Mövzu 1
Pedaqogikanın ümumi əsasları
Plan:
Pedaqogikanın mövzusu və vəzifələri
Uşaqların yaş xüsusiyyətləri
Pedaqogikanın inkişaf tarixi və tədqiqat metodları
Pedaqoji proses: mahiyyəti və mərhələləri
Şəxsiyyətin inkişafı və formalaşması
ƏDƏBİYYAT:
1.Əliyev İ.İ. Pedaqogika (Mühazirələr kursu), Ali məktəblər üçün dərs vəsaiti. Naxçıvan, “Əcəmi” Nəşriyyat- Poliqrafiya Birliyi. 2017, 280 səh. s. 5-25
2. Abbasov A. Pedaqogika. Dərs vəsaiti. Bakı, “Mütərcim”, 2013, 360 səh.
3.Kazımov N.M. Məktəb pedaqogikası. Bakı, Çaşıoğlu, 2002.
P.1.1“Pedaqogika” yunan sözü olan “paydaqoqos” (paidos-uşaq, qoqos-ötürən) sözündən götürülüb “uşaq ötürən” deməkdir. Belə ki, Qədim Yunanıstanda varlıların uşaqlarını məktəbə aparıb gətirən qullara paydoqoqos deyilirdi. Zaman keçdikcə bu sözün mənası dəyişmiş, pedaqogika uşaqların tərbiyəsi haqqında fikir, söz, nəzəriyyə, elm kimi inkişaf etmişdir.
Pedaqogikanın bir elm kimi meydana gəlməsi XVI əsrdə yaşamış Y.A.Komenskinin (1592-1670) adı ilə bağlıdır. Bu dövrə qədər təlim, tərbiyə, təhsillə bağlı çolu fikirlər, nəzəriyyələr olsa da, bunlar bir sistem halında deyildi. Ilk dəfə olaraq Komenski “Böyük Didaktika” adlı əsərində təlim və təhsil məsələlərini elmi zəmində izah etməyə və əsaslandırmağa çalışmışdır. O, pedaqoji hadisələrin mahiyyəti və məzmununu təbiətəmüvafiqlik prinsipi əsasımda şərh edirdi. Məsələn, O, deyirdi ki, bilikləri şagirdlərə dərindən və möhkəm mənimsətmək lazımdır. Çünki, təbiətdə kökləri torpağa dərin işləyən ağaclar möhkəm olur.
Pedaqogikanın mövzusuna nələr aiddir? Pedaqogikanın mövzusu deyəndə onun öyrəndiyi sahələr, bu elmdə haqqında danışılan məsələlər nəzərdə tutulur. Pedaqogikanın mövzusunu pedaqoji proses, pedaqoji qanunauyğunluqlar təşkil edir ki, pedaqoji proses təlim, tərbiyə, təhsil və psixoloji inkişafın vəhdətidir. Yəni, təlim, tərbiyə, təhsil və psixoloji inkişaf da pedaqogikanın mövzusudur.
Pedaqogika - insanın bütün həyatı boyu inkişafı ücün mühüm amil və fəaliyyət sahəsi olan pedaqoji prosesin mahiyyətini, qanunauyğunluqlarını, prinsip, metod, təşkili formaları və səmərəli yollarını öyrənən elmdir. Pedaqogikanın obyekti – insan və onun həyata hazırlanmasıdır.Pedaqogikanın predmeti- insan şəxsiyyətinin tərbiyə, təlim və təhsil vasitəsilə formalaşdırılması və inkişafına yönəldilmiş pedaqoji prosesdir.
Pedaqogikanın 4 bölməsi var:
Dostları ilə paylaş: |