Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari


AZƏRBAYCANDA “NOVRUZ”UN MƏHƏLLİ XÜSUSİYYƏTLƏRİ



Yüklə 0,6 Mb.
səhifə50/55
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#103163
1   ...   47   48   49   50   51   52   53   54   55
AZƏRBAYCANDA “NOVRUZ”UN MƏHƏLLİ XÜSUSİYYƏTLƏRİ
Şirvanda Novruz bayramı böyük təmtəraqla qeyd olunur. Novruza qədər ciddi hazırlıqlar görünür və bayramı layiqincə qarşılamaq üçün həm maddi, həm də mənəvi ehtiyatlar səfərbər edilir.Şirvanda mart ayının 21 bayram axşamı, 22 isə bayram günü sayılır.

Şirvanda bilinən xalq təqviminə görə qış iki çilədən (40 gün böyük və 20 gün kiçik çilə) və boz aydan (30 gün) ibarətdir. Çilələrin çıxması təxminən 1970-ci illərə qədər qeyd olunurdu.Çilə mərasimi evlərdə keçirilərdi. Çilə çıxdı keçirən adam çiləyə dəvət edərdi. Çilə mərasimin iştirakçıları əsasən qızlar və qadınlar olardı. Azyaşlı oğlan uşaqları da çiləyə gələ bilərdilər. Çilədə primitiv üsulla çalar, nəğmələr oxuyar, nanaylar söylənərdi. Buğdadan qorğa qovrular və iştirakçılara paylanardı.Çilədə çilə üçün saxlanan qarpız kəsilərdi.Çilələr aktivliyini itirdikdən sonra çilə qarpızı Novruz bayramına saxlandı.Məsələn, Kürdəmirin Həmzəli kəndində Novruza qarpızla yanaşı yemiş də saxlanırdı.Bu ənənənin indi qorunduğu sahə xeyli daralmışdır və artıq kütləvi xarakter daşımır.

Şirvanda Novruza bir ay qalmış dörd çərşənbə də qeyd olunur.Bu çərşənbələrdə əsasən oğlan uşaqları göyə “şamal” (məşəl) atırlar.Çərşənbə axşamları tonqallar qalanır. Novruza qədər təmizlik işləri görülür. Həyət- baca, ev-eşik təmizlənir.Hər kəsə yeni paltarlar alınır.Bayram öncəsi yuyunub təzə paltar geymək vacib sayılır. Hər kəs yeni ili, yeni yazı yeniləşmiş şəkildə təmiz və təzə paltarda, xoş ovqatda və nikbin əhvali-ruhiyyədə qarşılayır.Bayram gününün ovqatının bütün yeni ilə təsir göstərəcəyinə inanılır. Bayram axşamı qulaq falına çıxılır.Şirvanda bayram axşamı mübarək sayılır, gələn ilin bütün ruzisinin paylandığı bu axşam səhərə qədər yatmaq olmaz.

Bayram axşamı qoyun dərisindən maska geymiş kosalar qapı-qapı gəzib bayram payı toplayırlar. Bayram payı “nəmər” və ya pul şəklində ola bilər.

Bayram axşamı tonqal qalanır və onun üstündən atlanılır. Bu zaman “Ağırlığım, uğurluğum bu odda qalsın”, “Gələn ilimiz sağ-salamat olsun”, “Xeyirli, uğurlu, ruzili, bərəkətli olsun” və s. alqışlar söylənir.Bayram axşamı tüfənglərdən atəş açılır və yeni il gecəsini böyük çoşqunluqla qarşılayırlar.

Bayramın gündüzü hər kəs öz tayfa ağsaqqalının evinə toplaşır və onunla bayramlaşır.Bu bayramda qarşılaşan hər kəs biri-birinə “Bayramın mübarək olsun”, “Yüz belə bayrama çıxasan”-deyir. Bayram günü bütün küsülülər barışır, qohum əqraba ilə görüşülür, məzar ziyarətləri edilir.

Novruzda bayram aşı bişirilir. Bayram süfrəsi açılır. Şirvanda bayram süfrəsi çox zəngin olur.Bu da yeni ilin bolluq içində olmasına təsir göstərmək inancından gələn ənənə ilə bağlıdır.

Qarabağda “Çilə” mərasimləri keçirilmir.”Çilə” haqqında məlumat da toplaya bilmədik.Yalnız Şuşa sakinindən İlaxır çərşənbədə (dördüncü təkdə) və Novruz bayramı səhəri su üstünə getmək, su üstündən keçmək və bu zaman “Çilə tökmək” adətinin olduğunu qeydə aldıq.Bu da sadəcə bir deyim olaraq qalmışdır.”Çilə” mərasimləri haqqında təsəvvür yoxdur.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin