NəFSİn saflaşdirilmasi müƏLLİF: ayətullah ibrahiM ƏMİNİ


İNSANİ RUH VƏ HEYVANİ NƏFS



Yüklə 5,7 Mb.
səhifə3/62
tarix17.07.2018
ölçüsü5,7 Mb.
#57089
1   2   3   4   5   6   7   8   9   ...   62

İNSANİ RUH VƏ HEYVANİ NƏFS


İnsan nəfsi barəsində nazil olan ayələr nəql olunan rəvayətlər iki qismə bölünür. Bunlardan bir qismi nəfsi çox dəyərli, mələkuti, şərafətli mücərrəd aləmdən gələn, bütün insani dəyər səciyyələrdən fəzilətli olan bir gövhər kimi vəsf edir. Bu növ ayə rəvayətlərdə insana onun qorunub saxlanmasında, qüvvətləndirilib pərvəriş verilməsində ciddi cəhdlə çalışması, belə bir dəyərli gövhərin əldən verilməsi nəticəsində ziyan görülməməsi üçün y göstərməsi tövsiyə olunur. Misal üçün Quranda buyurulur: Ey Məhəmməd! Səndən ruhun həqiqəti barəsində soruşurlar. Cavabında de: “Ruh mənim Pərvərdigarımın əmrindəndir (Onun əmri ilə yaradılmışdır) sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir.”1

Bu aləmdə ruh əmr (təcərrüd) aləmindən – maddi aləmin fövqündə dayanan bir aləmdən gələn varlıq ünvanı ilə vəsf edilir.

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) nəfs barəsində buyurur: Nəfs çox bir qiymətli gövhərdir, hər kəs onu qoruyub saxlasa onu çox yüksək məqama çatdırar, hər kəs onu saxlamaqda səhlənkarlıq etsə, onu alçaqlığa çəkəcəkdir.”2

Başqa bir hədisdə buyurur: Hər kəs öz nəfsinin qədir-qiymətini dərk etsə, onu fani ötəri işlər görməklə alçaqlığa çəkməz.”3

Başqa bir hədisdə isə belə buyurur: Hər kəs öz nəfsinin şərafətini anlasa, onu şəhvətlərin batil arzuların alçaqlığından qoruyar.”4

Yenə buyurur: Hər kəsin nəfsi şərafətli olsa onun atifələri insani duyğuları çox olacaqdır.”5

Yenə buyurur: Hər kəsin nəfsi şərafətli olsa, onu (başqalarından bir şey) istəmək zillətindən uzaq saxlayar.”6

Bu kimi bir çox ayə və rəvayətlərdən mə’lum olur ki, insanın nəfsi çox dəyərli və qiymətli bir gövhərdir. Hər bir kəs onun qorunub saxlanmasında və pərvəriş verilməsində çalışmalıdır.

İkinci qismdən olan ayə rəvayətlərdə nəfs çox şər, insanın düşməni bütün pisliklərin mənşəyi kimi təqdim edilir onunla mübarizə aparıb onu məğlub etmək tövsiyə olunur. Əks halda bu insanın bədbəxtliyinə səbəb olacaqdır. Misal üçün, Quranda buyurulur: Amma hər kəs öz Rəbbinin məqamından qorxsa nəfsini onun istəklərindən saxlasa behişt onun yeri olacaqdır.1

Quranda Həzrət Yusifin (ə) dilindən belə deyilir: Mən öz nəfsimə bəraət qazandırmıram. Çünki nəfs həmişə insanı pisliklərə əmr edir. Yalnız Allahın rəhm etdiyi kəslərdən başqa.”2

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurub: Sənin ən böyük düşmənin iki böyrün arasında yerləşən nəfsindir.”3

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurur: Nəfs həmişə insanı pisliklərə doğru əmr (sövq) edir. Hər kəs ona arxayın olsa nəfs ona xəyanət edər, hər kəs ona etimad etsə nəfs onu həlak edər, hər kəs ondan razı olsa nəfs onu daxil olunan yerlərin ən pisinə daxil edər.”4

Həzrəti Əmirəl-minin Əliyyibni Əbitalib (ə) başqa bir hədisdə buyurur: Öz nəfsinə xatircəm olmaq şeytan üçün ən möhkəm fürsətlərindəndir.”5

İmam Səccad (ə) belə deyir: Pərvərdigara! Sənə şikayət edirəm həmişə pisliklərə göstəriş verən, günah xətalara üz gətirən, günahı sevən, özünü Sənin qəzəbin qarşısında qərar verən məni günahlara fəlakət yollarına çəkən nəfsin əlindən!”6

Bu kimi ayə və rəvayətlərdən mə’lum olur ki, nəfs çox pis və şər varlıq və bütün pisliklərin mənşəyidir, onunla mübarizə aparıb məğlub etmək lazımdır.

Bə’ziləri belə təsəvvür edə bilər ki, yuxarıda qeyd olunan iki dəstə rəvayətlərin arasında ziddiyyət vardır. Yaxud belə fikirləşə bilər ki, insanın iki nəfsi vardır; biri bütün yaxşılıqların mənşəyi olan insani nəfs, digəri isə bütün pisliklərin mənşəyi olan heyvani nəfs. Halbuki, bu iki təsəvvürün hər ikisi səhvdir. Çünki əvvəla, ayə və rəvayətlərin arasında heç bir ziddiyyət yoxdur. İkincisi, isbat olunmuşdur ki, insanın birdən artıq həqiqəti yoxdur. Onun yalnız bir nəfsi vardır. Onun insani və heyvani yönlərinin bir-birindən ayrı olması da düzgün deyildir. Lakin insanın nəfsi iki vücudi yönə və mərtəbəyə malikdir. Aşağı mərtəbədə bütün heyvani sifətlərə malik olan bir heyvandır, yüksək mərtəbədə isə ona ilahi ruh üfürüldüyü və mələkut aləmindən gəlmiş olan bir insandır. Nəfsin şərafətli və dəyərli olmasını göstərən, bütün yaxşılıqların mənşəyi hesab edən və onun pərvəriş edilməsinə tövsiyə edən hədislərdə onun yüksək mərtəbəsinə işarə edilir. Amma “nəfs sənin düşmənindir, ona e’timad edərsənsə o səni həlak edər, onunla cihad və mübarizə aparmaq lazımdır” - deyə buyurulan hədislər isə onun alçaq mərtəbəsinə, yə’ni heyvani mərtəbəsinə işarədir. Əgər “öz nəfsini gücləndir və ona pərvəriş ver” deyə buyurulursa məqsəd insani mərtəbəsidir. Amma əgər “onunla mübarizə aparıb məğlub et” deyilirsə, onun heyvani və alçaq mərtəbəsi nəzərdə tutulur.

Bu iki “öz”, yaxud iki vücudi mərtəbə arasında daim çəkişmə mövcuddur. Heyvani “öz” insanı həmişə öz meyl və istəklərini tə’min etməyə sövq edir, Allah dərgahına yüksəlib təkamül və tərəqqiyə nail olmaq yollarını insani nəfsin üzünə bağlayır və onu öz ixtiyarına keçirir. Bunun əksinə olaraq insani “öz”, yaxud insan vücudunun ali mərtəbəsi həmişə ali-insani kamal mərhələlərini qət etməyə və ilahi dərgaha yaxınlaşmağa çalışır. Bu məqama nail olmaq üçün insan özünün heyvani qərizələri və meyllərini nəzarət altına alıb cilovlamalı, onları öz ixtiyarına keçirtməlidir ki, bu mübarizə səhnəsində bu ikisindən hansı birinin digərinə qələbə çalacağını görsün. Əgər insani və mələkuti “öz” qələbə çalsa insani dəyərlər çiçəklənir, insanı yüksək dəyərli ilahi dərgaha doğru seyr etdirir. Amma əgər heyvani “öz” qələbə çalarsa insan əqlinin çırağı sönür və onu azğınlıq vadisinə sürükləyir. Peyğəmbərlər də gəlmişlər ki, belə bir müqəddəs və müqəddəratı həll edən mübarizədə insanlara kömək etsinlər.

Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin