Pedaqogikanın ümumi əsasları Plan



Yüklə 176,29 Kb.
səhifə22/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   141
Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə -ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir.

Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:



    • ixtisasartırma

    • kadrların yenidən hazırlanması

    • stajkecmə və kadrların təkmilləşdirilməsi

    • təkrar alı təhsil və orta ixtisas təhsili

    • dərəcələrin yüksəldilməsi

    • yaşlıların təhsili.

2. Тящсил халг тясяррцфатынын тяркиб щиссяси олуб, мцяййян мцддятдя, мцвафиг тядрис мцяссисяляриндя юйрянилян, тярбийя вя психолоjи инкишаф имканларына малİк олан, тялимин щям зярури шярти, щям дя нятиcяси кими юзцнц эюстярян билик, баcарыг вя вярдишлярин мяcмусудур».

Təhsilin məzmunu dedikdə, müəyən tip tədris müəssisələrində öyrənmək üçün seçilmiş biliklər, bacarıqlar sistemi başa düşülür. Təhsilin məzmunu abstrakt deyil. O, sistemin daxili mahiyyətindən ayrılmazdır. Şagirdlərin təfəkkürünü, idraki maraqlarını formalaşdırmaq, hərtərəfli inkişafını təmin etmək və əmək fəaliyyətinə hazırlamaq ümumi təhsilin məzmunun əsasını təşkil edir. Məzmun təhsilin məqsədlərini həyata keçirməyin vasitəsi olmaqla cəmiyyətin və həm də ayrı-ayrı adamların cari və perspektiv tələbatlarını əks etdirir. Məzmunun formalaşdırılmasını, onun müxtəlif tipli və səviyyəli tədris müəssisələrinin proqramlarına daxil olunmasını daha çox tələbatlar istiqamətləndirir. Başqa sistemlərdən asılı olan, onlardan törəyən məzmun bir sistem kimi çətin formalaşır.

Orta ümumtəhsil məktəbində təhsilin məzmununa verilən tələblər təhsilin inkişafı üzrə dövlət strategiyası ilə müəyyən olunur. Təhsilin məzmununda iki as­pekt gözlə­nilir: milli və ümumbəşəri. Məktəb təhsilinin məzmununun müəyyən­ləş­di­ril­­məsinin ümumi əsasları bunlardır: humanistləşdirmə, diferensiallaş­dırma, inteqrasi­ya­laşdırma, yeni informasiya texnologiyalarının geniş tətbiqi, yaradıcı şəxsiyyətin formalaş­dırıl­ması.

Təhsilin məzmununu təşkil edən elementlər bilik, bacarıq və vərdişlərdir.Bilik-təbiət və cəmiyyət hadisələrindəki qanunauyğunluqların əks olunduğu və pedaqoji proses zamanı mənimsənilməli olan faktlar, anlayışlar, qaydalar, teoremlər, qanunlar və s. məcmusudur. Bacarıqlar-tətbiq olunan biliklərdir. Bacarıq eyni əməliyyatların dönə-dönə şüurlu təkrarı prosesində formalaşır. Bacarıqlar təkmilləşdikdə vərdişə cevrilir.

Təhsilin məzmunu 3 dövlət sənədindən ibarətdir:

- tədris planı, - tədris proqramı, - dərslik


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin