Pedaqogikanın ümumi əsasları Plan



Yüklə 176,29 Kb.
səhifə3/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   141
Elmi-nəzəri funksiyaya - elmi-pedaqoji ideyalar (təhsilin humanistləşdirilməsi ideyası, pedaqoji əməkdaşlıq ideyası, təlimin həyatla əlaqələndireilməsi ideyası), elmi nəzəriyyələr aiddir.

Praktik funksiyaya – konkret nəzəriyyələrin praktikada tətbiqinə dair metodik tövsiyyələrdən istifadənin həyata keçirilməsi aiddir.

Proqnozlaşdırıcı funksiyaya- cəmiyyətin inkişaf tendensiyasının, onun mədəniyyəti, iqtisadiyyatı və siyasətinin təhlili əsasında gələçək məktəbin proqnozlaşdırlması bu funksiyaya aiddir.

Kulturoloji funksiyaya- müəllimlərin pedaqoji mədəniyyətinin formalaşdırılması aiddir.

1.4. Milli pedaqogikanın əsas vəzifələri aşağıdakılardır:

- respublikamızın müxtəlif tədris müəssisələrində təhsilin məzmununu müəyyənləş­dir­­məkdə iştirak etmək, təlimin səmərəliliyini təmin edən şərtləri üzə çıxarmaq.

- Pedaqoji prosesin qanunauyğunluqlarını öyrənmək, baş verən səbəb nəticə əlaqələrini aşmaq.

- Təlim, tərbiyə, təhsil və psixoloji inkişaf sahəsində qabaqcıl təcrübələri vatında öyrənmək, ümumiləşdirmək və müəllimlər, tərbiyəçilər arasında geniş təbliğ etmək.

- Psixologiya, fiziologiya, fəlsəfə və s. elm sahələrində təlim, tərbiyə, təhsil və psixoloji inkişaf üçün faydalı olan cəhətləri seçmək və onlardan səmərəli istifadənin yollarını göstərmək.

- Pedaqoji bilikləri xalq arasında təbliğ etmək.


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin