Şərq mədəniyyətinin tərbiyə sisteminə
Şumer, Akkad, Babil, Assuriya (b.e.ə. III minillik- b.e. 100 –cü il)
Qədim Misir (b.e.ə. II minillik)
Qədim Hindistan (b.e.ə. II minillik)
Qədim Çin (b.e.ə. II miniilk)
Qədim türklər (b.e.ə. II miniilk)
Orta əsrlər (XV əsrədək)
Qərb mədəniyyətinin tərbiyə sisteminə
Qədim Yunanıstan (antikdövr, b.e.ə. VII-VI)
Qədim Roma (b.e.ə. VI əsr)
Orta əsrlər (XVI əsrədək)
Yeni dövr (XVII əsrdən indiyədək)
Tədqiqat metodu dedikdə hər bir elmin öyrəndiyi sahəyə dair faktları toplama yolları və vasitələri başa düşülür ki, onlar əsasında da elmi nəzəriyyələr yaradılır və parktik problemlər həll olunur. Elmi-pedaqoji tədqiqat üsullarını 2 cür sistemləşdirmək olar:
- emprik metodlar
- nəzəri metodlar
Emprik tədqiqat metodları:
pedaqoji müşahidə
pedaqoji müsahibə
pedaqoji təcrübənin təhlili və ümumiləşdirilməsi
intervyü
anket sorgusu
reytinq-qiymətləndirmə
özünütəhlil və özünüqiymətləndirmə
pedaqoji müqayisə metodu
sosiometriya
pedaqoji eksperiment
pedaqoji sənədlərin təhlil
müqayisəli-tarixi metod və s.
Nəzəri tədqiqat metodları
nəzəri təhlil
mücərrədləşdirmə
tarixi-ənənəvi metod
məntiqi yanaşma metodu
P.3. Pedaqoji proses – milli və ümumbəşəri dəyərlərin (sistemləşdirilmiş biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin və psixoloji qüvvələrin) adamlara məqsədyönlü, planlı və mü-təşəkkil aşılanması prosesidir (N.M.Kazımov).
Pedaqoji proses - öyrədənlə öyrənən arasında xüsusi olaraq təşkil edilmiş elə bir qarşılıqlı təsir prosesidir ki, bu zaman həyat üçün zəruri olan bilik, bacarıq və təcrübənin mənimsənilməsi nəti-cəsində insanın inkişafı təmin edilir.
Pedaqoji proses – elmi şəkildə əsaslandırılmış, daim təkmilləşən, inkişaf edən sistemdir. Pedaqoji proses bütün digər sosial proseslərlə əlaqədar olduğundan, onun mahiyyəti, məzmunu, istiqaməti həmin proseslərdən, məhsuldar qüvvələrin və istehsal münasibətlərinin qarşılıqlı təsirindən asılıdır.
Pedaqoq- pedaqoji fəaliyyətin daşıyıcısı- xüsusi olaraq bu iş üçün hazırlanmış şəxsdir. Pedaqoji prosesin subyekti kimi o, xüsusi təhsil alır, gənc nəslin həyata hazırlanmasında məsuliyyət daşıyır. Pedaqoji prosesin obyekti kimi o, fasiləsiz təhsil, özünü tərbiyə, uşaqlarla ünsiyyət nəticəsində təsirlərə məruz qalır, özünü təkmilləşdirməyə səy göstərir.
Dostları ilə paylaş: |