Mövzu: 2 Roma İmperiyasında quldarlıq quruluşunun böhranı və feodal münasibətlərinin yaranması Plan



Yüklə 221 Kb.
səhifə19/24
tarix01.01.2022
ölçüsü221 Kb.
#104383
1   ...   16   17   18   19   20   21   22   23   24
İspaniya XI-XV əsrlərdə

Plan:

  1. Ərəblər İspaniyada

  2. Rekonkista və onun Priney yarımadası ölkələrinin siyasi inkişafına təsiri

  3. Araqon, Kastiliya və Portuqaliyanın iqtisadi, siyasi inkişafı

  4. Kastiliya ilə Araqonun birləşməsi və rekonkistanın başa çatması


Ədəbiyyat

  1. K.Marks “Revolyuçionnoe İspanii” – K.Marks i F.Enqels. sor. T. 10, s. 425-433

  2. Korsunskiy A. P. “İstoriya İspanii v/x. XIII vek”

  3. Kudryavyev. A. “İspaniya v srednie veka” M. 1976-1937.

  4. Kultura İspanii Sb. Statey. M. 1940

VIII əsrdə Ərəblər tərəfindən İspaniyanın tutulması nəticəsində ərəb dövləti olan Kordova əmirliyi yaranır. (X əsrdən xilafət olur). Ərəblər və Şimali Afrika qəbilələri olan bərbərlər (ümumi adları mavrlar) dağlıq rayonlar (şimal) istisna olunmaqla – bütün İspaniyanı tabe dirlər.

Hələ 710-cu ildə (iyul) 400 nəfərdən ibarət ərəb dəstələri Cəbəllütariq boğazını keçərək cənubi İspaniyaya daxil olurlar. Ekspansionist xarakterli bu yürüşdən sonra 711-ci ildə 12 minlik qoşuna Ərəblər vestqot kralını (Roderuk) məğlub edirlər. Bu döyüşdən sonra isə müqavimətsiz İspaniya torpaqlarına sahib olurlar. Beləliklə də İspaniya Ərəb imperiyasının əyalətlərindən birinə çevrilir və Dəməşq xəlifəsinin təyin etdiyi canişin tərəfindən idarə olunur. 750-ci ildə hakimiyyətə Abbasilər gələndən sonra Əməvilər sülaləsindən olan cavan bir əmir İsaniyada özünə sığınacaq tapır və orada gizli fəaliyyətə başlayır. Nəhayət, 756-cı ildə müstəqil ərəb dövləti yaradır, Kordova vilayətini öz tərəfdarları ilə ələ keçirir və Əbdürrəhman adı ilə (öz adı idi) İspaniyada Əməvilər sülaləsinin birinci hakimi olur və buranı müstəqil dövlətə çevirir.

Ərəb İspaniyası III Əbdürrəhmanın dövründə 929-cu xəlifə olur, daha da qüvvətlənir. Məhz onun dövründə İspaniyanın çox hissəsi Əməvilərə tabe edilir. Lakin onun nəvəsinin hökmranlığı dövründə vəzir Əl-Mənsur xəyanət edərək hakimiyyəti ələ keçirir. 1008-ci ildə isə hakimiyyətdə olan Əl-Mənsurun oğlu öləndən sonra Əməvilər sülaləsi dövlətin birliyini saxlaya bilmirlər. 1031-ci ildə İspaniyada 30-a qədər (23) müstəqil, xırda knyazlıqlar yaranır.

2.Şimalda (Prineyin) Asturiya, Qalitsiya, Baskoniya öz müstəqilliklərini saxlamışdılar və bunlar ərəblərdə olan torpaqlara hücumlar edirdilər. (Rekonkista) Rekonkistanın başlancığı 718-ci ildə Kovadonra döyüşü hesab edilir ki, burada da vestqotlar Belayonun başçılığı ilə Ərəb dəstələrini məğlub edirlər. X əsrdə isə Asturiya öz sərhədlərini genişləndirərək Leon krallığına çevrilir. Həmin dövrdə ondan ayrılan və 1037-ci ildə krallıq (edən) olan Bastiliya dövləti yaranır. Bir qədər sonra isə bunlar birləşirlər. VIII əsrin sonu IX əsrin əvvəllərində isə Priney yarımadasında İspan markası yaradılır. (frankların yürüşü nəticəsində paytaxtı Barselona). IX əsrdə Markadan Navarra, az sonra isə Kataqoniya və Araqon dövlətləri ayrılır. 1137-ci ildə isə Kataqoniya və Arqon krallığında birləşirlər. XI əsrdə isə Portuqaliya qraflığı yüksəlməyə başlayır.

1085-ci ildə Kastiliya kralı VI Alfons Toledo şəhərini tutur. Xristianların müqavimətindən qorxan Ərəblər Afrikanın şimalındakı Bərbər imperiyasının hakimləri olan Əl-Moravidlərə müraciət edir. Onlar xristianları məğlub edib 1090-cı ildən 1145-ci ilədək müsəlman İspaniyasında hakim olurlar. Sonra onları daha qüvvətli yeni sülalə Əlmoradlar əvəz etdi. (1145-1223). 1223-cü ildə isə onlar öz sülalələrinin qüdrətini bərpa etmək üçün İspaniyadan gedirlər. Bundan sonra xristian knyazlar 1236-cı ildə Kordovanı, 1248-ci ildə isə Seviliyanı tutdular.

XIII əsrin sonunda İspaniyada Ərəb dövlətlərindən yalnız Nəsridilər sülaləsinin hökmdarlıq etdiyi Qranada əyaləti qalmışdı. Mavrlar buranı 1492-ci ilə qədər özlərində saxlaya bildilər.

Ərəb işğalları dövründə İspaniya kəndlilərinin həyatında bir sıra dəyişikliklər baş vermişdi. Ərəblərin hücumu zamanı cənubun feodalları və din xadimləri Asturiyaya qaçmışdılar. Müəyyən müddət azadlıqda qalan kəndlilər pentanı verirdilər.

Ərəblər İspaniyanın iqtisadi və mədəni inkişafına da böyük təsir göstərdilər. İspan qalası şurası Çott “İslamın orta əsrlər Avropasına təsiri” adlı əsərində yazırdı: “1350-ci ilə qədərAvropa mədəni və zehni cəhətdən ərəblərdən çox geri idi. Lakin onlar ərəblərə aid əsərlərin latın dilinə tərcüməsini davam etdirirdilər. Ərəblərin fəlsəfə və tibb sahəsində Avropaya verdikləri biliklərə görə həmişə onlara minnətdarıq”.

Ərəblərin sayəsində yerli əhali öz təsərrüfatlarını çəltik, nar və sair bitkilərlə zənginləşdirdilər. İspaniyada üzümçülük və şərabçılıq inkişaf etdi. Ərəblərin dövründə suvarma sistemləri genişləndi, torpağın becərilməsi üsulları təkmilləşdi, dağ-mədən sənayesi gücləndi.

Eyni zamanda ticarət və sənaye mərkəzlərinin də sayı artır. Ərəb İspaniyasının paytaxtı olan Kordova şəhəri X əsr Avropasının ən iri sənaye və ticarət mərkəzlərindən biri olur. Bir çox ispan-ərəb şəhərləri dəniz vasitəsilə Afrika, İtaliya, Bizans və Şərq ölkələri ilə ticarət edirdilər. Həmin dövrdə İspaniyada hazırlanan məhsullar Hindistan və Orta Asiya bazarlarında satılırdı. Zərif ipək və kətan parçalar xeyli məhşur idi.

Burada dulusşuluq, gön-dəri, geramika, şüşə istehsalı da inkişaf etmişdi. IX əsrdəKordovada xrustaldan istifadə edirdilər. X əsrdə elə qızıl, gümüş məmulatı istehsalına görə Bizansla rəqabət aparırdı.

Bu dövrdə İspaniyada mədəniyyət sahəsində də bir sıra yeniliklər yaranmışdı. Ali məktəblər Avropada ilk yaranmalardan idi. Ərəb İspaniyasında tibb, riyaziyyat, coğrafiya, astronomiya və başqa elmlər inkişaf etmişdi. (İbn, Maymonida kimi filosoflar).

Burada Ərəblər tərəfindən VIII-X əsrlərdə Kordova məscidi, Seviliyada Əl-Kəsər sarayı kimi (XIII) gözəl memarlıq abidələri tikilmişdi.




Yüklə 221 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin