünya çətinlikləri, eləcə də dünya ləzzətləri kiçik görünür.

◘İnsan ne’mətə qərq olduqda və çətinliyə düşdükdə uyğun ayənin göstərişlərinə əməl etməlidir.

◘Allah buyurmur ki, O, namaz qılanlarladır. Buyurur ki, O, səbirlilərlədir. Ona görə də elə namazın özü səbir və sabitliyə ehtiyaclıdır.1

◘Rəvayətdə oxuyuruq ki, Həzrət Əlinin (ə) qarşısına çətinlik çıxdıqda, o, iki rək’ət namaz qılardı.2 Bu üsula Əbu Əli Sina da əməl etmişdir.

◘Səbir bütün kamilliklərin anasıdır. Döyüşdə şücaət mayası səbirdir. Günah qarşısında səbir təqva vasitəsidir. Dünya qarşısında səbir zöhd nişanəsidir. Şəhvət zamanı səbir iffət səbəbidir. İbadətdəki səbir itaət, şübhələr zamanı səbir təqva mayasıdır.3



Yüklə 8,7 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin