Multikulturalizmə giriş fənninin predmeti və vəzifələri



Yüklə 141,25 Kb.
səhifə6/11
tarix20.11.2022
ölçüsü141,25 Kb.
#119732
1   2   3   4   5   6   7   8   9   10   11
Multikulturalizm

İudaizm
İudaizm dini miladdan əvvəl I minillikdə Fələstin yəhudiləri içərisində yaranmışdı. Onun əsas dini ehkamları aşağıdakılardır: 1) Vahid Allah Yaqveyə etiqad; 2) Tövratın müqəddəsliyinə etiqad; 3) Qiyamət gününün gələcəyinə və dünyada əcir veriləcəyinə inam; 4) Ölülərin diriləcəyinə və ilahi xilaskarın gələcəyinə inam.
Allahın insanlarla bağladığı əhdlər iudaizmdə xüsusi yer tutur. Bibliyada deyilir ki, Allah ilk əhdini Nuh peyğəmbər və onun nəsli ilə bağlamışdır. Bu əhd əsasında Yerə göy qurşağı göndərmişdir. Ikinci əhd Avraam peyğəmbərlə bağlanılmışdır. Bu əhdə görə bütün xanaan torpaqları Avraamın nəslinə vəd edilmişdir. Bu vədə görə sünnət ayinini yerinə yetirmək şərti qoyulmuşdur. Allah üçüncü əhdini Sunay dağında İsrail ilə bağlamış və Maiseyə 10 nəsiyyət tapşırmışdır. Həmçinin şənbə iudaizmin əziz günü kimi elan edilmişdir.
Bibliyanın ilk beş kitabında 613 əhd vardır. Hər bir iudaistə bu əhdləri bütün ömürləri boyu yerinə yetirmək tapşırılmışdır. (Cənnətə düşmək üçün)
İudaizmə görə bədənin ruhu qandadır. Yəhudilər qanı ruh hesab etdiklərindən əti təmiz yuyub duzladqdan sonra yeyirlər.
Peyğəmbərlərdən Uusus, İlya və Yelisey vaxtilə İsrailin sitayiş etdiyi Allahlar olmuşlar.
Yəhudilərin ilk şahları Saul və Davud olmuşdur. Miladdan əvvəl təqribən 935-ci ildə qədim Yəhudi dövləti İsrail və İudeya dövlətlərinə parçalanmışdır. İsrail dövləti e.ə.721-722-ci illərdə Assuriya çarı II Sarqonun hücumu nəticəsində işğal edilmişdir. İudeya isə e.ə. 586-cı ildə Babilistanın hakimiyyəti altına düşmüşdür. E.ə. 538-ci ildə isə İran padşahı Kir Babilistanı tutduqdan sonra iudaistlər (yəhudilər) nisbi azadlıq əldə etmişlər. Həmin dövrlərdən başlayaraq İrandakı yəhudilərin bəzi icma üzvləri Qafqaz regionuna bir neçə dəfə miqrasiya etmişlər. Bunlar əsasən Dağ Yəhudiləri icmasının nümayəndələri olmuşlar. Onların ən çox toplaşdığı yer Quba xanlığının ərazisi olmuşdur. Onların burada toplaşdığı qəsəbə “Qafqazın Yerusəlimi” adlandırılmışdır.
Dağ yəhudilərinin bir hissəsi isə XVII əsrdə İranın Gilan ərazisindən Oğuza köçənlər olmuşlar. Dağ yəhudiləri XVIII əsrin sonlarında Bakı şəhəri ərazisinə də miqrasiya etmişlər.
Tarixdən məlumdur ki, yəhudi dövləti olan İudeya Babilistanın ağalığından azad olduqdan sonra Makedoniyalı İsgəndərin imperiyasına daxil edilmişdir. Bu imperiya dağıldıqdan sonra isə Fələstinin, Ptolomeylərin, Misirin, Sələvkilərin, Suriyanın mübahisə obyektinə çevrilmişdir.
E.ə. 198-ci ildə Sələvkilər Fələstini ələ keçirdilər. Az sonra Antiax IV Yenifan Zaqve ayininin icrasını ləğv edərək Yerusəlim məbədinə Olimp Allahı Zevsin heykəlinin qoyulmasını əmr etdi. E.ə. 167-ci ildə baş verən bu hadisə Makkavey qardaşlarının üsyan etməsinə səbəb oldu. Ardıcıl olaraq davam edən üsyan e.ə. 142-ci ildə İudeya dövlətinin bərpası ilə nəticələndi. Lakin, e.ə. 63-cü ildə Roma sərkərdəsi Fələstini Pompey Fələstini işğal etdi. Miladın 70-ci ilində isə Roma imperatoru Tit Yerusəlim məbədini dağıtdı. Bu hadisə nəticəsində də yəhudilər bir sıra ölkələrin ərazilərinə miqrasiya etməyə məcbur oldular. Əsasən Polşa, Almaniya dövlətlərinin ərazilərinə sığınmışlar. Askenazilər kimi tanınan Avropa yəhudiləri Almaniyaya verdikləri bu adı Nuh peyğəmbərin nəvəsi əfsanəvi Aşkenazanın adı ilə əlaqələndirmişlər. Guya Aşkenazın nəsli Almaniya torpaqlarında məskunlaşdığından yəhudilər bu adı həmin ölkəyə vermişlər. “Zaman keçdikcə bu ad subotnik anlayışı kimi təkcə Almaniyadakı yəhudilərə deyil, onların nəslindən olan və Avropa ölkələrinə köçən yəhudilərə də şamil edilmişdir”.
Aparılan tədqiqatlara əsaslanaraq demək olar ki, yəhudi əhalisinin qarışıq miqrasiya axını Avropaya, o cümlədən Polşanın Visla çayının yuxarı bölgələrinə 700-800 il əvvəl baş vermişdir. Şimali Azərbaycanda isə Avropa yəhudilərinin məskunlaşması XIX əsrə təsadüf edir. 1897-ci ildə Bakıda təxminən 2500 nəfər yəhudi yaşamışdır.
Harada yaşamalarından asılı olmayaraq yəhudilər özlərinin dini etiqadlarını qoruyub saxlaya bilmişlər. Təxmini hesablamalara görə hal-hazırda Azərbaycanda 16 min yəhudi yaşayır.
Talmutçuluq iudaizmdə xüsusi yer tutur. Talmutçuluğun iki əsas cərəyanı var – Ravvinizm və xasidizm. Ravvinizm ilk dəfə XI əsrdə İspaniyada meydana gəlmişdir. Onun əsas qanunları isə XVI əsrdə Ravvin Karo tərəfindən tərtib olunmuş “Şulxan arux” (çəkilmiş süfrə) kitabında öz əksini tapmışdır. Sonra isə Tövratın izahına həsr olunmuş “Nur” adlı kitab yazılmışdır.
Xasidizm isə XVIII əsrin 30-cu illərində Beşt İsrail tərəfindən yaradılmışdır. (Beşt-rəhimli, xasid isə mmin) deməkdir. Ravinizm əsasən varlıların etiqadı olmuşdur.
XIX əsrin axırlarında sionizm partiyası yaradılmışdır. (Kartseet – tacir oğlu tərəfindən Nirvanaya çatmaqdır). Belə ki, insan həyata bağlılıqdan tamamilə əl çəkərək ilahi ilə qovuşmağa çalışmalıdır. Yalnız bundan sonra o əbədi səadətə qovuşaraq sakitlik vəziyyətinə düşə bilər.
Beləliklə də Buddizm dininə görə bütün əzabların günahıkarı insan özüd. İnsanın müəyyən əzablardan çəkindirilməsi üçün Buddizm müəyyən davranış normalarına əməl etməyi irəli sürür: 1) Heç bir canlını öldürmə; 2) Sənə aid olmayanı götürmə; 3) Ehtirasdan özünü qoru; 4) Yalan danışma; 5) Sərxoşluğa səbəb olan içkilərdən uzaq ol.
Dindarlar üçün əlavə olaraq yenə 5 davranış normalarına əməl etmək bildirilir: 1) Günortadan sonra yemək yemə; 2) Rəqslərdə, mahnılarda, musiqidə, oyunlarda iştirak etməkdən uzaq ol; 3) Mazdan, ətriyyatdan, bər-bəzəkdən istifadə etmə; 4) Hündür yerdə və enli yataqda yatma; 5) Gümüş və qızıla məxsus olmaqdan uzaq ol.
Buddizmdə Hinayana və Mahayana kimi cərəyanlar mövcuddur. Hinayana cərəyanına etiqad edənlər ailə qurmaqdan imtina edərək, bütün ömürlərini monastırlarda başa vururlar. Onlar nirvanaya çatmağın yolunu ömürlərinin sonuna qədər monastırlarda ibadət etməkdə görürlər.
Mahayana cərəyanına aid olanlar isə ömürlərinin sonuna qədər Budda kilsələrinə ibadət etməklə yanaşı özlərini ailə qurmaqdan da məhrum etmirlər.
Buddizmin başqa bir cərəyanı isə VII əsrdə Tibetdə yaranan Lamizm cərəyanıdır. Monqolustanda XVI əsrdə, Buryatiyada isə XVIII əsrdə yayılmışdır. Bu cərəyana görə dalaylama əsas müqəddəs sima kimi qəbul edilir.
Buddizm dini Cənubi Şərqi Asiyada olan ölkələrdə geniş yayılmışdır. Əsasən Tailandda, Laosda, Kambocada, Yaponiyada və s. Şərq ölkələrində bu dinə etiqad edirlər. Bu din həm də fəlsəfi cəhətdən tədqiqatçıların diqqətini özünə cəlb etmişdir.

Yüklə 141,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin